Qələbənin memarı
Bakı
küçələri və meydanlarında, bütün Azərbaycan
boyu milli bayrağımız 2020-ci il
noyabrın üç günündə - ayın 8-i, 9-u, 10-da
olduğu qədər iftixarla, xoşbəxtcəsinə, millətin
köksə sığmayan ortaq sevincinin dənizi kimi 1918-ci
ildən indiyədək yalnız bircə gün belə
coşqunluqla dalğalanmışdı.
XX
yüzilin əvvəllərində 23 ay bəxtiyarlığını,
sonra 70 il həsrətini yaşadığımız
istiqlalımız həmin əsrin sonunda yenidən qayıdandan
sonra keçirdiyimiz heç bir müstəqillik
bayramımızda bayrağımız millətin qanadları
kimi belə qürurla, belə fərəhlə, belə
ümumxalq həyəcanı ilə
açılmamışdı.
O vaxt -
1919-cu ilin 28 mayında Bakı, bütöv Azərbaycan
müstəqilliyimizin 1 yaşını bayram edəndə də
eynən belə olubmuş. Məhz belə olmasını
indiki günlərin möhtəşəmliyini qürurdan
yaşaran gözlərimizlə görüb, "Azərbaycan"
qəzetinin 1919-cu ilin az qala eyni mənzərəsini
təsvir edən yazılarını oxuyarkən xəyal
aynasında oyanan riqqətdoğurucu mənzərələrdən
duyuruq: "Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən
üçrəngli, hilallı, ulduz nişanlı
bayraqların yellənməsi insanın qəlbində fərəh
oyadırdı. Yaşıllıqlar ilə bəzənmiş
balkonlardan asılmış qiymətli xalılar, ipək
örtüklər, "Yaşasın istiqlal!",
"Yaşasın Azərbaycan!" yazılı bayraqlar millətdə
ruh-i Vətən və millət məhəbbətini layiqincə
göstərirdi.
Marşrut qərarı üzrə məktəblərin
çocuqları buradan Məclis-i Məbusan
qarşısına getməli idi. Bazar küçəsi
ipək parçalar, xalılar və rəngbərəng
bayraq ilə bəzədilmişdi. Bələdiyyə
idarəsi də bayraqlar içində idi. Bir sözlə:
bayraqlar, bayraqlar! Şəhər bağı və
bulvarda da bələdiyyə idarəsi tərəfindən
alaqapılar bəzənib hesabsız milli bayraqlar
asılmışdı. İçəri
şəhərdəki bütün məscidlərin minarələri
başında milli bayraqlar rəkz edilərək
(sancılaraq, taxılaraq - R.H.) elektrik ilə çıraqban
edilmişdi. Xan sarayının üzərində
də milli bayraqlar asılmış, məşhur Qız
qalası çıraqban edilmişsə də, üzərində
iki böyük bayraq rəkz edilmişdi.
Təzəpir camei çıraqban edilmiş, bayraqlar asılmışdı. Paytaxtdakı
bütün minarələr elektrik ilə tənvir
(işıqlandırılmış - R.H.), milli bayraqlar ilə
təzyin (bəzənmişdi - R.H.) edilmişdi.
Bulvar qarşısındakı hesabsız bayraqlar ilə
müzəyyən qayıqlar paytaxtı salamlayaraq
böyük bayram ilə təbrik edirdilər. Saət 9 radələrində
Məclis-i Məbusan qarşısında izdiham qələbəlik
bir dərəcədə idi ki, artıq keçməyə
yol tapmaq namümkün idi. Bütün o
dairədəki evlərin damları, pəncərə və
balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır ətfalın
(uşaqların - R.H.) səsləri asimana bülənd olurdu.
İzdiham da çocuqların sədalarından
cünbüşə gələrək "yaşa!"
- deyə onlara qoşuldular. Kütle-yi
əzim "Yaşasın!" sədaları, əl
şıqqıltıları ilə bütün ətrafı
gumbuldatdı. Bələdiyyə idarəsi
qarşısından tutmuş Məclis-i Məbusan dairəsi,
Parapet bulvarı, dövlət dairəsi
tamaşaçılar ilə xıncaxınc idi.
Dəstə-dəstə
mini-mini çocuqlar bir əsgər kimi marş oxuyaraq gəzirdilər".
Fikir verirsinizmi, sanki siz bunların hamısını
şəxsən görmüsünüz.
Məgər Şuşanın azad edildiyi gün - noyabrın
8-də, Bayraq bayramı günündə - noyabrın 9-da,
düşmən təslim sənədinə imza atıb qələbəmiz
elan ediləndə - noyabrın 10-da elə bu cür, bundan da
artıq təntənənin axarında deyildinizmi?
Üstündən 1 əsr sovuşandan sonra, sadəcə
oxşar deyil, bundan da onqat artıq bayraq və millət
bayramı sevinci, Qarabağ zəfərinin ürəklərdən
fəvvarələr kimi çağlaması
hamınızın iştirakçısı olduğunuz həyat
filmi olmadımı?
Uşaqdan
ən qocamanına qədər bütün azərbaycanlıların
məcazi mənada deyil, elə həqiqətən sevincdən
uçduğu o günlərdə, o saatlarda cavabsız kimi
görünən bir sualın - o anlarda hamıdan çox
sevinən, Vətənin hər kəsdən daha xoşbəxt
olan insanı kim idi sorğusunun dəqiq
cavabı məlumdur.
Son bir əsr
ərzində heç kəsin edə bilmədiyini etmiş,
bu xalqa və bütün yurda belə misilsiz bayraq və qələbə
səadəti bağışlamış, milləti ali Vətən sevdası üzərində həmahəng
səslənən möhtəşəm orkestrə döndərməyi,
möhkəm bir yumruğa çevirməyi bacarmış
Prezident İlham Əliyev!
Adamlarla ləbələb küçələrimiz,
çala-oxuya irəliləyən gənclərimiz, Azərbaycan
və Türkiyə bayraqları qoşa yellənən
maşınların ötüşü, eyvanlardan onlara əl
edənlər, hayqırışları maşınların
siqnallarına qovuşaraq ürək atlandıran insanlar
bütöv bir millət simfoniyası timsalında idi.
Noyabrın 9-dan 10-na keçə gecə saat 4-də
İctimai Televiziya ilə canlı yayımda
çıxış edərək xalqı Qarabağ
savaşındakı Qələbə münasibətilə təbrik
edəndən sonra öz avtomobilimlə evə
qayıdırdım. Abbas Mirzə Şərifzadə
küçəsindən Səməd Vurğun küçəsinədək
uzaqbaşı 15 dəqiqəyə qət edə biləcəyim
yolu saat yarıma keçdim. Küçələr
hamısı izdihamlı, ətrafdakı binalarda bütün
mənzillərin işıqları yanılı, maşın
əlindən tərpənmək mümkünsüz.
Xalqın
bu aşıb-daşan sevincinin şirinliyinə bürünərək
az qala addım-addım irəliləyirdim.
Şəxsən mən hər halda balaca olmayan
ömrüm boyu bunca şad dəqiqələr
yaşamamışdım.
Güman
edirəm ki, yaşından asılı olmayaraq bütün vətəndaşlarımız
da elə mənim kimi!
Hər xalqın sözün gerçək mənasında
millətə dönməsi üçün gərək olan
ümdə şərtlər sırasında öz təqvimindəki
bir vacib Qələbə bayramı ehtiyacı da var.
Qələbə bayramımız yox idi. Əvəzində
çəkilməz dərd yükünü 30 ilə
yaxın müddətdə gecə-gündüz əsəb
tellərimizdə daşıdığımız və
göynəyi hər yurddaşımızın ürəyində
qövr edən torpaq itkilərimiz, qaçqınlar, məcburi
köçkünlər faciəmiz vardı.
Kimlər, hansı nəhəng fitnələr bais
olmuşdu, - bu, ayrı söhbətdir, nəticə o idi ki,
Birinci Qarabağ müharibəsində bizi məğlub tərəfə
çevirməyə müvəffəq olmuşdular.
