Şuşa yolu
Hansısa bir anın sevincini
yaşamağın, hansısa bir daşa, ağaca
nəvazişlə toxuna bilməyin, hansısa hadisəyə
şahid olmağın naminə insan canından keçməyə,
çox şeyi qurban verməyə sözdə yox, elə
qəlbən hazır ola bilərmi?
Əlbəttə, yüzdə-yüz və buna dəlil olacaq çox əhvalatlar var. Həm də hər bir kəsin ömründə.
İkinci Qarabağ müharibəsinin ilk atəşləri gurlayandan sonra, sentyabrın 30-da qələmə aldığım və "Xalq qəzeti"ndə işıq üzü görmüş yazımı bu sözlərlə bitirirdim ki, son dövrlərdə dövlət başçımız bir çox açılışlara avtomobili özü idarə edərək gedir. O günlərin gəlməsini arzulamışdım ki, lap tezliklə Ali Baş Komandanımız işğaldan azad edilmiş, binaları üzərində
üçrəngli bayrağımız dalğalanan rayonlarımıza, Şuşaya, Cıdır düzünə idarə etdiyi zirehli maşınla daxil olsun!
Həmin yazı "Zəfər gününün astanasında" adlanırdı və yenicə başlanan, hələ nəticəsi heç kəsə bəlli ola bilməyəcək bir savaşın hökmən qələbə ilə bitəcəyinə, umulan təntənənin lap yaxında olmasına inamı ifadə edən o sərlövhə insanlarımıza sadəcə ümid, ruh vermək məqsədi daşımırdı. O sözlərin tezliklə milləti sevindirəcək bir doğruya çevriləcəyinə məndə qəti əminlik vardı. Bu əminliyi yaradansa hələ müharibə başlanmamışdan Prezident İlham Əliyevin qətiyyətlə dediyi sözlər idi: "Düşmən bizə hücum etsə, peşman olacaq!"
Bunları da zahirən elə xalqı ümidləndirmək, döyüşlər başlanarsa belə, məhz bizim zəfər çalacağımıza hamını mənən hazırlamaq kimi də qavramaq olardı. Amma bilirik axı dövlət başçımız
bir kəlməni də sadəcə söz olaraq demir.
Söyləyirsə, mütləq o sözlərin ardında
əməl var, nə vəd edirsə, vaxtı
çatınca bunlar hökmən həqiqətə
çevrilməlidir! 17 ildir ki, belə eşidib, belə görmüşük.
Dövlət
başçımızın bizi inandırdığı kimi
də oldu. 6 həftəyə düşmənin burnu da ovuldu, it kimi
peşman da oldular (adətən it kimi qovulmağın
axırı elə buna da gətirib çıxarası idi),
böyük itkilər verərək illərlə
əsarətdə saxladıqları torpaqlarımızı da
suları süzülə-süzülə (və qanları
dama-dama) tərk etməyə məcbur qaldılar.
Həmin
həsrətində olduğumuz, gözləməkdən
gözümüzün kökünün saraldığı
anlar da yetişdi.
Prezidentimiz Füzulidə,
Cəbrayılda idi, o yerlərə özü zirehli hərbi
maşının sükanı arxasında oturaraq daxil olurdu,
oralarda Azərbaycan bayrağını qaldırırdı.
2020-nin
oktyabr-noyabr günlərində kəndlərimiz,
şəhərlərimiz işğaldan qurtulduqca igid
əsgərlərimiz o yerlərin hər birində
bayrağımızı sancmışdılar.
Yəni gəlmişik, artıq
buradayıq!
Lakin bunu elə bayrağın
özü kimi dövlətin, müstəqilliyimizin rəmzi
olan Prezidentimizin etməsinin bir ayrı, daha qürurverici
mənası var axı!
İndinin
azərbaycanlılarının hər biri üçün
şahidi olduğu bu unudulmaz anlar tərcümeyi-halında
qalacaq xoşbəxt hadisələrdir.
Bu
günün həsrəti ilə yaşayan, bu anları
görmək xatirinə ömrünü fəda etməyə
hazır nə qədər insanımız var, hələ
nə qədəri dünyadan həsrətli, ülvi
diləyinə yetişmədən getdi.
İllər
idi ki, məktəb dərsliklərində, şagird
dəftərlərində "Unutma!" başlıqlı
kədərli cədvəllər dərc edilirdi. Dağlıq Qarabağın - Şuşa, Xankəndi,
Xocalı, Əsgəran, Xocavənd, Ağdərə, Hadrutun
işğal tarixi - 1988-1993-cü illər, Laçın - 18
may 1992, Kəlbəcər 2 aprel 1993, Ağdam - 23 iyul 1993,
Cəbrayıl - 23 avqust 1993, Füzuli - 23 avqust 1993, Qubadlı
- 31 avqust 1993, Zəngilan - 29 oktyabr 1993.
