Ali Baş
Komandanım -
Ali Baş Komandanım
Ucaldın ucaldıqca,
Ali Baş Komandanım!
Şanına yazılacaq,
Ən
uğurlu dastanım.
Əsrin ləyaqət əri,
Xalqının
igid oğlu.
Yenilməz hünərindən,
Üzümüzə
gün doğdu.
Ali Baş Komandanım!
Ordun bir
tarix yazır.
Qarşında müntəzirdir,
Əmrinə hər an hazır.
Yürüşü bir od saçır,
Vuruşu
yenilməzdir.
Şəhid
ruhu göylərdə.
Vətənim əyilməzdir!
Ali Baş Komandanım!
Şücaətin
danılmaz.
Canım Xan üzlü
Şuşam!
Düşmən əlində qalmaz!
Bizə xoşbəxtlik verdi,
Cəsur, Baş Komandanım!
Xalqımın məbədgahı,
Vüqarım, mənim andım!
Qanad açıb uçuram
Qanad açıb uçuram,
Uçuram
göyə sarı.
Sevinc payım çox
düşüb,
Apar yurduma
sarı.
Qubadlım, Cəbrayılım,
Füzulim, Şuşam gəlsin.
Zəngilan, Suqovuşan,
Laçın nur tək ələnsin,
Ağ üzlü oldu Ağdam,
Torpağı
mərd əllərdə.
Cəsarətli vuruşlar,
Nəğmələnir dillərdə.
Qanad açıb uçuram,
Könlüm pırıl-pırıldı.
Duyğularım gül açıb,
Coşub,
daşıb, duruldum.
Orduma qurban olum,
Qurban olum
orduma.
Namusla, ləyaqətlə,
Çatdıracaq
yurduma.
Qanad açıb uçuram,
Bu nə
hal, nə həyacan.
Sağ olsun Baş Komandan!
Bütövdür Azərbaycan!
Fəridə HACIYEVA
525-ci qəzet.- 2020.- 24 noyabr.S. 16.