Azərbaycan ildən-ilə qüvvətlənirdi, zənginləşirdik,
yüksəlirdik, dünya boyu səsimiz ildən-ilə daha
inamlı gəlirdi, amma bir sınıqlıq, bir
yarımçıqlıq, bir gözüqıpıqlıq,
etiraf etsək də, etməsək də, daxilimizdə
zoqquldayan yara kimi qalırdı.
Prezident İlham Əliyev bu millətə o həsrətində
olduğumuz, illərcə yolunu gözlədiyimiz Böyük
Qələbəni nəsib etdi.
İstiqlalımızın
1 yaşının Azərbaycanda necə coşqu ilə bayram
edilməsini ayrıntıları ilə bilən insan kimi
2018-ci ilin 28 mayında müstəqilliyimizin 100 yaşı
tamam olanda Bakıda və ölkə boyu 99 il əvvəlki təntənədən
də üstününü görməyi umduğum halda
olmalı olduğundan xeyli solğun mənzərəylə
tuş gələndə əvvəlcə çox pərişan
olmuşdum.
Amma burasını da düşünmüşdüm ki,
axı biz o istiqlal bayramı qarşısında da
gözükölgəliyik.
Axı ərazimizin beşdə-birində
bayrağımız ucalmır, hələ biz
istiqlalımıza borcluyuq, onun bütün ölkə boyu bərqərar
olmasını bacarmamışıq, ona görə də həmin
bayramı heç könül dolusu keçirməyə də,
sən deyən, mənəvi haqqımız yoxdur.
Prezident İlham Əliyevi bir dövlət
başçısı kimi təkrarsız edən həm də
budur ki, o, taleyinə Vətənin hər nöqtəsində
üçrəngli bayrağımızı ucaltmaq səadəti
yazılan ilk Azərbaycan Prezidentidir.
Belə ilk olmağın şərəfindən
üstün bir mükafatı təsəvvür etmək
mümkünmü?
Prezident İlham Əliyevin Vətən və millət
qarşısındakı bu müstəsna xidmətinə
görə insanlarımız səmimi sevgilərindən
doğan bir istəklərini bu günlərdə tez-tez ifadə
edirlər ki, dövlət başçımıza Milli Qəhrəman
adı verilsin.
Bu, ölkənin ən ləyaqətli övladlarına
verilən uca və şanlı bir addır. Bu ad onu
daşıyana da, nəslinə də əbədi şöhrətdir.
Qəhrəmanlarımıza
o ali adı da, digər bu qəbil yüksək
təltif və mükafatları da öz sərəncamları
ilə Prezident İlham Əliyev verir.
Elə
İkinci Qarabağ müharibəsində də şəhid
olub əbədiyyət qazanan və cəbhədən zəfərlə
qayıdacaq neçələrinə də, yəqin ki, lap
yaxın zamanlarda belə ali adlar və təltifləri
bəxş edəcək.
Onun özünün bu Böyük Qələbəyə
gətirən yoldakı və müharibə davam edən
müddətdəki fəaliyyətləri o qədər
fövqəladədir ki, bu hünərə
qarşılıq olacaq nə bir rəsmi adı, nə bir rəsmi
nişanı ağla gətirmək olur.
Bu FATEHliyə uyğun gələcək ən yüksək
mükafat xalqın məhəbbətidir ki, o da Prezident
İlham Əliyevə qismət olub.
Bu, elə
hünərdir ki, ona qarşılıq ola
biləcək fəxri adı da, ordeni də şəxsiyyətlərə
Tarix verir.
Həyatdaykən,
elə cavan yaşında hər zaman yaşamaq haqqını,
millətin sonsuz sevgisini, Tarixin möhürü və
imzası ilə Fateh və Qurucu adını qazanmaqdan daha
yaxşı bir mükafat nə ola bilər?!
İbrətli
tarixçələr var. Sovet İttifaqında ən yüksək
təltiflər sırasında olan Lenin ordeninə ikinci dəfə
layiq görülərkən İ.N.Bajanov adlı bir əməkçi
həmin təzə ordeni yaxasına taxmadan elə qutusu ilə
Kremlə, İosif Stalinə göndərir və yazır ki,
ölkə üçün gördüyünüz işlər
o qədər cahanşümul və əhəmiyyətli, sizə
olan hörmət və sevgim elə böyükdür ki, minnətdar
duyğularımın nişanəsi kimi bu hədiyyəmi qəbul
edin.
1933-cü
il fevralın 16-da orden yollayana cavab göndərən
İosif Stalin isti sözlərə və yoldaş töhfəsinə
görə razılığını bildirdikdən sonra
yazır ki, mən anlayıram siz özünüzü nədən
məhrum edirsiniz və hisslərinizi yüksək qiymətləndirirəm:
"Lakin bununla belə, mən sizin ikinci Lenin ordeninizi
götürmürəm və götürə bilmərəm.
Yalnız ona görə yox ki, ona layiq
görüldüyünüz üçün o, yalnız sizə
məxsus ola bilər. Həm
də ona görə ki, mən yoldaşların diqqət və
hörməti ilə kifayət qədər
mükafatlandırılmışam və sizi qəsb etməyə
haqqım yoxdur. Ordenlər onsuz da məşhur olan
adamlarçün deyil, əsas etibarilə o qəhrəman
adamlar üçün yaradılmışdır ki, az tanınıblar və onları hamıya
tanıtmaq lazımdır. Bundan əlavə, sizə
deməliyəm ki, mənim artıq 2 ordenim var və
inandırıram, bu, lazım olduğundan da çoxdur".
Millətinə
QƏLƏBƏ, ZƏFƏR sevincini
bağışladığı məsud tarix kəsiyində
Prezident İlham Əliyevə burada - Azərbaycanda və
bütün dünyadakı soydaşlarımızın ürəyində
elə sevgi təlatümü kükrədi ki, bu, indiyədək
heç bir Azərbaycan rəhbərinə qismət
olmayıb.
İstisnasız
olaraq heç birinə!
Və həyatının
bitməsinə lap az qalmış, 2003-cü ilin 1
oktyabrında xalqına məktub ünvanlayaraq iki həftə
sonra baş tutacaq prezident seçkilərində İlham
Əliyevə dəstək olmağa çağıran
müdrik Heydər Əliyev "Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm" yazanda, vəsiyyət kimi səslənən
"İnanıramki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işlərisizin
köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıra biləcək" vədini Azərbaycana
verəndə nə qədər haqlıymış, nə qədər
uzaqlara baxırmış!
Unudulmaz Heydər Əliyevin sona çatdıra bilməyib
nigaran getdiyi işlərdən ən ümdəsi isə Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi arzusu idi.
6 həftəlik
İkinci Qarabağ müharibəsinin zirvə məqamı və
savaşın həlledici mərhələsi olan Şuşa zəfərinin ertəsi
günü Prezident İlham Əliyev növbəti dəfə
atasının məzarı başında idi.
Sadəcə
olaraq zənn etmirəm, qəti əminəm ki, 2003-cü ilin
15 dekabrından, Ümummilli liderin dəfn günündən
sonra ilk dəfə idi Prezident İlham Əliyev ona
dünyadakı ən əziz insanın hüzuruna bunca ürəklə,
bunca üzüağ, bunca qürurlu gedirdi.
Əlbəttə ki, o gün bir-biri ilə
danışıblar da.
Prezident İlham Əliyev səssizcə dayanıb,
sözlərini ürəyində deyib və nə deyib,
özü bilir.
Heydər
Əliyevin isə nə dediyini, yaxud söz ustası olduğu
halda heç bir söz deməyə gücü çatmayaraq
iftixardan necə qəhərləndiyini hər bir valideyn,
övladının ona sonsuz fəxr, başucalığı gətirən
əməlinə məmnun bəxtiyarlıqla şahid
olmuş hər ata təsəvvür edə bilər!
Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycana rəhbərlik
edir və bu müddət ərzində paytaxt Bakı da,
bütün ölkə də, elə xalqımız da
çox dəyişib.
Gözəlliyə,
tərəqiyyə doğru dəyişib!
Bütün bu nəticələri görürük,
köksümüz qabarır. Prezident İlham
Əliyevin qeyri-adiliyi isə ondadır ki, sanki illər sonra
malik olduqlarımızın hamısı öncədən
onun düşüncəsində hazırmış, sadəcə
il-il beynindəki o layihəni həyata keçirirmiş.