Mahiyyətcə həmin
xatırlatmalar zəbt olunmuş torpaqlarımızı azad
etməyə həmişə hazır olmağa
çağırış idisə də, bu yadasalmanın
hüznlü tərəfi də vardı: əgər
istəyirdiksə ən xırda məktəblilərimiz
də bu günləri heç vaxt hafizələrindən
silməsinlər, demək, şüurumuzun alt qatında o
qəmgin tarixlərin qarşısında yazıla
biləcək azadolunma illəri və günlərinin
heç də yaxında olmadığı
nigaranlığı da bizimlə idi.
İndi
hər dəfə yada düşdükcə, göz
önünə gəldikcə könül parçalayan o
tarixlərin hər birinin əvəzində yaza bildiyimiz
və ürəyimizdən illərcə asılı
qalmış ağır daşı yox edən azadolunma,
düşməndən təmizlənmə tarixləri var.
İndi bu rəqəmlərin
hamısını hamı görüb bilir və bütün
sabahlarda da hər kəs bunlara nəzər saldıqda
bəlli olacaq ki, Azərbaycan Ordusu ildırım sürəti
ilə qısa bir zaman kəsiyində onillərin tilsimini
necə qırıb, bu xalqa və yurda qürur və
güvən hissini necə qəhrəmanlıqla qaytarıb.
Ancaq
dərsliklərdə həmin "Unutma!"
çağırışı isə bundan sonra da
gərək həmişə qala, yeni-yeni nəsillərin
şüuruna həkk oluna.
İşğalın yox,
zəfərin tarixini UNUTMA!
Yaddan
çıxarma ki, bu torpağın hər qarışı
uğrunda nə qədər göz yaşları
axıdılıb, nə qədər nalələr ucalıb,
nə qədər ahlar çəkilib, nə qədər
qanlar axıdılıb.
Bayatılar dənizimizdə
silsilə Qarabağ bayatıları da ləpələnir ki,
onlardan biri yüzillərdir həm muğam üstündə,
həm də el mahnısının içərisində
oxunur:
Qarabağda talan var,
Zülfün
üzə salan var.
Gedibsən, tez qayıt gəl,
Gözü
yolda qalan var.
Bu zərif bayatı bir sevda şeiri
kimi doğulmuşdu və o misradakı "talan" da
dava-şavadan demir, bəlli gözəlin
yaraşığı ilə mahalı bir-birinə
vurmasına işarədir. İstəklisindən
müvəqqəti ayrılığa da dözməyə
tabı çatmayan, gözü yolda qalan qız sevgilisinin lap
tezliklə geri dönməsinin həsrətini çəkir.
Ancaq
qaçqınlıq-köçkünlük
müsibətinin çıxılmaz girdaba döndüyü
illərdə, əslində, müvəqqəti hicranın
xoş intizarı, yaxın vüsalın şirin
həyəcanı ilə dolu bu sətirlər tam başqa
cürə, elə Qarabağın özünün
dilindən səslənirmiş kimi ürək sıyırırdı.
"Tez qayıt gəl" deyən,
"gözü yolda qalan" Şuşa idi,
Ağdam idi, Zəngilan idi, Laçın... idi, oradakı
ağaclar, yollar, bulaqlar, daşlar, xarabazara çevrilmiş
yurdlarda oxumağını da tərgidən quşlar idi.
Mollanəsrəddinçi
şairlərdən olan, ömrünü doğma
Şuşasında müəllimliklə keçirmiş,
Şuşanın tarixi haqqında dəyərli əsəri
ilə yanaşı, xeyli maraqlı hekayələr də
qələmə almış Həsən İxfa Əlizadədən
(1893-1972) bir qatar bayatı da yadigar qalıb:
Əzizim Qarabağlar,
Yar
başa qara bağlar.
Səndən ayrı
düşəndən
Ürəyim
qara bağlar.
Qarabağ bir bəladır,
Torpağı Kərbəladır,
Ölüm Allah əmridir,
Ayrılıq
nə bəladır?!
Bunlar
və bunlara oxşar nə qədər sevgi şeiri
əzablı işğal illəri boyunca
yaddaşımızda sayrışdıqca, dilimizə qonduqca
qəhərləndirirdi, nisgil gətirirdi, ağı kimi
səslənirdi.
