"Ermənilər qədim Alban məbəd  abidələrinə qənim kəsilib"

 

Rəşad Məcid: "Qarabağdakı alban mədəniyyətinə aid məbədlər Azərbaycan alban-udi xristian dini icmasinin ixtiyarına verilsin"

 

Azərbaycanın işğaldan azad olunan ərazilərində qədim Alban mədəniyyətinə, zəngin memarlıq irsinə aid xeyli sayda məbəd, kilsə və monastrı var. "525-ci qəzet"in baş redaktoru, Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid təklif edir ki, Qarabağda, işğaldan azad olunan ərazilərimizdə yerləşən, qədim Alban mədəniyyətinə aid məbədlər ölkədəki Azərbaycan Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilsin. İcmanın nümayəndələri isə faktlar əsasında qədim Alban məbədlərinin ermənilər tərəfindən dağıdılmasını və qriqoryanlaşdırılmasını dünya ictimaiyyətinin diqqətinə çatdırsınlar.

Rəşad Məcid bildirir kimənfur ermənilər qədim Alban irsinə sahib çıxaraq albanlara aid hər şeyi mənimsəyiblər:

"Qafqaz ərazisində olan Alban abidələri var ki, bu abidələri ermənilər öz adlarına çıxırlar. Qədim Alban dilində olan bütün kitabları erməni dilinə çeviriblər və özlərinə sərf edən şəkildə redaktə ediblər. Əslində isə erməniləşdiriblər. Alban dilini, alban tarixini sıxışdıraraq məhv etməyə çalışıblar. Onlar özlərini əzabkeş xalq kimi göstərərəkvaxtilə  Rusiya çarına yaltaqlanıblar.  Nəticədə 1836-cı ildə Alban Apostol Kilsəsinin erməni Qriqoryan kilsəsinə tabe olmasına nail olublar. Bununla da Alban tarixini saxtalaşdırmağa, Alban dilinin məhvinə, həmçinin, alban dilində yazılan kitabların redaktə olunaraq özlərinə sərfəli şəkildə erməni dilinə tərcümə edilməsinə, nəhayət, Alban tarixini tamamilə təhrif etməyə başlayıblar".

R.Məcid vurğulayır kibu gün Azərbaycanda qədim albanların irsi davamçıları var  onlar əsasən Qəbələ rayonunun Nic kəndində məskunlaşıblar:

"Hazırda Qəbələnin Nic kəndində alban xalqının varisləri olan udinlər  yaşayırTəxminən on minə yaxın əhali burada məskunlaşıb. Bu yaxınlarda Heydər Əliyev  Fondu Qəbələdə olan qədim alban kilsəsini təmir etdiribBizim Alban məbədlərinə münasibətimiz yüksək səviyyədədir. Şəkidə qədim Kiş kəndində xristianlığın ilk məbədlərindən biri sayılan Alban məbədi mövcuddur. Laçın rayonundakı AğoğlanKəlbəcərdəki GəncəsərXudavəng monastırı,  Ağdərədəki Müqəddəs Yelisey  kimi qədim alban abidələri var. Bunları da ermənilər öz adlarına çıxıblarHesab edirəm ki, 1836-cı ildəki rus çarının fərmanı ədalətsiz hesab olunmalı  Qafqaz Albaniyasına məxsus tarixi abidələr  Alban xalqının irsi kimi dəyərləndirilməli  Azərbaycan Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməlidirİcma nümayəndələri də bu məbədləri görməyə gələn turistləri öz xalqlarının qədim tarixi barədə ətraflı məlumatlandırmalıdır. Eyni zamanda, ermənilərin Alban irsinə, tarixinə, mədəniyyətinə, dilinə qarşı amansız münasibəti olduğu şəkildə ictimaiyyətə çatdırılmalıdır".

Ermənilər daim qədim Alban maddi-mədəni irsinin saxtalaşdırma yolu ilə mənimsəyib, qədim alban məbədləri üzərindəki əski kitabələri məhv edib, onları qrabar dilində olan yazılarla əvəzləyib, alban kilsələrinin memarlıq quruluşunu dəyişdiriblər. Arxitekturasını dəyişdirə bilmədiyi məbədləri isə dağıdıblar. Onlar Alban kilsəsinin arxivlərinə, albanların tarixini və mədəniyyətini əks etdirən digər zəngin maddi nümunələrə qənim kəsiliblər. Albanların torpaqlarının isə əzəldən bəri haylara, yəni ermənilərə məxsus olduğunu sübuta yetirməyə çalışıblar.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyir ki, Qafqaz Alban kilsəsi xristian dünyasında ən qədim kilsələrdən biridir. Onun kanonik ərazisi təkcə indiki Azərbaycan ərazisini deyil, daha böyük coğrafiyanı əhatə edib. Bunun nəticəsidir kihazırda Azərbaycanla yanaşıqonşu ölkələrdə  onlarla alban məbədinin qalıqları hələ  qalır:

