Xan Şuşam!
Ramiz MƏMMƏDZADƏ
Qalib sərkərdəmiz İlham Əliyev: “Əziz Şuşa!
Sən azadsan! Əziz Şuşa
Biz qayıtmışıq! Əziz Şuşa! Biz səni
dirçəldəcəyik!”
Bu Şuşanın yollarında
duman heyy!
Ürəyimdə bir düyün
var
aman heyy!
Mavi dağlar, yaxın gəlin dərdləşək,
bu sizlər heyy,
bu mən, heyy!
Bu Şuşanın dolayları
hörükmü?!
Dərələri havalanmış körükmü?
Duyğuların selinə bax, ay
Allah!
Daşaltısı hər baxana görükmür...
Bu Şuşada bulaq atlı, çay
atlı,
Bulud atlı, ulduz
atlı, Ay atlı!
Bu qamçıdır, ya şimşəkdir əlində?
Hardan belə, hara belə, ay atlı?..
Bu Şuşanın dağı-daşı
oxunar.
Dodaqlarda zümzümələr, oxular.
Güllərinə düşmən əli
dəyməsin,
Yoxsa dönüb budaqları ox
olar!
Bu Şuşanın Qalasıdır,
daşıdır.
Bu daşları babalarım daşıdı...
Pənah
xanın, Natəvanın
yurdudu
Mənim
qeyrət üzüyümün
qaşıdı!
.
İstəklimdir, bu sevdadan dəliyəm!
Buluduyam,
yağışıyam, seliyəm,
Bu Şuşanın, bu Şuşanın,
Şuşanın!
Torpağında dərdlərimin davası,
Damarında qaynamaqda havası
Bu Şuşanın, bu Şuşanın,
Şuşanın!
Cıdır düzü dağdan
atdı zülümü,
Əllərindən üzəmmərəm
əlimi!
Bu Şuşanın, bu Şuşanın,
Şuşanın!
Qalib ordum sevindirdi hər yeri.
Cəngavərdir sərkərdəsi, əsgəri!
Bu Şuşanın, bu Şuşanın,
Şuşanın!
Kim deyər ki, bu qələbə nağıldı?
Başı üstən qara
duman dağıdı
Bu Şuşanın, bu Şuşanın,
Şuşanın!
Dolaylarda
daşa dönnəm-yaşaram,
Göylərində quşa dönnəm-yaşaram,
Bu Şuşanın, bu Şuşanın,
Şuşanın!
Şüvəlan, 12 noyabr 2020-ci il,
Böyük Qələbə
bayramı günləri.
525-ci qəzet 2020.- 14 noyabr.- S.17.