Elçinin Almaniyada yeni kitabları nəşr edilib

 

 

Alman oxucuları Xalq yazıçısı Elçinin əsərləri ilə yaxından tanışdırlar. Onun "Mahmud Məryəm", " dəvə", "Ölüm hökmü", "Baş" romanı Almaniyada bir neçə dəfə nəşr edilib. Eləcə Xalq yazıçısının hekayələri povestləri toplanmış kitabları ölkənin müxtəlif nəşriyyatlarında  işıq üzü görüb. Elçinin seçilmiş pyeslərindən ibarət kitabı da alman oxucularına təqdim edilib. Onun dramaturgiyası nəsr əsərləri ilə birlikdə, görkəmli  ədibin yaradıcılığı haqqında alman oxucularında dolğun təsəvvür yaradıb.

 

525.az xəbər verir ki, bu günlərdə nüfuzlu "Epubil" "Pem" nəşriyyatları Elçinin hekayələrindən ibarət daha iki kitabını nəfis şəkildə nəşr edib. "Sarı gəlin" adlı kitaba müəllifin eyni adlı hekayəsi ilə bərabər, bir sıra məşhur əsərləri, "Missiya" adlı kitaba isə onun son illərdə yazdığı hekayələr toplanıb. Kitablarda ədibin həyat yaradıcılığı haqqında geniş məlumat verilib.

 

Həm "Epubil", həm "Pen" nəşriyyatlarının nəşr etdiyi əsərlər Avstriya İsveçrə kitabxanaları tərəfindən alınır, eləcə Amazon, Buchkatalog, Thalia, Higendubel, Veltbild kimi Avropanın ən məşhur internet satış firmaları da bu kitabları əldə edir.

 

Hər iki kitabdakı əsərləri türkoloq K.Hermann Kiehl alman dilinə tərcümə edib.

 

525-ci qəzet.- 2020.-18 noyabr.- S.-13.