 "Təkcə bir faktı qeyd edim ki, eramızın I əsrində əsası qoyulmuş Şəkidəki Kiş Alban məbədi Qafqazın ilk kilsəsidir və bu regionda kilsələrin anası adlandırılır. Hazırda Kiş məbədi ilə yanaşımövcudluğunu dövrümüzədək qoruyub saxlamış onlarla Alban kilsəsi var. Bu cür məbədlərə ölkənin əksər bölgələrindəxüsusilə ŞimalŞimal qərbQərbQarabağ regionunda rast gəlmək mümkündürOnlar arasında Qax rayonundakı KürmükQəbələ rayonu Nic qəsəbəsindəki ÇotariAğstafa rayonundakı KeşikcidağKəlbəcər ərazisindəki Gəncəsər  XudavəngLaçın rayonundakı Ağoğlan məbədlərini xüsusi qeyd edə bilərikTəəssüf ki, 1836-cı ildə Müqəddəs Sinodun qərarı ilə Alban Katolikosluğunun fəaliyyətinə son qoyulması Alban kilsəsinə məxsus irsə başqa kilsələrinxüsusilə erməni Qriqorian kilsəsinin sahib çıxmasına zəmin yaratdıMəsələn, Qərb və Şimal Qərb bölgəsindəki Alban məbədlərinin bir qismi gürcü Provaslav kilsəsinin təsiri altına düşdü".

Gsmayılovun sözlərinə görə, Qarabağda və ona yaxıərazilərdəki Alban kilsələrinin mütləəksəriyyəti isə qriqoryanlaşdırılıb. Əslində, Alban kilsələrinin qriqoryanlaşdırılması Çar hökumətinin xüsusi siyasəti idi. Hətta sovet dövründə də bəzi Alban kilsələri restavrasiya edilərkən onlara məqsədli şəkildə erməni izləri əlavə olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzündən sonra ermənilər işgal altındakı bütün Alban məbədlərini qriqoryanlaşdıraraq özününküləşdiriblər. Bu məqsədlə Alban kilsələrinin o cümlədən, Xudavəng, Gəncəsər və Ağoğlan məbədlərinin interyerinə, ornamentlərinə və bədii daş nümunələrinə dəyişikliklər ediblər. Bununla bağlı məlumat və fotolar sənədləşdirilərək müxtəlif beynəlxalq təşkilatlara o cümlədən, YUNESKO-ya göndərilib. Amma çox təəssüf ki, bunun ciddi bir nəticəsi olmayıb".

Alban kilsəsinin hüquqi statusununümumiyyətlətarixi ədalətin bərpasına gəlincəsədr müavini vurğulayıb ki,  buolduqca vacib bir məsələdirAzərbaycan müstəqilliyini bərpa etdikdən sonra bunun üçün əlverişli tarixi şərait yaranıb və xeyli müddətdir ki, bu prosesə start verilib. Hələ 2006-cı ildə Azərbaycan Respublikası Alban Udi Xristian Dini İcması yaradılıb. Qəbələ rayonu Nic qəsəbəsindəki Çotari Alban məbədi bərpa edilib və icmanın istifadəsinə verilib. Daha sonra Udilərin yaşadığı Oğuz şəhərində Alban Ubi dini İcması formalaşdırılıb və dövlət qeydiyyatına alınıb. Hazırda Nic qəsəbəsindəki və Oğuz şəhərindəki Alban Udi İcmaları uğurla fəaliyyət göstərir. Hər il Prezident İlham Əliyevin sərəncamı ilə hər iki icmaya vəsait ayrılırBu günlərdə Heydər Əliyev Fondu tərəfindən Nic qəsəbəsindəki ikinci Alban Udi Kilsəsinin bərpası və yenidən qurulması başa çatdırılıb. Alban kilsəsi ilə bağlı tarixi ədalətin bərpa olunması üçün yerlibeynəlxalq səviyyədə dinitarixi  hüquqi müstəvidə müəyyən addımlar atılır: "Amma təbii kibu müəyyən vaxt tələb edən bir prosesdirHazırda da bu proses davam edirİndiyədək Alban kilsəsi ilə bağlı tarixi ədalətin bərpa edilməsinə yönəlik xariciyerli albanşünas mütəxəssislərin iştirakı ilə Bakı  Qəbələ şəhərlərindəeləcə  Nic qəsəbəsinbə bir necə beynəlxalq konfrans keçirilibHəmin konfransların keçirilməsi ilə yanaşı, nüfuzlu xristian dini mərkəzlərlə zəruri müzakirələr aparılıb. Habelə Alban kilsəsinin indiki və gələcək fəaliyyətini təmin etmək məqsədilə xaricdəki xristian dini təhsil ocaqlarında kadrların hazırlanması təmin edilib.  Hazırda da bu işlər uğurla davam etdirilir. Qarabağdakı Alban məbədləri ilə bağlı  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hesablamalarına əsasənişğaldan azad olunan ərazilərdə 130-dan artıq məbəd var. Hazırda həmin məbədlərin dəqiq sayı  mövcud vəziyyəti ilə bağlı araşdırmalar davam etdirilir.

Rəşad Məcidin Alban mədəniyyyətinə aid məbədlərin ölkədəki Azərbaycan Alban-Udi Xristian Dini İcmasının ixtiyarına verilməsi təklifinə gəlincəG.İsmayılov deyib kiziyalı mövqeyi kimi bu təklif təqdir edilməlidir:

"Bu, həm də Azərbaycan ziyalısının Alban irsinə biganə qalmamasının əyani göstəricisidir. Əminəm kibu məsələlər müzakirə edilərkən ictimaiyyət nümayəndələrininxüsusilə ziyalılarımızın mövqeyi mütləq  nəzərə alınacaq".

 

Sevinc QARAYEVA

525-ci qəzet.- 2020.- 25 noyabr.S. 14.