Bakı məgər
17 il əvvəlki Bakıdırmı,
ağlınıza gələrdimi bu cür füsunkarlıq,
bu qədər ahəngdarlıq belə qısa müddətdə
yarana bilər?
Hər kəs haçansa evində əsaslı təmir
aparıb. Kənar
adam o təmir gedişində gəlib
baxarsa, qatma-qarışıqlığın,
tör-töküntünün içərisində
hansısa gözoxşayacaq əlamət tapmaz. Ancaq
artıq fikrində nəyin sonda necə olacağını
müəyyənləşdirmiş şəxs artıq
öncədən bu pərakəndəliyin arxasından aylar
ötüncə qalxacaq yaraşığı, cazibədarlığı
görür.
Bütün
başqa böyük əməllərində olduğu kimi, Azərbaycanın
yalnız müasir tarixinin deyil, bütün keçmişinin
ən əlamətdar qələbəsi olan Qarabağ zəfərini
də gətirməkçün Prezident İlham Əliyev səbirlə,
ardıcıllıqla, yüz ölçüb, bir biçərək
neçə illər ərzində çalışıb. Bu gün hamımıza görünən zəfər
çələngini o bəsirətli insan bu gözəlliyi
çiçək-çiçək hörməyə
başlayanda qabaqcadan aydın təsəvvür edib. Aydın təsəvvür etdiyi üçün məqsədinə
doğru qətiyyətlə, inamla, kənardan söylənən
və bütöv mənzərəni onun qədər görə
bilməyənlərin haqsız iradlarına məhəl
qoymadan irəliləyib.
İlk növbədə iqtisadi cəhətdən
güclü, dünyayla əlaqələri artan, mötəbər
və etibarlı partnyorları olan, beynəlxalq əhəmiyyətli
layihələrdə söz sahibliyinə malik Azərbaycanı
qurmaq yolunda çalışıb. Bunları edə-edə,
ölkəni varlı, xəzinəni dolu səviyyəyə
çatdırmaqla yanaşı, bu imkanların əhəmiyyətli
hissəsini güclü ordu qurmaq səmtinə yönəldib.
Ancaq bilib ki, əlləri çox uzun və xisləti
çox mənfur düşmənin öhdəsindən
yalnız qüdrətli ordu ilə gəlmək olmaz.
Başlayıb dünyaya həqiqətlərimizi
çatdırmağa, uluslararası qurumlarda, dünya mətbuatında
erməniliyin iç üzünü açmağa,
bataqlığa döndərilmiş Qarabağ
çıxılmazlığından qurtulmağın
hüquqi əsaslarını dünyanın şüuruna daha
artıq yeritməyə. Asta-asta Azərbaycanı
çevirib Yer Üzünün mühüm siyasi, mədəni,
elmi dialoqlarının, həssas problemlərinin müzakirələri
mərkəzinə. Kimlərsə mahiyyəti anlamayaraq
belə addımlara qulp yapışdırmağa, mız qoymağa
çalışsa da, sabahı irəlicədən
gördüyündən məsrəfləri çox olsa belə,
nüfuzlu idman yarışlarını, müsabiqələri,
forumları, simpoziumları keçirmək üçün
Bakının ev sahibliyinə səy edib, bilib ki, gün gələcək,
bütün bunlar çəkilən xərclərdən dəfələrlə
artıq fayda verəcək.
Dünya siyasətini incəliklərinə qədər
mükəmməl bildiyindən və qəsbkarın
arxasında hansı qüvvələrin
dayandığından yaxşı agah olduğundan ənənəvi
dostlarımızı bizə daha yaxın etmək, onlara
yaxın olanları bizim sarı daha çox çəkməkçün
tədbirlər töküb. Bütün bu
görülən işlərin hər birinin həm
ayrılıqda, həm də ümumilikdə Azərbaycan
üçün önəmi vardı. Fəqət
Prezident İlham Əliyevbu faydalı müxtəlifliyin bir
istiqamətini həmişə ən həyati məsələmizin,
Qarabağ mübarizəmizin müsbət həllinə
yönəltmək barədə düşünüb və
çalışıb.
30 ilə
açılmayan pas tutmuş Qarabağ qıfılını
Ali Baş Komandan İlham Əliyevin
başçılığı altında Azərbaycan
Ordusunun həftələr ərzində açmasını
möcüzə adlandıranlar az deyil.
Yox, möcüzələr olmur. Yolun o biri tərəfindən, pərdə
ardındakılardan bixəbər qaldığımızdan hərdən
bizə elə gəlir ki, nələrsə elə hadisələrin
uğurlu gedişi, bəxtin gətirməsi, ya digər buna
oxşar səbəblərdən baş verdi.
Əslində isə hər möcüzə təsiri
oyadan böyük əməllərin ardında usanmaz səylər,
gərgin əməklər, dərin düşüncələr
dayanır.
Kim o qənaətdədirsə ki, Ermənistanın
ordusu zəif idi, müharibəyə yaxşı
hazırlaşmamışdı, yanılır. Bu, bizim qələbələrin
dəyərini azaltmaq istəyənlərin uydurduğudur.
Elə indi Ermənistanın özündə də
baş nazirin üstünə bir də ona görə
düşürlər ki, guya ölkədə müharibə
hazırlığı lazımi səviyyədə
deyilmiş.
Əksinə,
arxada qalan illər boyu Ermənistanın işi-gücü elə
ondan ibarət olmuşdu ki, silahlanmışdı, ordusunu
müharibəyə hazırlamışdı, işğal
altındakı ərazilərədə təlim düşərgələri
təşkil edərək xaricdən gələn terror dəstələri
ilə birgə tədarüklər görmüşdü,
saysız istehkamlar qurmuşdu, sığınacaqlar
yaratmışdı, yerin altını deşik-deşik eləmişdi,
hərbi kəşfiyyatı da ciddi şəkildə
çalışmışdı, beləliklə, gecmi, tezmi,
lakin mütləq başlanacaq davaya güc
yığmışdı.
Ermənistanın həmin dava saatının hökmən
yetişəcəyinə inamının bir əyani təsdiqi
də odur ki, Dağlıq Qarabağdan kənarda müdafiə
zolağı adı ilə zəbt etdikləri
rayonlarımızı, kəndlərimizi yaşanılmaz hala
gətiriblər. Əgər zərrəcə ümidləri
olsaydı ki, bu yerlər onlarda həmişəlik qala bilər,
- belə edərdilərmi?
Ermənistanın məğlubedilməz orduya malik
olması haqda bəyanatları da quruca söz deyildi, bu qədər
hazırlığın müqabilində müharibənin
başlanacağı təqdirdə elə qələbənin
də onlarda olacağına şübhələri yoxmuş.
Ermənistan ordusu ona görə diz çökmədi
ki, zəif, yaxud hazırlıqsız idi. Onu
darmadağın edib mağmun vəziyyətə salan Azərbaycan
Ordusunun qüdrəti, ən müasir səviyyədə
silahlanması, əsgər və zabitlərimizin həm yenilməz
ruhu, həm də əla peşəkar hazırlığı
oldu.
Bizim bu qədər üstünlüyümüzün
qarşılığında Ermənistan ordusu 44 gün
müqavimət göstərə bildisə, heç kəs
söyləməsin ki, zəif idilər, hazırlıqsız
idilər.
O cür
olsaydı, Azərbaycan Ordusu bu gücü ilə Ermənistanı
1 həftəyə, 10 günə şil-küt edərdi.
XII yüzilin səlcuq tarixçisi Nəcməddin
Əbu Bəkr Ravəndinin "Rahət əs-sudur və ayət
əs-surur" ("Könüllərin rahatlığı və
sevinclərin əlaməti") adlı məşhur əsəri
var ki, bir fəsli "Hökmdarların əyləncələri
haqqında"dır.
