Bakıda erməni kilsəsi
Bakıdakı
erməni kilsəsi qorunub saxlanılır. Müqəddəs
Qriqori kilsəsi 1863-1869-cü illərdə
inşa edilmişdir. Kilsənin memarı Otto
Gippusdur (1826-1883). 1888-ci ildə kilsənin
zəng qülləsi tikilmişdir. Kilsə
N.Rəfibəyli küçəsi 27-də yerləşir.
Qafqazın mülki işlər
üzrə baş rəisi knyaz Q.Qolitsının
qaldırdığı vəsatət əsasında
1903-cü il iyunun 12-də erməni
kilsəsinin əmlakının Rusiyanın Torpaq və
Əmlak Nazirliyinin sərəncamına keçirilməsi
haqqında İmperator qanunu imzalanmışdı. Bu qanunun qəbul edilməsindən sonra, başda
bütün erməni kilsələri olmaqla, bütün
erməni siyasi təşkilatları çar
hökumətinə qarşı sui-qəsdlər və terror
aksiyaları həyata keçirməyi qərara aldılar.
Həmin qanun erməni kilsələrinin maliyyələşdirdiyi
siyasi partiyaların maddi vəziyyətinə ciddi zərbə
vurduğu üçün erməni terrorizminin
genişlənməsinə, antirus, antimüsəlman
əhval-ruhiyyəsinin qızışmasına səbəb
olmuşdu.
Tiflisdə
Erməni Özünümüdafiə Mərkəzi
Komitəsi yaradılmış, həmin komitə 12 iyun tarixli
qanunun ləğv edilməsi üçün çar
hökumətinə - mütləqiyyətə qarşı
bütün mümkün vasitələrlə mübarizə
aparacağını bəyan etmişdi. 1905-ci il mayın 11-də gündüz saat 3-də
erməni kilsəsinin yaxınlığında, Parapet
bağı (indiki Fəvvarələr meydanı) ilə Voronsov
(indiki Mirzə İbrahimov) küçəsinin
kəsişdiyi yerdə hərəkət edən
Bakının general-qubernatoru knyaz Mixail Nakaşidzenin faytonuna
ermənilər bomba atırlar. Partlayan
bombanın təsirindən Nakaşidze və onun yavəri
ölürlər. Həmin vaxt hadisə
yerindən təsadüfən keçən iki nəfər
azərbaycanlı da həlak olurlar. Partlayışa
görə məsuliyyəti "Daşnaksütyun"
partiyasının Mərkəzi Komitəsi öz
üzərinə götürür.
"Daşnaksütyun"
partiyası ilə erməni-qriqorian kilsəsinin
əlaqələri haqqında N.Şavrov yazır:
"Bu zaman
(yəni knyaz Qolitsının Qafqazın baş rəisi olan
dövrdə) "Daşnaksütyun"un başında
artıq erməni kilsəsinin başçısı katolikos
dururdu və inqilabi hərəkatın əsas
rəhbərləri, inqilabi işə xərclənmək
üçün pulların toplayıcıları da din
xadimləri idi". 1945-ci ildən etibarən Azərbaycan
yeparxiyasının mərkəzi olub.
Kilsə kimi fəaliyyətini dayandırması
Amerika tədqiqatçısı
Samuel Uimz "Ermənistan - terrorçu "xristian"
ölkənin gizlinləri" əsərində yazır:
" XX əsrin lap əvvəllərindən erməni kilsəsi
ilə terrorçu siyasi hərəkatın
birləşməsi bu gün də davam edir. Erməni
kilsəsi üsyanları planlaşdıran və həyata
keçirən terrorçuların qərargahı kimi
fəaliyyət göstərir, terrorçular üsyan
əmrini almaq üçün kilsə xadimlərinin
qərarını gözləyir".
1988-ci ildə
Dağlıq Qarabağ münaqişəsinin
başlamasından sonra Ermənistanda yaşayan
azərbaycanlılar deportasiya edildilər və onların bir
qismi Bakıda məskunlaşdılar. Bakıda yaşayan ermənilər də
tədricən şəhəri tərk etdilər. Bundan sonra Bakıdakı erməni kilsəsi öz
fəaliyyətini dayandırdı.
Hazırkı fəaliyyət
8 yanvar
1990-cı ildə Bakı Şəhər Soveti İcraiyyə
Komitəsinin qərarı ilə XIX əsrin tarixi abidəsi
hesab edilən erməni kilsəsinin qorunub saxlanması
məqsədilə ona bitişik ərazidə
yerləşən V.İ.Lenin adında Mərkəzi
Şəhər Kitabxanasına müvəqqəti istifadə
üçün verilmişdir.
2002-ci ildə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı
ilə Mərkəzi Şəhər Kitabxanası
Azərbaycan Respublikası Prezidentinin İşlər
İdarəsinin balansına verilmişdir və onun
bazasında Prezident Kitabxanası yaradılmışdır. Həmin vaxtdan etibarən erməni
kilsəsi də Prezident Kitabxanasının
nəzarətindədir. Hazırda
erməni kilsəsində Prezident Kitabxanasının fondunda
olan nadir erməni ədəbiyyatı fondu və depozitar fond
saxlanılır.
26 aprel 2010-cu
ildə bütün ermənilərin katolikosu II Qaregin və
onu müşayiət edən din xadimləri kilsəni
ziyarət etmişlər.
Ceyhun
MƏMMƏDOV
Millət
vəkili
525-ci qəzet.- 2020.- 21 noyabr.S. 24.