Bəhram xan Naxçıvanski: görkəmli ictimai-siyasi xadim, diplomat maarifçi

 

 

1918-ci il, 16 dekabr. Naxçıvan şəhərində böyük izdiham var. Hamı şəhərin mərkəzində Bəhram xan Naxçıvanskinin imarətinin qarşısına tələsir...

 

Yaxşı olar ki, həmin tarixi günü Mirzə Bağır Əliyevin "Qanlı günlərimiz" gündəliyində olan kimi təsvir edək: "1918-ci il dekabr ayının 16-da Şərur nahiyəsində erməni qoşununun qarşısına çıxıb müdafiədə bulunmaq üçün lazım olan Naxçıvan qəza komandanı Kalbalı xan cənabları I II bölmələr zabitlər ilə axşam saat beşin yarısında şəhərə varid oldu. Yeni əsgərlər milli nəğmələr oxuya-oxuya gəlib mətanət şəhər bazarlarından keçib tabor komandanı Bəhram xan cənabının imarətinin qarşısında nizam ilə düzüldü. Bəhram xan isə əsgərlərə düşmənə çaldıqları zərbələrdən göstərdikləri bu müvəffəqiyətlər üçün təbrik yetirdi. Sonra Mirzə Nəsrulla Əmirov (müsəlman milli komitəsinin sədri) həzrətləri əsgərlərin göstərdiyi rəşadət müvəffəqiyyət barəsində gözəl bir nitq söyləyib, "Yaşasın qəhrəman əsgərlərimiz" sözləri ilə nitqinə xitam verdi. Sonra Bəhram xan zabitlərin istirahət etməsi üçün getmələrinə icazə verdi".

 

Həmin hadisələrdən bizi 102 il ayırır. indi o tarixi imarət yoxdur. 1984-cü ildə söküblər. Yerində bağ salınıb.

 

1918-1920-ci illərdə yaşanan hərbi problemlərin içində Naxçıvan Araz-Türk Cümhuriyyətinin fəaliyyəti əhəmiyyətli yer tutur. Naxçıvanda gözü olan çox dövlətlərin nümayəndələri hərbçiləri ilə bu imarətin böyük salonunda da gərgin danışıqlar gedib. Zamanlar ötüşüb keçib. Amma naxçıvanlılar o dəhşətli qəhrəmanlıqla dolu günləri, illəri unutmayıblar. Həmişə xatırlayıblar nəsildən-nəsilə ötürüblər. O illərin qəhrəman döyüşçülərinin hər biri bizə doğmadır, əzizdir. bu baxımdan bizim iki nəfərə - Bəhram xan Naxçıvanski ilə general-mayor, məşhur sərkərdə III Kalbalı xan Naxçıvanskiyə mənəvi borcumuz var. Bu borcun ən ümdəsi bütün yüzilliklərdə qədim qəhrəman Naxçıvanın müqəddəs torpaqlarını azğın düşmənlərdən qorumaqdır! Onlar kimi ölümün gözünə qorxmadan baxıb düşmənlə döyüşmək onu məğlub etmək!

 

Adını çəkdiyimiz Bəhram xan qədim oğuz-türk tayfası kəngərlilərin Bilici qoluna mənsubdur. Onun əcdadları məşhur sərkərdələr olublar hələ səlcuqlardan da əvvəl Naxçıvanda yaşayıblar. Azərbaycanın dövlətçilik milli dövlətçiliyinin yaranmasında, qorunmasında əvəzsiz xidmətləri olub. Dövlət idarə etmək sərkərdə olmaq! Bu, o qədər asan məsələ deyil. Bəhram xanın ulu babaları bu məsələnin öhdəsindən bacarıqla gəliblər. Aparılan diplomatik danışıqlar qəhrəmanlıqla dolu döyüşlər Naxçıvanı Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi saxlayıb. Bu çətin vacib məsələdə Bəhram xan Naxçıvanskinin çiyinlərinə ağır yük düşüb.

 

Bəhram xan Əmanulla (Aman xan) xan Naxçıvanskinin ailəsində, 1874-cü ildə Naxçıvan şəhərində anadan olub. O, məşhur süvari generalı İsmayıl xan Naxçıvanskinin oğul nəvəsidir. Onun anası Xanbikə (Fatmabikə) Qarabağ xanı Mehdiqulu xan Cavanşirin nəvəsidir. Xanbikə unudulmaz şairə Xurşidbanu Natəvanın knyaz Xasay xan Usmiyevin (milliyyətcə qumuq) qızıdır. Bəhram xan uşaqlıq illərini Qarabağda, nənəsi Xurşidbanu Natəvanın yanında yaşamışdı.

 

Şairə nənəsi, onun dövrünə görə zəruri olan rus dilini yaxşı öyrənməsi üçün, qarabağlı barışdırıcı hakim Lunyankinin ailəsində qalmasını məsləhət bilmişdi. Sonralar nənəsi bir müddət Tiflisdə yaşamalı olmuşdu. O, nəvəsi Bəhram xanı da Tiflisə aparmış təhsil alması üçün realnı  məktəbə qoymuşdu.

 

1888-ci ildə Aman xan Naxçıvanski ailəsi Şimali Qafqazın  mərkəzi olan Vladiqafqazdan, hərbi xidmətdən Naxçıvana qayıdarkən Bəhram xanı da Naxçıvana gətirirlər.