Noyabrın
16-sıdır və Prezident İlham Əliyev azad
Füzulidədir.
Kim deyər ki, onun bu sözləri
bütün Azərbaycanın ürəyinə yağ kimi, elə məhəbbətlə daşan bir
şeirin misraları kimi axmır: "Biz gəlməli idik,
qayıtmalı idik. Gəlmişik və qayıtmışıq. Düşməni qovmuşuq torpaqlarımızdan!
Azərbaycanın dövlət bayrağını
ucaltmışıq! Bundan sonra bu torpaqda biz yaşayacağıq, necə ki
əsrlər boyu biz yaşamışıq, bizim
xalqımız yaşayıb".
Bu
gödək cümlələrin hər birini alt-alta,
sətir-sətir, bir şeirin misraları kimi yazın.
Vətəninə, millətinə
candan bağlı bir azərbaycanlı üçün bundan
təsirli, bundan göyçək hansı şeir, hansı
nəğmə ola bilər, bugünəcən
ən qüdrətliləri də daxil olmaqla hansı
şeirimizin misraları insanın varlığında bu
qədər təlatüm oyada bilər?!
Yazıram bu sətirləri və
özüm də duyğulanıram!
Kim Azərbaycanın bütün
tarixi boyu qoşulmuş bundan gözəl şeiri nişan verə bilər?!
Kim
Azərbaycanın bütün tarixi boyu yaranmış,
oxunmuş bundan şirin nəğməsini göstərə
bilər?!
Prezident İlham Əliyev azad
Qarabağda danışır: "Düşmənin beli
qırıldı. Düşmən diz çökdü. Düşmən
məcbur olub noyabrın 10-da kapitulyasiya aktına imza atdı. Biz
düşməni məcbur etmişik, biz
düşmənə yerini göstərmişik, biz
Azərbaycan xalqının böyüklüyünü
göstərmişik.
Bu
Qələbə bizim xalqımıza yaraşır. İgid
oğullarımıza yaraşır. Dövlətimizə
yaraşır".
Bu sözləri Müzəffər
Ordunun Fateh Ali Baş Komandanı deyir və əslində,
bunlar millətin hər sıra nəfərinə
göndərilən bir impuls, bir işıqdır, bir ismarıcdır
ki, bu, sənsən, Azərbaycan övladı,
başını bundan sonra həmişə düşməni
yenmiş xalq kimi dik tut, dünyanın hər
nöqtəsində əzmlə addımla, köksünü
vüqarla qabağa ver!
Şükürlər ki, bu
günləri yaşayırıq, şükürlər ki,
çöhrəsindən bəxtiyarlıq yağan,
Xudafərin körpüsünə söykənən, düşmən
caynağından qurtulmuş torpaqlarımızda addımlayan,
artıq azadlığına qovuşmuş
çöllərimizin saf havasını ciyərlərinə
çəkərək viranəyə döndərilmiş bu
yerlərin yaralarına necə məlhəm
qoyulacağından danışan Qalib dövlət
başçımızı görürük.
Düşməninin kürəyi
yerə vurulmuş Qalib Millətin Qalib rəhbərini!
Bircə bu anın şahidi olub
"uf" demədən həmin saniyə ölməyə
hazır olmuş Qarabağ aşiqlərinin narahat ruhları
rahatlıq tapsın indi!
Dinləyin,
yüz dəfə, min dəfə qulaq asın
nəğmə kimi səslənən bu sətirlərə,
ləzzət alın, fərəhlənin. Ürəklərimizə
illərlə batıb qalmış tikanların
çıxmasından ötrü bu sözlərin
dönə-dönə səslənməsinə,
dönə-dönə eşidilməsinə ehtiyac var.
Bu danışan Prezident İlham
Əliyevdir, o, 27 illik əsarətdən qurtulmuş
torpağının üstündə şax dayanaraq əzdiyi
düşmənə meydan oxuyur: "Biz Ermənistan ordusunu
çökdürdük.
Bəs
hanı sizin qəhrəmanlığınız? Döşünüzə
taxdığınıız saxta "qəhrəman"
ordenlərini çıxardın. Atın
eşiyə o dəmir-dümürləri!
Xocalı cəlladları, sizi biz
məğlub etmişik! Sizin ordunuzu məhv etmişik!
Budur bizim gücümüz! Budur bizim
birliyimiz!"
Amma
yenə ən dəhşətli ağrını
hamımızdan əvvəl Prezident İlham Əliyev
çəkməli oldu.
