Zəfər bayatıları

 

 

Yaşasın mərd oğullar,

Cəsur, comərd oğullar.

Elimə arxa-dayaq,

Yağıya dərd oğullar

 

Bura - bizim Qarabağ,

Yarı dağdı, yarı bağ.

Ayağında çiçəyə,

Başındakı qara bax.

 

Sevin bu gün, gül bu gün,

Yadda saxla, bil bu gün.

Şuşamız azad oldu,

Nəğmə deyir dil bu gün.

 

Gözəl yerdi - Şuşadı,

Büllurdandı, şüşədi.

Xarıbülbülün yurdu

Dağ başıdı - Şuşadı.

 

Həsrətliydim Ağdama,

Qara dama, dama.

Bəsdir, bitsin həsrətim,

Üz tuturam Ağdama.

 

Yol uzanır Laçına

Qayaları laçına.

Az qaldı qovuşmağa,

Xəbər çatıb Laçına.

 

Vaxt gülür Kəlbəcərə,

Baxt gülür Kəlbəcərə.

Nənəm elə sevinir,

Xoş gəlir Kəlbəcərə...

 

Mina Rəşid

 

525-ci qəzet.- 2020.- 17 noyabr. - S.15.