Tövsiyə edir ki, nərd oynamağa meylli olmayın,
daha yaxşısı şətrəncdir. Çünki sən nərddə
hər şeyi ölçüb-biçərsən, hər
addımını hesablayaraq oynayarsan və qalib gələrsən,
rəqibin lap zəif də olsa, iddia edər ki, sən
ağlının hesabına udmadın, sadəcə bəxtin
gətirdi, zər verdi. Ya da sən oyunu
ağıl, dəqiq hesablama üzərində qursan da, rəqibinin
atdığı zərlər çox uğurlu olar, elə
bunun hesabına da sırf təsadüfən qalib
çıxar, amma öyünər, sənə acıq verər
ki, daha dərrakəli, daha mahir olduğu üçün
oyunu aparıb. Şahmatda isə belə bəhanələrə,
saxtakar yozumlara yer yoxdur. Son sözü həmişə
qabiliyyət, ağıl, istedad deyir. Kim həqiqətən
daha güclüdürsə, qələbə də onunkudur!
İkinci Qarabağ müharibəsi Prezident İlham
Əliyevin bir sərkərdə, hərbi xadim, Ali Baş
Komandan olaraq da nə qədər qabil olduğunu üzə
çıxardı.
Azərbaycanla Ermənistanın savaşı həm də
iki fərqli ordu sisteminin qarşıdurması oldu.
Ötən
illərdə mən dəfələrlə Türkiyədə
hərbi təhsil alan çox gənclərimizlə
görüşmüşəm. Hər dəfə onlarla
ünsiyyətdə olduqca, söhbət etdikcə sevinmişəm
ki, hərbi biliklərindən əlavə, ümumi
dünyagörüşləri də, nitqləri də necə
qəlbəyatandır, sabiq sovet hərbçilərinə
aşağıdan yuxarıyacan xas olan kobud "soldat
dayazlığı" onlara yaddır.
Digər tərəfdən, yüksək zabit heyətimiz
də mütəmadi olaraq təlimlər keçir, müasir
dünya hərb elmi və təcrübəsinin dərslərini
mənimsəyir, ordunun NATO standartlarına daha çox
uyğunlaşma xəttini tuturdu.
Prezident İlham Əliyevin daimi diqqəti və
qayğısı ilə əhatə olunmuş ordumuz
addım-addım zəfər ordusuna çevrilmək səmtində
irəliləyirdi. Hər il dövlət büdcəsində
müdafiə xərclərimiz düşmən Ermənistanın
bütöv büdcəsindən artıq olmağa hesablanırdısa,
burada çox məqamlar göz altına alınırdı. Axı biz yaxşı bilirdik ki, Ermənistana
sağdan-soldan elə büdcəsi qədər də məccani
silah-sursat ötürülə bilər. Elə
olacağı təqdir üçün də daha
üstün olmağımızın qeydinə
qalmalıydıq.
İkinci Qarabağ müharibəsində Azərbaycan
Ordusunun istifadə etdiyi ən yeni nəsil silahlar şəbəkəsini
müşahidə edən hərb mütəxəssisləri
heyrətlə etiraf edirdilər ki, hələ dünyanın ən
aparıcı dövlətləri də bu səviyyəli
mükəmməl və ultra yeni silahlarla müharibə
aparmayıblar.
Məhz o
cür silahlanma xətti tutmaq da Ali Baş Komandan İlham
Əliyevin bu savaş öncəsi aparmış olduğu
hazırlıq işlərinin ən uğurlu halqalarından
sayılmalıdır ki, gözlənilən bəhrəsini də
verdi.
Azərbaycanın
hərbi uğurlarının çəkisini azaltmaq, dəyərini
aşağı salmaq istəyən Ermənistan tərəfin
və onların kənar ölkələrdəki züy
tutanlarının müharibə gedişində guya Türkiyənin
Azərbaycana bilavasitə kömək etməsi, bizim tərəfimizdə
döyüşməsi, guya xüsusi hazırlıq
görmüş xarici muzdluları da cəlb etməyimiz kimi həqiqətlə
qətiyyən əlaqəsi olmayan böhtan və qarayaxmalar
hansı məqsədi güdürsə, Ermənistan ordusu ona
görə məğlubiyyətə düçar oldu ki, guya
hazırlıqsızmış, yaxşı
silahlanmayıbmış kimi mülahizələr də eyni dərəcədə
çürük və riyakardır.
Ermənistan üstümüzə istifadəsi
qadağan olunmuşlar da daxil olmaqla ən
dağıdıcı geniş silah arsenalı ilə həmlə
etdi və özünə arxayın olaraq, bu qədər
silah-sursatın, hazırlığın, bu qədər zəngin
terrorizm təcrübəsi olan muzdluların vasitəsilə qələbə
çalacağına da inandı. Öz güclərini
bildiklərinə görə arxayın idilər, yekə-yekə
danışırdılar, amma Azərbaycanın onlardan bu qədər
güclü, bu qədər üstün, bu qədər əzmli
olduğunu hesablamaqda yanılmışdılar.
Digər tərəfdən də, yenə Prezident və
Ali Baş Komandan İlham Əliyevin zərgər dəqiqliyi
ilə apardığı digər bir xətt müharibənin
müqəddəratına təsirini göstərdi.
Türkiyə,
Rusiya, Azərbaycan münasibətlərini elə incə
çalarlar və qarşılıqlı
bağlılıqlar üzərində quraraq irəlilətməyə
nail oldu ki, 44 gün boyunca müharibə meydanına hər
hansı üçüncü dövlətin müdaxiləsi
kimi çox dəhşətli fəlakətlərə apara
biləcək ssenarilər işləmədi.
Hər
gün televiziya ekranlarında xalqıyla üz-üzə
olması ilə Prezident İlham Əliyev həm orduya, həm
xalqa əlavə güc, inam verdi, dövlətlə
xalqın, xalqla ordunun elə vəhdəti yarandı ki,
dünənəcən ən qart müxalif olanlar da həm
ölkə daxilində, həm xaricdə eyni nöqtəyə
vurmağa başladılar və bu yenilməz birliyə də
bütün dünya şahid kəsildi.
İkinci Qarabağ müharibəsinin ilk zəfər
soraqları, azad edilmiş ilk kəndlərimiz barədə
şad xəbərlər yaralı Füzulidən gəlməyə
başladı.
Adı və
xatirəsi artıq başdan-başa azad olan Füzuliyə
qovuşmuş ulu şairimiz əsrlər öncə sual
edirdi:
Hər
xilqətə gərçi bir səbəb var,
Bəs bu
səbəbi kim etdi izhar?
Söz yox, hər müharibədə qazanılan qələbə
mahiyyəti ilə çox insanın birlikdə səyləri
və fəaliyyətlərinin nəticəsi kimi ortaya
çıxır. Lakin istənilən böyük əməlin
hökmən qurucusu, yönəldicisi olmalıdır ki,
arzulanan məntiqi sonluğa çatıla.
Qələbənin
memarı - Rafael Hüseynovdan yeni yazı
Qələbənin
memarı - <b style="color:red">Rafael
Hüseynovdan yeni yazı</b>
YazarOxunub:
294 dəfəa -A +17.11.20 18:56
Facebook
Twitter
WhatsApp
Rafael
HÜSEYNOV
Akademik
Bakı
küçələri və meydanlarında, bütün Azərbaycan
boyu milli bayrağımız 2020-ci il
noyabrın üç günündə - ayın 8-i, 9-u, 10-da
olduğu qədər iftixarla, xoşbəxtcəsinə, millətin
köksə sığmayan ortaq sevincinin dənizi kimi 1918-ci
ildən indiyədək yalnız bircə gün belə
coşqunluqla dalğalanmışdı.
XX
yüzilin əvvəllərində 23 ay bəxtiyarlığını,
sonra 70 il həsrətini yaşadığımız
istiqlalımız həmin əsrin sonunda yenidən
qayıdandan sonra keçirdiyimiz heç bir müstəqillik
bayramımızda bayrağımız millətin qanadları
kimi belə qürurla, belə fərəhlə, belə
ümumxalq həyəcanı ilə
açılmamışdı.