Düşüncəsinin tərzi
və təbiəti etibarilə
təpədən-dırnağa qurucu, estet və son
dərəcə vətənsevər insan olan Prezident İlham
Əliyevin düşmənin qara əlləriylə zəlil
kökə salınmış, daşın daş
üstündə qalmadığı yurdlarımıza
basdığı hər qədəminin necə sarsıntılı
olduğunu təsəvvür edin: "Yol boyunca
dağıdılmış kəndləri və Füzuli
şəhərini dağılmış vəziyyətdə
görəndə adamın ürəyi
ağrıyır. Vəhşilər bizim şəhərimizi nə
günə salıblar?! Dağıdıblar,
evləri dağıdıblar, bütün infrastrukturu
dağıdıblar, bir dənə də salamat bina yoxdur. Bütün
dünya görməlidir erməni vəhşiliyi nə
deməkdir və bütün dünyaya biz bunu
göstərəcəyik. Təkcə
Füzuli yox, Ağdam şəhəri nə gündədir,
başqa şəhərlər. Sanki bu
torpaqlardan bir vəhşi qəbilə keçib. Hər şeyi dağıdıb, talan edib, bizim
mədəni, tarixi, dini irsimizi silmək istəyib, ancaq
istədiyinə nail ola bilməyib.
... Dağıdılmış Füzuli
şəhəri erməni faşizminin canlı şahididir. Bütün
dünya bunu görməlidir və səssiz
qalmamalıdır, necə ki, 30 il səssiz qalıb, 30 il
biganə qalıb".
Lakin
nə qədər qulaq asmasalar, nə qədər
görməzliyə, eşitməzliyə vursalar da, illər
boyu durmadan sözümüzü demiş, işimizi
görmüşük. Məhz bu
günlər üçün!
2001-ci
ildə Avropa Şurası Parlament Assambleyasında
fəaliyyətə başladığımız ilk
günlərdən ən əsas işimiz Ermənistanın
Azərbaycana qarşı təcavüzünün ən
müxtəlif sahələrdə törətdiyi
fəsadları avropalı deputatlara və dünyaya
çatdıran sənədlər hazırlamaq,
çıxışlar etmək oldu.
İlk
sənədləri hazırlayıb qəbul etdirməyin
əsas çətinliyi ondan ibarət idi ki, hələ yeni
idik, Türkiyə nümayəndə heyətindən
savayı, münasibət qurduğumuz deputatlar yox
səviyyəsində idi. Hazırlanmış
istənilən layihəninsə sənədə
çevrilməsi, Parlament Assambleyası katibliyi
tərəfindən qəbul edilərək nəşr
edilməsi üçün, qurumun nizamnaməsinə
görə, azı 5 ölkədən azı 12 deputatın
imzası tələb olunurdu. Azı! Deməli, nəşr edilmiş
tövsiyə üçün təklif, yaxud qətnamə
üçün təklifin gələcək
irəliləyişi, onun əsasında məruzə
hazırlanmasına da nail olunmasından ötrü daha
sanballı olsun deyə ölkələrin sayı da,
imzaların miqdarı da çox olmalı idi. Hər
imzanı almaqçünsə gərək hər bir
avropalı deputatla ayrıca söhbət edəydin,
qaldırdığın problemin vacibliyinə, bəhs etdiyin
məsələnin obyektivliyinə inandıra biləydin. 20 il əvvəlsə Avropada
informasiya qarşıdurmasında erməni lobbisinin
apardığı əhatəli iş sayəsində
düşmənlərimiz bizdən xeyli əlverişli durumda
idi. Bir çoxlarının beynini elə
zəhərləyə və öz təsirləri altına
sala bilmişdilər ki, hətta Birləşmiş
Millətlər Təşkilatı Təhlükəsizlik
Şurasının Azərbaycan torpaqlarını
ermənilərin işğal etməsi haqqında 4
qətnaməsini onlara göstərəndən sonra da
haqsız bizim, haqlı işğalçı
Ermənistanın olması qənaətlərindən əl
çəkmirdilər. Həmin qalın buz qatını
dəlib keçmək və Avropa Şurasında əsl
həqiqəti bərqərar edə bilməkçün bir
neçə il gərgin
çalışmalı olduq.
