Azərbaycan əsgəri.
Yumruq oldu düşmənlərə
nifrətin,
Aşıb keçdin səngərlərin,
daş səddin.
Hədər getməz igidliyin,
zəhmətin,
Sən qovmusan yurddan qəmi, kədəri,
Alqış sənə, Azərbaycan
əsgəri!
Şuşadakı zilərində sevinc
var,
Anaların üzlərində sevinc
var,
Sevgilinin gözlərində sevinc
var.
İllər keçdi, verdin
bu şad xəbəri,
Alqış sənə, Azərbaycan
əsgəri!
Vətənimin hər qarışı
əzizdir,
Sevinən qəlb coşub-daşan
dənizdir,
Amalların müqəddəsdir, təmizdir.
Halallıqla qazandın bu zəfəri,
Alqış sənə, Azərbaycan
əsgəri!
Xan Qarabağ, üzün gülsün beləcə,
Doğma
torpaq, üzün gülsün beləcə,
Vüqarlı xalq, üzün
gülsün beləcə,
Dastan oldu igidlərin hünəri,
Alqış sənə, Azərbaycan
əsgəri!
Şahlar İSMAYILOV
525-ci qəzet.- 2020.- 17 noyabr. -
S.15.