O vaxt -
1919-cu ilin 28 mayında Bakı, bütöv Azərbaycan
müstəqilliyimizin 1 yaşını bayram edəndə də
eynən belə olubmuş. Məhz belə olmasını
indiki günlərin möhtəşəmliyini qürurdan
yaşaran gözlərimizlə görüb, "Azərbaycan"
qəzetinin 1919-cu ilin az qala eyni mənzərəsini
təsvir edən yazılarını oxuyarkən xəyal
aynasında oyanan riqqətdoğurucu mənzərələrdən
duyuruq: "Sokak boyu aşağı-yuxarı baxacaq evlərdən
üçrəngli, hilallı, ulduz nişanlı
bayraqların yellənməsi insanın qəlbində fərəh
oyadırdı. Yaşıllıqlar ilə bəzənmiş
balkonlardan asılmış qiymətli xalılar, ipək
örtüklər, "Yaşasın istiqlal!",
"Yaşasın Azərbaycan!" yazılı bayraqlar millətdə
ruh-i Vətən və millət məhəbbətini layiqincə
göstərirdi.
Marşrut qərarı üzrə məktəblərin
çocuqları buradan Məclis-i Məbusan
qarşısına getməli idi. Bazar küçəsi
ipək parçalar, xalılar və rəngbərəng
bayraq ilə bəzədilmişdi. Bələdiyyə
idarəsi də bayraqlar içində idi. Bir sözlə:
bayraqlar, bayraqlar! Şəhər bağı və
bulvarda da bələdiyyə idarəsi tərəfindən
alaqapılar bəzənib hesabsız milli bayraqlar
asılmışdı. İçəri
şəhərdəki bütün məscidlərin minarələri
başında milli bayraqlar rəkz edilərək
(sancılaraq, taxılaraq - R.H.) elektrik ilə çıraqban
edilmişdi. Xan sarayının üzərində
də milli bayraqlar asılmış, məşhur Qız
qalası çıraqban edilmişsə də, üzərində
iki böyük bayraq rəkz edilmişdi.
Təzəpir camei çıraqban edilmiş, bayraqlar
asılmışdı. Paytaxtdakı bütün minarələr
elektrik ilə tənvir (işıqlandırılmış -
R.H.), milli bayraqlar ilə təzyin (bəzənmişdi - R.H.)
edilmişdi.
Bulvar qarşısındakı hesabsız bayraqlar ilə
müzəyyən qayıqlar paytaxtı salamlayaraq
böyük bayram ilə təbrik edirdilər. Saət 9 radələrində
Məclis-i Məbusan qarşısında izdiham qələbəlik
bir dərəcədə idi ki, artıq keçməyə
yol tapmaq namümkün idi. Bütün o
dairədəki evlərin damları, pəncərə və
balkonları tamaşaçılar ilə dolmuş idi. Damda qoşa zurna çalınır ətfalın
(uşaqların - R.H.) səsləri asimana bülənd olurdu.
İzdiham da çocuqların sədalarından
cünbüşə gələrək "yaşa!"
- deyə onlara qoşuldular. Kütle-yi
əzim "Yaşasın!" sədaları, əl
şıqqıltıları ilə bütün ətrafı
gumbuldatdı. Bələdiyyə idarəsi
qarşısından tutmuş Məclis-i Məbusan dairəsi,
Parapet bulvarı, dövlət dairəsi
tamaşaçılar ilə xıncaxınc idi.
Dəstə-dəstə
mini-mini çocuqlar bir əsgər kimi marş oxuyaraq gəzirdilər".
Fikir verirsinizmi, sanki siz bunların hamısını
şəxsən görmüsünüz.
Məgər Şuşanın azad edildiyi gün -
noyabrın 8-də, Bayraq bayramı günündə -
noyabrın 9-da, düşmən təslim sənədinə
imza atıb qələbəmiz elan ediləndə - noyabrın
10-da elə bu cür, bundan da artıq təntənənin
axarında deyildinizmi?
Üstündən 1 əsr sovuşandan sonra, sadəcə
oxşar deyil, bundan da onqat artıq bayraq və millət
bayramı sevinci, Qarabağ zəfərinin ürəklərdən
fəvvarələr kimi çağlaması
hamınızın iştirakçısı olduğunuz həyat
filmi olmadımı?
Uşaqdan
ən qocamanına qədər bütün azərbaycanlıların
məcazi mənada deyil, elə həqiqətən sevincdən
uçduğu o günlərdə, o saatlarda cavabsız kimi
görünən bir sualın - o anlarda hamıdan çox
sevinən, Vətənin hər kəsdən daha xoşbəxt
olan insanı kim idi sorğusunun dəqiq
cavabı məlumdur.
Son bir əsr
ərzində heç kəsin edə bilmədiyini etmiş,
bu xalqa və bütün yurda belə misilsiz bayraq və qələbə
səadəti bağışlamış, milləti ali Vətən sevdası üzərində həmahəng
səslənən möhtəşəm orkestrə döndərməyi,
möhkəm bir yumruğa çevirməyi bacarmış
Prezident İlham Əliyev!
Adamlarla ləbələb küçələrimiz,
çala-oxuya irəliləyən gənclərimiz, Azərbaycan
və Türkiyə bayraqları qoşa yellənən
maşınların ötüşü, eyvanlardan onlara əl
edənlər, hayqırışları maşınların
siqnallarına qovuşaraq ürək atlandıran insanlar
bütöv bir millət simfoniyası timsalında idi.
Noyabrın 9-dan 10-na keçə gecə saat 4-də
İctimai Televiziya ilə canlı yayımda
çıxış edərək xalqı Qarabağ
savaşındakı Qələbə münasibətilə təbrik
edəndən sonra öz avtomobilimlə evə
qayıdırdım. Abbas Mirzə Şərifzadə
küçəsindən Səməd Vurğun küçəsinədək
uzaqbaşı 15 dəqiqəyə qət edə biləcəyim
yolu saat yarıma keçdim. Küçələr
hamısı izdihamlı, ətrafdakı binalarda bütün
mənzillərin işıqları yanılı, maşın
əlindən tərpənmək mümkünsüz.
Xalqın
bu aşıb-daşan sevincinin şirinliyinə bürünərək
az qala addım-addım irəliləyirdim.
Şəxsən mən hər halda balaca olmayan
ömrüm boyu bunca şad dəqiqələr
yaşamamışdım.
Güman
edirəm ki, yaşından asılı olmayaraq bütün vətəndaşlarımız
da elə mənim kimi!
Hər xalqın sözün gerçək mənasında
millətə dönməsi üçün gərək olan
ümdə şərtlər sırasında öz təqvimindəki
bir vacib Qələbə bayramı ehtiyacı da var.
Qələbə bayramımız yox idi. Əvəzində
çəkilməz dərd yükünü 30 ilə
yaxın müddətdə gecə-gündüz əsəb
tellərimizdə daşıdığımız və
göynəyi hər yurddaşımızın ürəyində
qövr edən torpaq itkilərimiz, qaçqınlar, məcburi
köçkünlər faciəmiz vardı.
Kimlər, hansı nəhəng fitnələr bais
olmuşdu, - bu, ayrı söhbətdir, nəticə o idi ki,
Birinci Qarabağ müharibəsində bizi məğlub tərəfə
çevirməyə müvəffəq olmuşdular.
Azərbaycan ildən-ilə qüvvətlənirdi, zənginləşirdik,
yüksəlirdik, dünya boyu səsimiz ildən-ilə daha
inamlı gəlirdi, amma bir sınıqlıq, bir
yarımçıqlıq, bir gözüqıpıqlıq,
etiraf etsək də, etməsək də, daxilimizdə
zoqquldayan yara kimi qalırdı.
Prezident İlham Əliyev bu millətə o həsrətində
olduğumuz, illərcə yolunu gözlədiyimiz Böyük
Qələbəni nəsib etdi.
İstiqlalımızın
1 yaşının Azərbaycanda necə coşqu ilə bayram
edilməsini ayrıntıları ilə bilən insan kimi
2018-ci ilin 28 mayında müstəqilliyimizin 100 yaşı
tamam olanda Bakıda və ölkə boyu 99 il əvvəlki təntənədən
də üstününü görməyi umduğum halda
olmalı olduğundan xeyli solğun mənzərəylə
tuş gələndə əvvəlcə çox pərişan
olmuşdum.