Əlbəttə,
Ermənistanı sənəddə birbaşa təcavüzkar
kimi göstərən hər cümləni keçirmək
sonrakı illərdə də çətin idi, lakin 2001-ci
ildə, yolumuzu başlayanda bu, mümkünsüz
qədər müşkül idi. Bu sıradan
hazırladığım "Azərbaycan mədəni irsinin
dağıdılması və qəsb edilməsi" adlı
ilk mətni o zaman AŞPA-dakı nümayəndə
heyətimizə rəhbərlik edən gələcək
Prezidentimizə göstərərək təqdirini
eşidəndən sonra işin ən ağırına
başladım. Cəmi 3
gün ərzində imzaları toplayıb sənədi
katibliyə təqdim etmək lazım idi ki, 5 gün davam
edəcək sessiya dövründə nəşr edilsin. Əks
təqdirdə gələn sessiyayadək gözləyəsi
olacaqdıq. Həmin
dövrdə hələ yeni olduğumuz təşkilatda
özünütəsdiq və sonrakı
irəliləyişlər üçünsə qabağa
düşməyin, hər müsbət nəticəli
günümüzün əhəmiyyəti vardı.
Özümüzünkülərdən
və Türkiyə heyətindən imzalar
istəməzdən öncə Böyük Britaniyadan,
Belçikadan, Slovakiyadan, Lixtenşteyndən və digər
ölkələrdən olan deputatları layihəyə qol
çəkməyə razı sala bildim. İyun ayının 27-də ingilis və fransızca
nəşr edilib yayılan sənəddə
əvvəlcə Ermənistanın 20 faiz Azərbaycan
torpağını zəbt etməsi
göstəriləndən sonra təcavüzkarın
mədəni irsimizə vurduğu zərbələr konkret
faktlar və rəqəmlərlə açıqlanır,
Qarabağın müxtəlif guşələrində, o
sıradan Şuşada, Laçında,
Kəlbəcərdə, Xocalıda, Füzulidə və
digər yerlərdə qədim tarixi-memarlıq
abidələrinin, arxeoloji irsin nümunələrinin, tarixi
eramızdan əvvələ gedən daş heykəllərin,
muzeylərin, rəsm qalereyalarının, musiqi
məktəblərinin, kitabxanaların, mədəniyyət
ocaqlarının dağıdıldığı və
yağmalandığı göstərilirdi.
Bu,
yalnız Avropa Şurasında deyil, ümumilikdə
beynəlxalq təşkilatlar çərçivəsində
mədəni irsimizə erməni işğalının
təfərrüatlarını əks etdirən ilk rəsmi
sənəd idi. Bu
sənədin digər əhəmiyyəti isə ondan
ibarət idi ki, bizimlə eyni vaxtda bu təşkilata üzv
qəbul edilmiş Ermənistana birinci zərbəmizi
vurmuşduq, onu avropalı həmkarlarımıza rəsmi
sənəddə təcavüzkar kimi təqdim etmiş və
bu qəbil ifşaçı sənədlərin sonradan ayaq
tutması üçün yol açmağa nail olmuşduq.
Sonra 20 il boyunca
nə qədər bu qəbil sənədlər
hazırlandı, qətnamələr qəbul edildi!
Lakin
nə biləydik ki, gerçək vəziyyət
düşündüyümüzdən də qat-qat
dəhşətlidir. Hər
qarışı tarix olan torpaqlarımızın
altını üstünə çeviribmişlər. Tikililər bir yana, ermənilər işğal
dövründə oralardakı 150 qəbiristanımızı
tamam, 250-sini də qismən darmadağın ediblər. Hər
qəbir daşı, xüsusən də köhnələri
və qədim olanları özlüyündə ayrıca
tarixi sənəddir. Hələ
bir para qəbirlər üzərindəki
ədəbiyyatımızın ayrıca qanadı olan
epitafiyaları - vida şeirlərini demirəm!
İndi
Kəlbəcəri tərk edən bir erməni kimininsə
nəşini qəbirdən çıxararaq özü
ilə aparır. Aparsın, onu
anlamaq mümkündür, başa düşür ki,
körpüləri elə yandırıblar, daha geriyə
heç vaxt yolları olmayacaq. Əzizinin
qalıqlarını aparıb orada, öz Ermənistanında
torpağa tapşırmaq istəyirsə, deməli, guya onda
hansısa insani hisslər hələ mövcuddur. Elədirsə,
bəs törətdiyiniz bu insana layiq olmayan
hərəkətlər nədir?!
Prezident
İlham Əliyev Füzulidən Cəbrayıla yollanıb. Burada oradakından artıq viranəliklərlə
rastlaşınca yenə hiddətlənib: "Bu dağlar
artıq bizimdir, həmişə bizim olub. Ancaq 30 ilə
yaxın düşmən bu dağlarda, bu torpaqlarda, bizim
dədə-baba torpaqlarımızda oturub, bizə meydan oxuyub.
