Milli Kitabxananın
Azərbaycan mədəniyyətinin
təbliğinə töhfələri
Azərbaycan dili və ədəbiyyatının ali təhsil səviyyəsində tədrisi
Azərbaycandan başqa
müxtəlif xarici ölkələrdə də
həyata keçirilməkdədir.
Bu baxımdan qardaş Türkiyə Cümhuriyətində
Azərbaycan dili və ədəbiyyatı
ayrıca fənn olaraq Qazi və
Ankara Universitetlərinin Çağdaş
Türk Ləhcələri
və Ədəbiyyatları
bölümündə 1992-ci ildən etibarən tədris olunmağa başlamış və hal-hazırda tədris 19 universitetdə (Ankara, Hacı
Bayram Vəli, Hacettepe, İstanbul, Fırat,
Kastamonu, Nevşehir,
Kars Kafkas, Atatürk, Dicle
Universitetləri və
s.) davam etməkdədir.
Türkiyədəki universitetlərdə Azərbaycan dili və ədəbiyyatının
tədrisi bakalavr, magistratura və doktorantura proqramlarını
əhatə etməkdədir.
Bu günə qədər bu bölümlərin fəaliyyətinin
nəticəsi olaraq Azərbaycan dili, ədəbiyyatı, mədəniyyəti
ilə bağlı monoqrafik tədqiqatlar, dissertasiyalar, məqalələr
və çevirilər
ortaya çıxıb.
Bu tədqiqatlarla Azərbaycan və Türkiyə arasındaki
elm və mədəniyyət
sahəsindəkı 70 illik
ayrılığın açıq
qalmış yaraları
sarınmağa başlayıb.
Yuxarıda qeyd etdiyimiz kimi Azərbaycan dili və ədəbiyyatı
Çağdaş Türk
Ləhcələri və
Ədəbiyyatları bölümündə
4 semestr ərzində
tədris edilməkdədir. Tədrisə ərəb və kiril əlifbasının öyrədilməsi ilə
başlanır və daha sonra Azərbaycan
dilinin qrammatikası tədris edilir. Bundan başqa tədris proqramında "Azərbaycan
Xalq Ədəbiyyatı"
və "Müasir Azərbaycan Ədəbiyyatı"
dərsləri də yer almaqdadır. Bəzi universitetlərdə isə
"Azərbaycan Türkçəsi
Mətn Aktarma - I, II,
III"; "Azərbaycan Türkçesi
Sözlü ve Yazılı Anlatım"
dərsləri də seçməli dərs olaraq tədris edilməkdədir.
Bunlarla bərabər
təqvimdəki əlamətdar
və tarixi günlərlə bağlı
tədbirlər həyata
keçirilməkdədir. Məsələn,
hər il
Xocalı Soyqırımı
və 20 Yanvar hadisələri anılmaqda,
Novruz şənlikləri
təşkil edilməkdədir.
Azərbaycan dili, ədəbiyyatı və mədəniyyətini
tədrisi və araşdırılması üçün
dərsliklərə, kitablara
ümumiyyətlə, qaynaqlara
ciddi ehtiyac duyulmaqdadır. Magistratura və doktoranturada təhsil alan
tələbələr üçün
isə Azərbaycandakı
qaynaqların böyük
əksəriyyəti əlçatmazdır.
İnformasiya texnologiyalarının inkişafı
kitabxana sahəsinə
də böyük töhfələrini verməkdədir. Belə ki,
sanballı qurumların
böyük əksəriyyətinin
elektron kataloqları və rəqəmsal kolleksiyaları mövcuddur.
Ehtiyacımız olan hər hansı bir mənbəni elektron kataloqdan tapdıqdan sonra ya tamamən
ödənişsiz və
ya çox cüzi məbləğ ödəməklə saniyələr
içərisində əldə
edirik. Məsələn,
https://www.yek.gov.tr/, https://dijital-kutuphane.mkutup.gov.tr/,
http://www.isam.org.tr/, http://dl.nlai.ir/ui/forms/index.aspx,
http://dlib.ical.ir/faces/home.jspx, https://www.prlib.ru/collections,
https://archive.nyu.edu/, http://www.hathitrust.org/home,
https://www.bsb-muenchen.de/en/collections/manuscripts/ və
s. kimi elektron qaynaqlar Azərbaycan ədəbiyyatı ilə
bağlı qaynaqları
da əhatə etməsi
baxımından qiymətlidir.
Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında və Azərbaycan mədəniyyətinin təbliğində
kitabxanaların üzərinə
böyük məsuliyyət
düşür. Azərbaycanla
bağlı aparılan
tədqiqatlar kitabxanaların
elektron xidmətləri
vasitəsi ilə dünyaya ixrac olunur. Bu baxımdan
Azərbaycan Milli Kitabxanasının elektron
xidmətləri (http://anl.az/new) təqdirə layiqdir. Kitabxananın bu xidməti xüsusilə xaricdə yaşayan tədqiqatçılar üçün
əvəzsizdir. Kitabxana
xaricdə yaşayan tədqiqatçılara, bundan
əlavə Azərbaycanı
tarixi, mədəniyyətini
tədqiq edən tələbə və araşdırmacılara təmənnasız
xidmət göstərməkdədirlər.
Xüsusilə COVİD-19 pandemiyasının ən ağır dövründə
belə Azərbaycan Milli Kitabxanasının əməkdaşları bütün
sorğularımızı ödəməyə
çalışıblar. Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
tədrisi və tədqiqi ilə məşğul olan araşdırmacı kimi Milli Kitabxananın fəaliyyətini və xüsusən elektron sifariş xidmətini alqışlayır, tələblərim
və öz adımdan Azərbaycan Milli Kitabxanasının fədakar əməkdaşlarına
sonsuz təşəkkürümü
bildirirəm. Ölkəmizlə
bağlı tədqiqatlarımızın
gizli qəhrəmanlarıdır
onlar.
Azərbaycan həqiqətlərinin, Azərbaycan
mədəniyyətinin təbliğində
kitabxanaların rolu danılmazdır. Milli Kitabxanadan
başqa Azərbaycan Respublikası Prezident Kitabxanasının Elektron
Kitabxanasından bəzi
kitabları əldə
etmək mümkündür. http://www.ebooks.az/ Mədəniyyət
Nazirliyi tabeliyində olan və 1920-ci ildən fəaliyyətə
başlayan Kitabxana Kollektoru da
(http://bookcollector.az/haqqimizda/) bəzi sənəd növlərini
əldə etmək üçün əhəmiyyətli elekton
qaynaqlardandır. Ancaq
qeyd olunan kitabxanaların elektron xidmətləri Milli Kitabxananın xidmətləri
ilə müqayisə
oluna bilməz.
Təbrizin soylu
bir ailəsində doğulmuş hüquqşünas
Bəy Hadinin Azərbaycan ədəbiyyatı
və mədəniyyətinin
təbliği sahəsindəki
fəaliyyəti əvəzsizdir.
Bəy Hadinin şəxsi təşəbbüsü
ilə hazırlanan Turuz kitabxanasından
(https://turuz.com/) 18 000-dən çox kitab və əlyazmanın
elektron formasını
əldə etmək mümkündür.
AMEA və universitet
kitabxanalarının da
Milli Kitabxananın təcrübəsindən bəhrələnərək
dünya standartlarında
elektron xidmət verəcəklərinə ümid
edirik.
Vüsalə MUSALI
Professor, Türkiyə
Cümhuriyyəti Kastamonu
Universiteti
525-ci qəzet.- 2020.- 18 noyabr.- S.15.