Amma burasını da düşünmüşdüm ki,
axı biz o istiqlal bayramı qarşısında da
gözükölgəliyik.
Axı ərazimizin beşdə-birində
bayrağımız ucalmır, hələ biz
istiqlalımıza borcluyuq, onun bütün ölkə boyu bərqərar
olmasını bacarmamışıq, ona görə də həmin
bayramı heç könül dolusu keçirməyə də,
sən deyən, mənəvi haqqımız yoxdur.
Prezident İlham Əliyevi bir dövlət
başçısı kimi təkrarsız edən həm də
budur ki, o, taleyinə Vətənin hər nöqtəsində
üçrəngli bayrağımızı ucaltmaq səadəti
yazılan ilk Azərbaycan Prezidentidir.
Belə ilk olmağın şərəfindən
üstün bir mükafatı təsəvvür etmək
mümkünmü?
Prezident İlham Əliyevin Vətən və millət
qarşısındakı bu müstəsna xidmətinə
görə insanlarımız səmimi sevgilərindən
doğan bir istəklərini bu günlərdə tez-tez ifadə
edirlər ki, dövlət başçımıza Milli Qəhrəman
adı verilsin.
Bu, ölkənin ən ləyaqətli övladlarına
verilən uca və şanlı bir addır. Bu ad onu
daşıyana da, nəslinə də əbədi şöhrətdir.
Qəhrəmanlarımıza
o ali adı da, digər bu qəbil yüksək
təltif və mükafatları da öz sərəncamları
ilə Prezident İlham Əliyev verir.
Elə
İkinci Qarabağ müharibəsində də şəhid
olub əbədiyyət qazanan və cəbhədən zəfərlə
qayıdacaq neçələrinə də, yəqin ki, lap
yaxın zamanlarda belə ali adlar və təltifləri
bəxş edəcək.
Onun özünün bu Böyük Qələbəyə
gətirən yoldakı və müharibə davam edən
müddətdəki fəaliyyətləri o qədər
fövqəladədir ki, bu hünərə
qarşılıq olacaq nə bir rəsmi adı, nə bir rəsmi
nişanı ağla gətirmək olur.
Bu FATEHliyə uyğun gələcək ən yüksək
mükafat xalqın məhəbbətidir ki, o da Prezident
İlham Əliyevə qismət olub.
Bu, elə
hünərdir ki, ona qarşılıq ola
biləcək fəxri adı da, ordeni də şəxsiyyətlərə
Tarix verir.
Həyatdaykən,
elə cavan yaşında hər zaman yaşamaq haqqını,
millətin sonsuz sevgisini, Tarixin möhürü və
imzası ilə Fateh və Qurucu adını qazanmaqdan daha
yaxşı bir mükafat nə ola bilər?!
İbrətli
tarixçələr var. Sovet İttifaqında ən yüksək
təltiflər sırasında olan Lenin ordeninə ikinci dəfə
layiq görülərkən İ.N.Bajanov adlı bir əməkçi
həmin təzə ordeni yaxasına taxmadan elə qutusu ilə
Kremlə, İosif Stalinə göndərir və yazır ki,
ölkə üçün gördüyünüz işlər
o qədər cahanşümul və əhəmiyyətli, sizə
olan hörmət və sevgim elə böyükdür ki, minnətdar
duyğularımın nişanəsi kimi bu hədiyyəmi qəbul
edin.
1933-cü
il fevralın 16-da orden yollayana cavab göndərən
İosif Stalin isti sözlərə və yoldaş töhfəsinə
görə razılığını bildirdikdən sonra
yazır ki, mən anlayıram siz özünüzü nədən
məhrum edirsiniz və hisslərinizi yüksək qiymətləndirirəm:
"Lakin bununla belə, mən sizin ikinci Lenin ordeninizi
götürmürəm və götürə bilmərəm.
Yalnız ona görə yox ki, ona layiq
görüldüyünüz üçün o, yalnız sizə
məxsus ola bilər. Həm
də ona görə ki, mən yoldaşların diqqət və
hörməti ilə kifayət qədər
mükafatlandırılmışam və sizi qəsb etməyə
haqqım yoxdur. Ordenlər onsuz da məşhur olan
adamlarçün deyil, əsas etibarilə o qəhrəman
adamlar üçün yaradılmışdır ki, az tanınıblar və onları hamıya
tanıtmaq lazımdır. Bundan əlavə, sizə
deməliyəm ki, mənim artıq 2 ordenim var və
inandırıram, bu, lazım olduğundan da çoxdur".
Millətinə
QƏLƏBƏ, ZƏFƏR sevincini
bağışladığı məsud tarix kəsiyində
Prezident İlham Əliyevə burada - Azərbaycanda və
bütün dünyadakı soydaşlarımızın ürəyində
elə sevgi təlatümü kükrədi ki, bu, indiyədək
heç bir Azərbaycan rəhbərinə qismət
olmayıb.
İstisnasız
olaraq heç birinə!
Və həyatının
bitməsinə lap az qalmış, 2003-cü ilin 1
oktyabrında xalqına məktub ünvanlayaraq iki həftə
sonra baş tutacaq prezident seçkilərində İlham
Əliyevə dəstək olmağa çağıran
müdrik Heydər Əliyev "Mən ona özüm qədər
inanıram və gələcəyinə böyük ümidlər
bəsləyirəm" yazanda, vəsiyyət kimi səslənən
"İnanıramki, mənim axıra çatdıra bilmədiyim
taleyüklü məsələləri, planları, işlərisizin
köməyiniz və dəstəyinizlə İlham Əliyev
başa çatdıra biləcək" vədini Azərbaycana
verəndə nə qədər haqlıymış, nə qədər
uzaqlara baxırmış!
Unudulmaz Heydər Əliyevin sona çatdıra bilməyib
nigaran getdiyi işlərdən ən ümdəsi isə Azərbaycan
torpaqlarının işğaldan azad edilməsi arzusu idi.
6 həftəlik
İkinci Qarabağ müharibəsinin zirvə məqamı və
savaşın həlledici mərhələsi olan Şuşa zəfərinin ertəsi
günü Prezident İlham Əliyev növbəti dəfə
atasının məzarı başında idi.
Sadəcə
olaraq zənn etmirəm, qəti əminəm ki, 2003-cü ilin
15 dekabrından, Ümummilli liderin dəfn günündən
sonra ilk dəfə idi Prezident İlham Əliyev ona
dünyadakı ən əziz insanın hüzuruna bunca ürəklə,
bunca üzüağ, bunca qürurlu gedirdi.
Əlbəttə ki, o gün bir-biri ilə
danışıblar da.
Prezident İlham Əliyev səssizcə dayanıb,
sözlərini ürəyində deyib və nə deyib,
özü bilir.
Heydər
Əliyevin isə nə dediyini, yaxud söz ustası olduğu
halda heç bir söz deməyə gücü çatmayaraq
iftixardan necə qəhərləndiyini hər bir valideyn,
övladının ona sonsuz fəxr, başucalığı gətirən
əməlinə məmnun bəxtiyarlıqla şahid
olmuş hər ata təsəvvür edə bilər!
Prezident İlham Əliyev 17 ildir ki, Azərbaycana rəhbərlik
edir və bu müddət ərzində paytaxt Bakı da,
bütün ölkə də, elə xalqımız da
çox dəyişib.
Gözəlliyə,
tərəqiyyə doğru dəyişib!
Bütün bu nəticələri görürük,
köksümüz qabarır. Prezident İlham
Əliyevin qeyri-adiliyi isə ondadır ki, sanki illər sonra
malik olduqlarımızın hamısı öncədən
onun düşüncəsində hazırmış, sadəcə
il-il beynindəki o layihəni həyata keçirirmiş.
Bakı məgər
17 il əvvəlki Bakıdırmı,
ağlınıza gələrdimi bu cür füsunkarlıq,
bu qədər ahəngdarlıq belə qısa müddətdə
yarana bilər?