Baxın,
mənfur düşmən Cəbrayıl şəhərini
nə günə salıb. Bütün
dünya bunu görsün. Görsün
və bilsin ki, biz hansı yaramaz düşmənlə
üz-üzəyik. Bütün
binaları dağıdıblar, talan ediblər. Onların
məqsədi var idi ki, bundan sonra burada heç vaxt
azərbaycanlı insanlar yaşamasınlar. Yaşayacağıq,
əbədi yaşayacağıq".
İndi
xəyalınızda canlandırın doğma yerlərə
qayıdan Füzuli, Ağdam, Cəbrayıl, Zəngilan,
Laçın, Kəlbəcər, Qubadlı camaatını. Bir zamanlar
şad-xürrəm həyat yaşadıqları abad
məskənlərdə kösöv kimi yanıb
qaralmış çöllü-biyabanla tuş gəlincə,
düşmənin onların xatirələrinə də
qəsd etdiyini görəndə nə hala
düşəcəklər.
Axı bu quldurlar keçmişdə
dağıdıb məhv etdikləri o yana qalsın, indi buralardan ayrılarkən də son
zəhərlərini töküb rədd olurlar.
Ermənilərin
törətdiyi saysız, həm də hər insanı
heyrətə gətirən
dağıdıcılıqları görənlər
qeyzlə tez-tez "erməni vəhşiliyi" deyimini
işlədir. Zənnimcə,
heç də düzgün və ədalətli ifadə
deyil.
Vəhşi
heyvanlar təbiətin məsum balalarıdır. Onlardakı
yırtıcılıq nə qədər şiddətli olsa
belə, həmişə həddi var və heç
vədə nə öz həmcinslərini ucdantutma qapmağa,
hər qarşısına çıxanı
parçalamağa, nə də qoynunda yaşadıqları
təbiəti dağıdıb zavala uğratmağa
yönələr.
Ona
görə də "erməni vəhşiliyi"
deyərək bu insafsız ifadəylə heyvanları
incitmək rəva deyil.
Şayəd
vəhşilər özlərini heyvanayaraşmaz
tərzdə aparmış olsalar, onlar haqqında
"vəhşi erməniliyi" deyimi daha
yerinədüşən olar.
Erməniliyin
nə bəla olduğunu onların tapdağından xilas
edilmiş torpaqlarımız bu gün bir güzgü kimi
göstərə bilir.
"Nə
vicdan var, nə utanmaq var, nə əxlaq var.
Dünyada
bir çox müharibələr olub, bu gün də gedir. Bu gün
də bəzi yerlərdə işğal davam edir. Amma
inanmıram ki, kimsə bu qədər qəddar, bu
qədər qeyri-insani bir düşmənlə
üz-üzə qalsın".
Haqlısınız, cənab Prezident!
Bu rəzalətlərin qarşısında dil acizdir, bu
qəddarlıqları bütün tutumu ilə nişan verə biləcək sözlər yoxdur.
Dünyanın
heç bir dilində yoxdur. Ola
bilsin, elə tək erməni dilində olmuş ola.
Ancaq bu
çərxi-fələyin də nərdivanı var.
Yaxşılıq da, yamanlıq da bumeranqdır. Əvvəl-axır öz çıxış
nöqtəsinə hökmən qayıdacaq!
Bu
gözəl dünyada cəhənnəm düzəltmisiniz,
cəzasından qaçmaqmı olar?!
Leysan yağışlar yağıb
yuyacaq hisi-pası,
Küləklər aparacaq
ağrı-acını, yası,
Son qara tüstün isə heç
vaxt dağılmayacaq,
Hara
getsən, o tüstü səninlə də qalası.
Çıxacaq qaşığına
hər nə tökdün aşına,
Nə ki pisliklər etdin,
gələcək öz başına,
Gedirsən, səndən qalan yanıb
qaralmış torpaq
Qayıdacaq
ömrünə çevrilib göz yaşına.
Kibrit çəkib yurdları ha
yandırırsan yandır,
Sağalacaq
yaralar, dərd-qəm unudulandır.
Allahın da evini qəsb elədin,
dağıtdın,
Allahın
səbri lap çox, Allah bağışlayandır.
Səni öldürdüyünün,
sağın ahı tutacaq,
O çəmənin, o gülün,
dağın ahı tutacaq.
Od vurduğun ağacda bir quş yuvası vardı,
Səni o
fağır quşun, bağın ahı tutacaq.