 

Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivində Bəhram xanın formulyar siyahısı saxlanılır. Oradakı qeydlərdən məlum olur ki, İrəvan quberniya idarəçiliyinin 18 mart 1894-cü il tarixli qərarı ilə Bəhram xana I dərəcəli dəftərxana xidmətçisi adı verilib müvəqqəti olaraq Naxçıvan qəza polis idarəsinə IX dərəcəli məmur təyin edilib.

 

Bəhram xan Naxçıvanski 29 oktyabr 1896-cı ilə kimi qəza polis idarəsində işləyir. Özünün nümunəviliyi bacarığı ilə diqqəti cəlb edir. Onu bacarıqlı bir işçi kimi əməyini qiymətləndirirlər. Bəhram xan 26 fevral 1896-cı ildə III Aleksandr çarlığından xatirə "gümüş medalı ilə" təltif olunmuşdu. Həmin ilin 29 oktyabrında o, vətəndaşlıq idarəçiliyi üzrə əmrlə kollej reqistratoru vəzifəsinə təyin olunur. Kollej reqistratoru vəzifəsində işləyərkən çar hökumətinin Naxçıvan qəzasında əhalinin ilk dəfə siyahıya almasında fəal iştirak edir. Bu mühüm işdə göstərdiyi fəallığa görə Bəhram xan 1897-ci ildə "Tünd-bürünc" medalla mükafatlandırılıb. 13 avqust 1899-cu il tarixdə Vətəndaş İdarəçiliyi üzrə 60 nömrəli əmrlə İrəvan quberniyasının katibi vəzifəsinə təyin olunub.

 

1899-cu ildə Bəhram xan, Rusiya şəhərlərinə getmək üçün, Naxçıvan qəza rəisinə raport (yazılı məlumat) göndərir. Naxçıvan qəza rəisi ştabs-kapitan Enkel 2 sentyabr 1899-cu il tarixli məktubunda  İrəvan qubernatoruna yazırdı: "Naxçıvan qəza polis idarəsinin  X sinif məmuru Bəhram xan Naxçıvanskinin Rusiya şəhərlərinə getməsi üçün iki aylıq məzuniyyət verilməsi haqda raportunu Sizə təqdim edərək bildirirəm ki, onun xahişinin yerinə yetirilməsinə mənim heç bir etirazım yoxdur. Qəza rəisi: ştaps-kapitan Enkel". Vətəndaş idarəçiliyi üzrə 18 yanvar 1903-cü il 7 nömrəli əmrlə Bəhram xan Naxçıvanski kollej katibi vəzifəsinə təyin olunub. 1 iyul 1903-cü il tarixdə yaxşı xidmətinə görə 3-cü dərəcəli "Şir Günəş" ordeni ilə təltif edilib. İrəvan qubernatorunun 30 mart 1905-ci il tarixli 41 nömrəli əmri ilə Bəhram xan Naxçıvanski İrəvan qubernatoru yanında xüsusi tapşırıqlar üçün kiçik məmur, 3 fevral 1906-cı il tarixli əmri ilə (¹ 7) titulyar müşavir vəzifəsində işləyib.

 

Bəhram xan Naxçıvanski 23 iyun 1907-ci ildə Naxçıvan şəhər müvəkillərinin iclasında 4 il müddətinə Naxçıvan şəhər başçısı (ştarosta) seçilir. Müvəkkillərin bu seçimini İrəvan qubernatoru da təsdiqləmişdi.

 

Qeyd edək ki, Naxçıvan şəhər başçısı şəhər başçısının köməkçisi vəzifəsinə keçirilən seçkilərə dair seçki vərəqəsində şəhər başçısına iki nəfər Bəhram xan Naxçıvanski Eynəli bəy Sultanov, şəhər başçısının köməkçisi vəzifəsinə isə 4 nəfərin namizədliyi verilib: Novruz ağa Kəngərli (bu məşhur Novruz ağa Kəngərli deyil), Mirzə Əliqulu Novruzov, Əyyub ağa Kəngərli Nikolay Deykarxanov.

 

Arxivdə saxlanılan sənəddən - seçkinin iclas protokolundan görünür ki, səs çoxluğu ilə Bəhram xan Naxçıvanski dörd il müddətinə Naxçıvan şəhər başçısı Əyyub ağa Kəngərli isə şəhər başçısının köməkçisi vəzifəsinə seçiliblər.

 

1828-ci ildə Naxçıvana İrandan köçürülən ermənilərin müvəkkilləri seçkidən razı qalmayaraq İrəvan qubernatoruna şikayət yazırlar. Arxiv fondunda saxlanılan sənəddən aydın olur ki, müsəlman müvəkkillər doğru hərəkət edərək erməni müvəkkillərin köməkçi olmalarına da imkan yaratmayıblar.

 

İrəvan quberniya idarəsində qraf V.F.Tizenqauzenin sədrliyi ilə erməni müvəkkillərin şikayət ərizəsinə baxılır, müzakirə edilir aşağıdakı qərar çıxarılır: "Deyilənləri nəzərə alaraq şəhər işləri üzrə İrəvan quberniya idarəsi hesab edir:

525-ci qəzet.- 2020.- 19 noyabr.- S.13.