Hər kəs haçansa evində əsaslı təmir
aparıb. Kənar
adam o təmir gedişində gəlib
baxarsa, qatma-qarışıqlığın,
tör-töküntünün içərisində
hansısa gözoxşayacaq əlamət tapmaz. Ancaq
artıq fikrində nəyin sonda necə olacağını
müəyyənləşdirmiş şəxs artıq
öncədən bu pərakəndəliyin arxasından aylar
ötüncə qalxacaq yaraşığı, cazibədarlığı
görür.
Bütün
başqa böyük əməllərində olduğu kimi, Azərbaycanın
yalnız müasir tarixinin deyil, bütün keçmişinin
ən əlamətdar qələbəsi olan Qarabağ zəfərini
də gətirməkçün Prezident İlham Əliyev səbirlə,
ardıcıllıqla, yüz ölçüb, bir biçərək
neçə illər ərzində çalışıb. Bu gün hamımıza görünən zəfər
çələngini o bəsirətli insan bu gözəlliyi
çiçək-çiçək hörməyə
başlayanda qabaqcadan aydın təsəvvür edib. Aydın təsəvvür etdiyi üçün məqsədinə
doğru qətiyyətlə, inamla, kənardan söylənən
və bütöv mənzərəni onun qədər görə
bilməyənlərin haqsız iradlarına məhəl
qoymadan irəliləyib.
İlk növbədə iqtisadi cəhətdən
güclü, dünyayla əlaqələri artan, mötəbər
və etibarlı partnyorları olan, beynəlxalq əhəmiyyətli
layihələrdə söz sahibliyinə malik Azərbaycanı
qurmaq yolunda çalışıb. Bunları edə-edə,
ölkəni varlı, xəzinəni dolu səviyyəyə
çatdırmaqla yanaşı, bu imkanların əhəmiyyətli
hissəsini güclü ordu qurmaq səmtinə yönəldib.
Ancaq bilib ki, əlləri çox uzun və xisləti
çox mənfur düşmənin öhdəsindən
yalnız qüdrətli ordu ilə gəlmək olmaz.
Başlayıb dünyaya həqiqətlərimizi
çatdırmağa, uluslararası qurumlarda, dünya mətbuatında
erməniliyin iç üzünü açmağa,
bataqlığa döndərilmiş Qarabağ
çıxılmazlığından qurtulmağın
hüquqi əsaslarını dünyanın şüuruna daha
artıq yeritməyə. Asta-asta Azərbaycanı
çevirib Yer Üzünün mühüm siyasi, mədəni,
elmi dialoqlarının, həssas problemlərinin müzakirələri
mərkəzinə. Kimlərsə mahiyyəti anlamayaraq
belə addımlara qulp yapışdırmağa, mız
qoymağa çalışsa da, sabahı irəlicədən
gördüyündən məsrəfləri çox olsa belə,
nüfuzlu idman yarışlarını, müsabiqələri,
forumları, simpoziumları keçirmək üçün
Bakının ev sahibliyinə səy edib, bilib ki, gün gələcək,
bütün bunlar çəkilən xərclərdən dəfələrlə
artıq fayda verəcək.
Dünya siyasətini incəliklərinə qədər
mükəmməl bildiyindən və qəsbkarın
arxasında hansı qüvvələrin
dayandığından yaxşı agah olduğundan ənənəvi
dostlarımızı bizə daha yaxın etmək, onlara yaxın
olanları bizim sarı daha çox çəkməkçün
tədbirlər töküb. Bütün bu
görülən işlərin hər birinin həm
ayrılıqda, həm də ümumilikdə Azərbaycan
üçün önəmi vardı. Fəqət
Prezident İlham Əliyevbu faydalı müxtəlifliyin bir
istiqamətini həmişə ən həyati məsələmizin,
Qarabağ mübarizəmizin müsbət həllinə
yönəltmək barədə düşünüb və
çalışıb.
30 ilə
açılmayan pas tutmuş Qarabağ qıfılını
Ali Baş Komandan İlham Əliyevin
başçılığı altında Azərbaycan
Ordusunun həftələr ərzində açmasını
möcüzə adlandıranlar az deyil.
Yox, möcüzələr olmur. Yolun o biri tərəfindən, pərdə
ardındakılardan bixəbər qaldığımızdan hərdən
bizə elə gəlir ki, nələrsə elə hadisələrin
uğurlu gedişi, bəxtin gətirməsi, ya digər buna
oxşar səbəblərdən baş verdi.
Əslində isə hər möcüzə təsiri
oyadan böyük əməllərin ardında usanmaz səylər,
gərgin əməklər, dərin düşüncələr
dayanır.
Kim o qənaətdədirsə ki, Ermənistanın
ordusu zəif idi, müharibəyə yaxşı
hazırlaşmamışdı, yanılır. Bu, bizim qələbələrin
dəyərini azaltmaq istəyənlərin uydurduğudur.
Elə indi Ermənistanın özündə də
baş nazirin üstünə bir də ona görə
düşürlər ki, guya ölkədə müharibə
hazırlığı lazımi səviyyədə
deyilmiş.
Əksinə,
arxada qalan illər boyu Ermənistanın işi-gücü elə
ondan ibarət olmuşdu ki, silahlanmışdı, ordusunu
müharibəyə hazırlamışdı, işğal
altındakı ərazilərədə təlim düşərgələri
təşkil edərək xaricdən gələn terror dəstələri
ilə birgə tədarüklər görmüşdü,
saysız istehkamlar qurmuşdu, sığınacaqlar
yaratmışdı, yerin altını deşik-deşik eləmişdi,
hərbi kəşfiyyatı da ciddi şəkildə
çalışmışdı, beləliklə, gecmi, tezmi,
lakin mütləq başlanacaq davaya güc
yığmışdı.
Ermənistanın həmin dava saatının hökmən
yetişəcəyinə inamının bir əyani təsdiqi
də odur ki, Dağlıq Qarabağdan kənarda müdafiə
zolağı adı ilə zəbt etdikləri
rayonlarımızı, kəndlərimizi yaşanılmaz hala
gətiriblər. Əgər zərrəcə ümidləri
olsaydı ki, bu yerlər onlarda həmişəlik qala bilər,
- belə edərdilərmi?
Ermənistanın məğlubedilməz orduya malik
olması haqda bəyanatları da quruca söz deyildi, bu qədər
hazırlığın müqabilində müharibənin
başlanacağı təqdirdə elə qələbənin
də onlarda olacağına şübhələri yoxmuş.
Ermənistan ordusu ona görə diz çökmədi
ki, zəif, yaxud hazırlıqsız idi. Onu
darmadağın edib mağmun vəziyyətə salan Azərbaycan
Ordusunun qüdrəti, ən müasir səviyyədə
silahlanması, əsgər və zabitlərimizin həm yenilməz
ruhu, həm də əla peşəkar hazırlığı
oldu.
Bizim bu qədər üstünlüyümüzün
qarşılığında Ermənistan ordusu 44 gün
müqavimət göstərə bildisə, heç kəs
söyləməsin ki, zəif idilər, hazırlıqsız
idilər.
O cür
olsaydı, Azərbaycan Ordusu bu gücü ilə Ermənistanı
1 həftəyə, 10 günə şil-küt edərdi.
XII yüzilin səlcuq tarixçisi Nəcməddin
Əbu Bəkr Ravəndinin "Rahət əs-sudur və ayət
əs-surur" ("Könüllərin rahatlığı və
sevinclərin əlaməti") adlı məşhur əsəri
var ki, bir fəsli "Hökmdarların əyləncələri
haqqında"dır.
Tövsiyə edir ki, nərd oynamağa meylli olmayın,
daha yaxşısı şətrəncdir. Çünki sən nərddə
hər şeyi ölçüb-biçərsən, hər
addımını hesablayaraq oynayarsan və qalib gələrsən,
rəqibin lap zəif də olsa, iddia edər ki, sən
ağlının hesabına udmadın, sadəcə bəxtin
gətirdi, zər verdi. Ya da sən oyunu
ağıl, dəqiq hesablama üzərində qursan da, rəqibinin
atdığı zərlər çox uğurlu olar, elə
bunun hesabına da sırf təsadüfən qalib
çıxar, amma öyünər, sənə acıq verər
ki, daha dərrakəli, daha mahir olduğu üçün
oyunu aparıb. Şahmatda isə belə bəhanələrə,
saxtakar yozumlara yer yoxdur. Son sözü həmişə
qabiliyyət, ağıl, istedad deyir. Kim həqiqətən
daha güclüdürsə, qələbə də onunkudur!