Sənə qarğış
edəcək başı kəsilmiş ağac,
Sənə
qənim olacaq külə dönən qarağac.
O ağaca sığınmış
böcəkdən bil cəzanı
Allah
yadına düşüb göydən umanda əlac.
Dini, imanı olmaz fitnəyə
alışanın,
İblis
məşəli kimi əlində alışqanın.
Sinəsinə dağ çəkib
balasın yandırmısan,
Ahı
tutacaq səni bir qara qarışqanın.
Gözün tutduğun bulaq day
səni bağışlamaz,
Körpüsünü
qırdığın çay səni bağışlamaz,
Sən məktəbə od vurdun, məbədi yağmaladın,
Bu
şərə şahid olan Ay səni bağışlamaz.
İlan kimi dərd-azar boynuna
sarılanda,
Nəfəsin kəsiləndə,
gözlərin qaralanda,
Bu gen dünya başına bir anda dar
olanda,
AYAĞININ ALTINDA SABAH YER YARILANDA,
Düşün, bu ağır
cəza hardan gələn cəzadır,
Bil ki, bu cəza sənə Haqdan
gələn cəzadır!
Pərvərdigara
həm də "Yaradan" deyilir. Allah
Özünə xas olan yaratmaq istedadından ən
üstün tutduğu məxluqu olan insana da
səxavətlə pay verib. İnsana da qurmaq, sahmana salmaq,
ahəngdarlıq yaratmaq, abad etmək qabiliyyəti və
şövqü əta edib.
Ermənilərin
işğaldan nicat tapmış ərazilərimizdə
törətdiklərini, özlərindən sonra
buraxdıqları ucu-bucağı görünməyən
xarabazarlığı seyr edincə ürəyindən qara
qanlar axa-axa bunları insanın edə biləcəyinə
inanmağın gəlmir.
Siz axı
təkid edirdiniz qədim xalqsınız, siz axı təsdiqləyirdiniz
ki, ümumən xalqsınız. Qədim olan
xalq, ümumən xalq olan belə edərmi, nizamı sevən
Xaliqin iradəsi əleyhinə belə gedərmi?
İndi artıq ermənilərin
oralarda törətdikləri xırda-xırda dünya
televiziyalarına çıxır, aləmə onların
mahiyyətini, iç üzünü nümayiş
etdirir. Amma
gərək hamısı tarixdə qalmaqdan ötrü və
günü yetişəndə qurulacaq ədalət
məhkəməsinə çıxarılmaqçün
ucdantutma lentə alına, fotoları çəkilə,
sənədləşdirilə.
Elə bununla bağlı da -
Ermənistanın işğal nəticəsində
Azərbaycana vurduğu ziyanların müqabilində
ödəməli olduğu 60 milyard dollarlıq təzminat
barəsində indi yox, hələ 15 il əvvəl - 2005-ci il
yanvarın 24-də Avropa Şurası Nazirlər
Komitəsinə yazılı sual şəklində 10418
saylı "Ermənistan Respublikasının Azərbaycana
işğal nəticəsində vurduğu zərərə
görə ödəməli olduğu kompensasiya
haqqında" adlı sənəd
hazırlamışdım.
O vaxt bu sənəd
irəliləyə bilmirdi (lakin bu və bu qəbil
sənədləri ona görə hazırlayır, sabahlar
üçün tədarük edirdim ki, erməni
faşizminə də günlərin birində Nürnberq divanına
bənzər bir amansız mühakimənin qurulacağına
daxilən inanırdım).
İndi isə Azərbaycan
dövləti bu məsələni, dövlət
başçımızın bəyan etdiyi kimi, beynəlxalq
məhkəmə səviyyəsində qaldıranda illər öncə
Strasburqda rəsmiləşmiş bu sənəd də kara gələcək.
