Qarabağa həsr etdiyimiz mahnıları yurdumuzda ifa etməyin zamanı yetişib"
KAMANÇA
İFAÇISI CAHANDAR XANLAROV:
"MƏDƏNİYYƏTİMİZİN VƏ
MUSİQİMİZİN KÖKÜ BİZDƏDİR, QOL-BUDAĞINI
OĞURLAMAQLA ONU BİZDƏN QOPARA
BİLMƏYƏCƏKLƏR"
Rubrikamızın budəfəki qonağı
ifa etdiyi musiqilərlə sosial şəbəkələrdə xüsusi rəğbət
qazanan kamança ifaçısı Cahandar
Xanlarovdur.
Ənənəmizə sadiq qalaraq söhbətimizə
sosial şəbəkələrin
onun fəaliyyətində
hansı yeri tutması ilə bağlı sualla başladıq.
Sosial şəbəkələrin
xeyirlərindən ağızdolusu
danışan həmsöhbətimiz
bu platformaların zəmanənin nəbzinə
uyğun inkişafa səbəb olduğunu bildirdi.
***
- Sosial şəbəkələr
bizim, ifalarımızın
tanınmasında, geniş
auditoriyalara çıxmasında
böyük rol oynayır. Mən də bundan
bacardığım qədər
yaxşı istifadə
etməyə çalışıram.
Deyərdim ki, hazırda
fəaliyyətimdə sosial
şəbəkələr olduqca mühüm yer tutur.
- İstifadəçilərin sosial media istifadəsindən
nə dərəcə
razısınız?
- Hər istifadəçi özünə uyğun kontingentləri izləyir.
Onların bu platformalardan
necə istifadə etməsi də öz maraqlarına uyğun olur. Əsas mənim yox, onların öz istifadəsindən razı
olmasıdır. Sözsüz ki, sosial şəbəkələri
maraq dairəsi və bizneslə əlaqəli olaraq iki hissəyə bölmək olar. Sosial şəbəkələrdən necə istifadə etmək hər istifadəçinin özündən
asılıdır.
- Bəs, izləyicilərinizdən
gələn rəylər
sizi qane edirmi?
- Sözsüz ki, hər kəs ona maraqlı olan personajı, səhifəni, şəxsiyyəti
izləyir. Məni izləyənlər də mənim sənətimi bəyənənlər
olduğu üçün
paylaşdığım video, bəstə və ifalarıma adətən müsbət rəylər
gəlir. Bu rəylər mənim daha qətiyyətli çalışmağıma təsir
edir.
-
"Şəhidim" ifası da sosial şəbəkələrdə böyük marağa səbəb oldu. Ancaq bu paylaşımı sentyabr
ayının əvvəllərində
etmişdiniz. Müharibə başlayandan demək olar ki, heç
aktivlik göstərmirsiniz.
Bunu nə ilə əlaqələndirmək olar?
- Bəli, "Şəhidim"
ifasını bütün
şəhidlərə həsr
etmişdik. Şükürlər olsun ki, şəhidlərimizin qanı
yerdə qalmadı.
Müharibə başlayandan əlimə
kamançanı götürüb
ifa etməyimin və sosial şəbəkələri aktiv
istifadə etməyimin
düzgün olmayacağını
düşündüyüm üçün heç bir ifa və
paylaşım etməmişdim.
Artıq
qələbə xəbərini
aldığımız üçün
daha şən, qələbə ifaları
ilə qarşınızda
olacağam.
- Əsasən hansı
tərzdə musiqilər
ifa etməyi sevirsiniz?
- Musiqiçi üçün
tərzin məncə
önəmi yoxdur, əsas musiqinin bizim ürəyimizə yatması
və onu ürəkdən ifa etməkdir. Musiqini dinləyirik, sonra
onu öz zövqümüzə uyğunlaşdırıb
öz hisslərimizlə
ifa edirik. Hər tərzdə musiqi ifa etməyi sevirəm. Mən o musiqini sevdimsə,
onu dinləyiciyə də bir o qədər
sevdirməyə və
hiss etdirməyə çalışıram.
Ən çox ifa etməyi sevdiyim musiqilər isə elə öz musiqilərimizdir. Məncə, dünyada Azərbaycan musiqisindən daha gözəl musiqi yoxdur.
- Kamançanın səsində
sanki Azərbaycanın,
Qarabağın havası
duyulur. Düşmən hər şeydə
olduğu kimi, mədəniyyətdə də
oğurluq əməllərinə
əl atır. Milli alətlərdə onların
etdiyi ifalarla öz ifalarımız arasında bir musiqiçi kimi hansı fərqləri görürsünüz?
- Əslində, kamançanın
səsində Azərbaycanın
havası duyulur. Sadəcə, bizim illərdir yaralı yerimiz Qarabağ olduğu üçün biixtiyar şəkildə yanıqlı
bir musiqi eşitdikdə gözümüzün
qarşısında Qarabağ
canlanır.
Düşmən bizim musiqi alətlərini və musiqiləri oğurlayıb
dünyaya öz musiqiləri və musiqi alətləri kimi təqdim edir. Onlarla bizim aramızda
çox fərqlər
var. Mədəniyyətimizin və musiqimizin kökü bizdədir, qol-budağını oğurlamaqla
bizdən qopara bilməyəcəklər.
- Deyirlər, musiqi istedadı çox vaxt ailədən gəlir. Sizdə necə olub?
- Mənim atam uşaq vaxtı balaban ifa edib.
Amma sonradan bəzi səbəblərdən davam
etdirməyib. Əvvəlcə
qardaşım tar öyrənmək
üçün musiqi
məktəbinə gedib,
sonra isə məndə musiqiyə böyük həvəs yaranıb, ancaq dərslərə başlayandan
sonra musqiyə marağım azalmışdı. Mənə kamançanı sevdirən, kamançanı
tutmağı, onu ifa etməyi öyrədən insan ilk müəlliməm Aidə
xanım Rəfiyeva olub. Ana necə
öz övladı üzərində əziyyət
çəkirsə, müəlliməmin
də mənim üzərimdə bir o qədər əziyyəti
olub. Əgər mən bu gün kamançada ifa edə bilirəmsə,
onu müəlliməm
və ailəm sayəsində bacarmışam.
- Musiqi ilə bağlı hər hansı bir təhsiliniz var?
- İlk musiqi
təhsilimi Leopold və Mstislav Rostropoviçlər adına
21 nömrəli onbirillik
musiqi məktəbində
almışam. Bakalavr
və magistratura təhsilimi isə Azərbaycan Dövlət Mədəniyyət və
İncəsənət Universitetində
musiqi fakültəsində
xalq çalğı
alətləri -
kamança ixtisası
üzrə almışam.
Ustadım Azərbaycanın
Əməkdar artisti professor Mirnazim Əsədullayev olub. Onun mənim üzərimdə çox
böyük zəhməti
var.
Günel
Abbas
525-ci qəzet.- 2020.- 18 noyabr.- S.23.