İkinci Qarabağ müharibəsi Prezident İlham
Əliyevin bir sərkərdə, hərbi xadim, Ali Baş
Komandan olaraq da nə qədər qabil olduğunu üzə
çıxardı.
Azərbaycanla Ermənistanın savaşı həm də
iki fərqli ordu sisteminin qarşıdurması oldu.
Ötən
illərdə mən dəfələrlə Türkiyədə
hərbi təhsil alan çox gənclərimizlə
görüşmüşəm. Hər dəfə onlarla
ünsiyyətdə olduqca, söhbət etdikcə sevinmişəm
ki, hərbi biliklərindən əlavə, ümumi
dünyagörüşləri də, nitqləri də necə
qəlbəyatandır, sabiq sovet hərbçilərinə
aşağıdan yuxarıyacan xas olan kobud "soldat
dayazlığı" onlara yaddır.
Digər tərəfdən, yüksək zabit heyətimiz
də mütəmadi olaraq təlimlər keçir, müasir
dünya hərb elmi və təcrübəsinin dərslərini
mənimsəyir, ordunun NATO standartlarına daha çox
uyğunlaşma xəttini tuturdu.
Prezident İlham Əliyevin daimi diqqəti və
qayğısı ilə əhatə olunmuş ordumuz
addım-addım zəfər ordusuna çevrilmək səmtində
irəliləyirdi. Hər il dövlət büdcəsində
müdafiə xərclərimiz düşmən Ermənistanın
bütöv büdcəsindən artıq olmağa
hesablanırdısa, burada çox məqamlar göz altına
alınırdı. Axı biz yaxşı
bilirdik ki, Ermənistana sağdan-soldan elə büdcəsi qədər
də məccani silah-sursat ötürülə bilər.
Elə olacağı təqdir üçün
də daha üstün olmağımızın qeydinə
qalmalıydıq.
İkinci Qarabağ müharibəsində Azərbaycan
Ordusunun istifadə etdiyi ən yeni nəsil silahlar şəbəkəsini
müşahidə edən hərb mütəxəssisləri
heyrətlə etiraf edirdilər ki, hələ dünyanın ən
aparıcı dövlətləri də bu səviyyəli
mükəmməl və ultra yeni silahlarla müharibə
aparmayıblar.
Məhz o
cür silahlanma xətti tutmaq da Ali Baş Komandan İlham
Əliyevin bu savaş öncəsi aparmış olduğu
hazırlıq işlərinin ən uğurlu halqalarından
sayılmalıdır ki, gözlənilən bəhrəsini də
verdi.
Azərbaycanın
hərbi uğurlarının çəkisini azaltmaq, dəyərini
aşağı salmaq istəyən Ermənistan tərəfin
və onların kənar ölkələrdəki züy
tutanlarının müharibə gedişində guya Türkiyənin
Azərbaycana bilavasitə kömək etməsi, bizim tərəfimizdə
döyüşməsi, guya xüsusi hazırlıq
görmüş xarici muzdluları da cəlb etməyimiz kimi həqiqətlə
qətiyyən əlaqəsi olmayan böhtan və qarayaxmalar
hansı məqsədi güdürsə, Ermənistan ordusu ona
görə məğlubiyyətə düçar oldu ki, guya
hazırlıqsızmış, yaxşı
silahlanmayıbmış kimi mülahizələr də eyni dərəcədə
çürük və riyakardır.
Ermənistan üstümüzə istifadəsi
qadağan olunmuşlar da daxil olmaqla ən
dağıdıcı geniş silah arsenalı ilə həmlə
etdi və özünə arxayın olaraq, bu qədər
silah-sursatın, hazırlığın, bu qədər zəngin
terrorizm təcrübəsi olan muzdluların vasitəsilə qələbə
çalacağına da inandı. Öz güclərini
bildiklərinə görə arxayın idilər, yekə-yekə
danışırdılar, amma Azərbaycanın onlardan bu qədər
güclü, bu qədər üstün, bu qədər əzmli
olduğunu hesablamaqda yanılmışdılar.
Digər tərəfdən də, yenə Prezident və
Ali Baş Komandan İlham Əliyevin zərgər dəqiqliyi
ilə apardığı digər bir xətt müharibənin
müqəddəratına təsirini göstərdi.
Türkiyə,
Rusiya, Azərbaycan münasibətlərini elə incə
çalarlar və qarşılıqlı
bağlılıqlar üzərində quraraq irəlilətməyə
nail oldu ki, 44 gün boyunca müharibə meydanına hər
hansı üçüncü dövlətin müdaxiləsi
kimi çox dəhşətli fəlakətlərə apara
biləcək ssenarilər işləmədi.
Hər
gün televiziya ekranlarında xalqıyla üz-üzə
olması ilə Prezident İlham Əliyev həm orduya, həm
xalqa əlavə güc, inam verdi, dövlətlə
xalqın, xalqla ordunun elə vəhdəti yarandı ki,
dünənəcən ən qart müxalif olanlar da həm
ölkə daxilində, həm xaricdə eyni nöqtəyə
vurmağa başladılar və bu yenilməz birliyə də
bütün dünya şahid kəsildi.
İkinci Qarabağ müharibəsinin ilk zəfər
soraqları, azad edilmiş ilk kəndlərimiz barədə
şad xəbərlər yaralı Füzulidən gəlməyə
başladı.
Adı və
xatirəsi artıq başdan-başa azad olan Füzuliyə
qovuşmuş ulu şairimiz əsrlər öncə sual
edirdi:
Hər
xilqətə gərçi bir səbəb var,
Bəs bu
səbəbi kim etdi izhar?
Söz yox, hər müharibədə qazanılan qələbə
mahiyyəti ilə çox insanın birlikdə səyləri
və fəaliyyətlərinin nəticəsi kimi ortaya
çıxır. Lakin istənilən böyük əməlin
hökmən qurucusu, yönəldicisi olmalıdır ki,
arzulanan məntiqi sonluğa çatıla.
Qələbəmizin memarı və Baş
İcracısı Prezident İlham Əliyev oldu.
Həm
bir Prezident, həm də Ali Baş Komandan olaraq onun bu
yoldakı əməyi elə əzəmətlidir ki, ona bu
qalibiyyətinin müqabilində yaraşan ən uyğun ad
generalissimus rütbəsidir!
Azərbaycan
dövlətçiliyi tarixində ilk dəfə təsis edilərək
verilən, həm də birinci və sonuncu olacaq ad!
Sonunculuğu da ona görə çox, lap çox
arzulanandır ki, bir daha heç vaxt Azərbaycanımızın
müharibə görməsini istəmirik.
Bitməz
dualarımızdır ki, Qarabağ müharibəsi
yadımızda Azərbaycanın son savaşı kimi
qalsın, bu müharibədə itirdiyimiz igidlər Vətənin
axırıncı şəhidləri olsun,
övladlarımız müharibə haqqında təsəvvürü
yalnız kitablardan oxuduqları, filmlərdən gördüklərindən
o yana getməsin! Bütün varlığı, ruhu əmin-amanlığa,
dostluğa, ülfətə köklənmiş zəhmətkeş,
nəcib, xeyirxah xalqımız bundan belə həmişə
sülh içərisində yaşasın!
Ən əski zamanlardan gələn ənənədir. Xalq öz qəhrəmanlarına
dastanlar da bağlayır, nəğmələr də
qoşur, abidələr də ucaldır.
Gələcək
gün ki, Azərbaycanın uzun illərin tilsiminə
düşən Qarabağ düyününü açmaq
kimi müşkülü həll etmiş, ordusunu Müzəffər,
xalqını Qalib etməyi bacarmış, Böyük Qələbəmizin
Memarı Prezident İlham Əliyevin də həm Qarabağda,
həm də Azərbaycan boyu abidələri yüksəldiləcək.
Rafael HÜSEYNOV
525-ci qəzet.-
2020.- 17 noyabr.- S.-6.