Adı və yaratdıqları Qarabağın və Azərbaycanın tarixində daim diri qalacaq şuşalı Məhəmməd ağa Müctəhidzadə (1869-1958) o bölgənin söz ustalarının hamısını qovuşduran məşhur "Riyaz ül-aşiqin" təzkirəsini yazıb nəşr etdirəndə hələ XX yüzil yenicə başlanırdı, dünyadan köçəndə isə artıq əsrin ortaları idi. Və təqribən 100 il əvvəl o, sevimli ata-baba yurduna məhəbbətinin aynası sayıla biləcək bir gözəlləmə də qələmə aldı. "Qarabağnamə" adı verdiyi həmin şeirində Məhəmməd ağa bu diyarı "xanlar məkanı", "igidlər nişanı", "ər fatehlər meydanı", "ellər, dillər dastanı",
"şeir ü qəzəl bustanı",
"şairlər ümmanı" adlandırır, orta əsrlərdən ta Pənahəli xan Cavanşirə, Xurşidbanu Natəvandan ta Üzeyir və Ceyhun Hacıbəylilərədək Qarabağı Qarabağ etmiş, bu torpağın şöhrətini aləmə yaymış dəyərli şəxsiyyətləri sadalayırdı. Müxəmməsinin son bəndini isə sanki Məhəmməd ağa o vaxt yox, elə indi yazıb, bizim günləri görərək söyləyib:
Viran etdi səni beş-on
lənəti,
Qeyb elədin köhnə nam ü
şöhrəti,
Əhlin qaçıb məskən
tutdu qürbəti,
Səni tikər yenə xalqın
qüdrəti,
Sənə yardım zamanıdır,
Qarabağ!
İşğaldan qurtulmuş torpaqlarımıza gözaydınlığı (və toxtaqlıq) verməkçün Qələbədən sonrakı ilk Qarabağ səfərinə çıxmış Prezident İlham Əliyev də, elə bil tarixin izahsız hökmü ilə bu gün həmin nəcib arzuya cavab verirmiş kimi, oralarda başlanan böyük quruculuq və qayıdışın təməlini qoyarkən belə deyir: "Bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu,
şərlə xeyir qüvvələrin mübarizəsidir. Şər
qüvvələr məğlub olub, amma biz qalib
gəlmişik. Çünki
biz qurub-yaradanıq. Ermənilər
isə bax, bunları ediblər, dağıdıblar.
Bərpa
edəcəyik bunları, hamısını bərpa
edəcəyik. Azərbaycan
xalqı bir daha öz böyüklüyünü
göstərəcək. Bir daha
bütün dünyaya sübut edəcəyik ki, biz
böyük xalqıq. Biz
qayıtmışıq, vuruşa-vuruşa
qayıtmışıq. Heç kim bizə bu torpaqları bağışlamayıb".
(Dahi Hüseyn Cavid Birinci Dünya müharibəsinin şıdırğı
çağında, 1917-ci ildə yazdığı
"Hərb ılahı qarşısında" şeirində hər zamankı kimi qızıl xırdalayırdı:
Hürriyyət oylə nazlı bir afət ki, pək vəqur (çox vüqarlı - R.H.),
Qan axmadıqca kimsəyə gülməz o işvəkar!)
... Azərbaycan yaralara məlhəm qoymağa, azad etdiyimiz torpaqlardakı quruculuğa, oralarda həyatı yenidən dirçəltməyə YOLdan başlayıb.
Qarabağın yüksəklərinə doğru baş alan şüşə
hamarlıqlı yol!
Dörd bir yan bayquş ermənilərdən miras qalan xarabalıqlar, göz qaraldan, ürək sıxan həmin viranəliklərin ortasından keçən və göz oxşayan, ürək sevindirən və yaratdığı təzadla Qarabağın qarşıdakı ağ günlərinin müjdəçisi olan yol!
Azərbaycanın, Prezident İlham Əliyevin Ermənistan və erməniliklə mübarizəsi yalnız xeyirlə şərin deyil, həm də yolu olanla yolsuzluğun savaşıdır.
Ermənilər 30 il ərzində işğalda saxladıqları ərazilərdə hər şeyi dağıdıblar, məhv ediblər və özlərindən sonra keçiləsi bircə yol belə qoymayıblar. Qalan
axırıncı yolları, körpüləri də indi
gethagetdə yerlə yeksan edirlər.
Prezident
İlham Əliyevsə Qarabağdakı quruculuğun
siftəsini təzə yol salmaqla edir.
Yolsuzluğun
axırı həmişə uçurumdur.
Elə
Ermənistanın indiki vəziyyəti və sabahkı
qaçılmaz aqibəti kimi.
Yol
sahibinin, yol quranın nəsibi isə zirvələrdir.
Elə
Prezident İlham Əliyevin Azərbaycanın
Dirçəliş bayramına bircə gün qalmış
Qarabağda təməlini qoyduğu ilk yol da Füzulidən
Şuşaya uzanır. Yamacdan
zirvəyə!
Hərənin öz qisməti!
Şuşa
Savaşı Böyük Qələbəmizin rəmzinə
çevrildi.
Şuşa Yolu da Yeni
Qarabağımızın rəmzi olsun!
18 noyabr, 2020.
Rafael
HÜSEYNOV
525-ci
qəzet.- 2020.- 21 noyabr. S. 6-7; 8.