Yaşasın
Azərbaycanın Rəşadətli Ordusu
Yeni tarix yazılır, unut
dərdi kədəri
Qəhrəman igidlərin gətirir zəfərləri
Ali Baş Komandanın yenilməz əsgərləri
Gözlərində zərrə də yoxdur ölüm qorxusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!
Tarix boyu vandallar taladılar, çapdılar
Günahsız insanların qanlarına batdılar
Özgənin torpağında yeyib, içib yatdılar
Daha yata bilməzlər ərşə
çıxdı yuxusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!
Döyüşdə məğlub olan düşmən qaçır gizlənir
Gizləndiyi bölgələr sputnikdən izlənir
Torpaqlar qarış-qarış
çirkabdan təmizlənir
Məhv olur texnikalar, yanır düşmən korpusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!
Biz birlikdə güclüyük, bağlıyıq bu torpağa
Qovulur ermənilər son qoyulur tapdağa
Gözləməyin ki bir də düşmən qalxsın ayağa
Elə zərbə aldı ki düşünmürəm doğrusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!
Başladı mübarizə dəstək gəldi qardaşdan
İki dövlət, tək millət, daşıyırlar eyni qan
Necə gözəl səslənir Türkiyə-Azərbaycan
Bu möhtəşəm birliyə inanmırdı çoxusu
Yaşasın Azərbaycanın rəşadətli ordusu!
Azad olan torpaqda şəhidimin qanı var
Ayaqdadır millətim bu
milləti kim tutar
Bir cəbhədə birləşib,
müxalifət, iqtidar
Orduya dəstək verir kasıbı,
milyonçusu
Yaşasın Azərbaycanın
rəşadətli ordusu!
Uzun illərdən sonra gəldi zəfər çağımız
Özümüzə
qayıtdı müqəddəs torpağımız
Dalgalandı Şuşada üçrəngli bayrağımız
Allahım gerçək oldu
milyonların arzusu
Yaşasın Azərbaycanın
rəşadətli ordusu!
Ü.Məmmədov
525-ci qəzet.- 2020.- 24 noyabr.S.
16.