"Bu
dövrdə təhsil sahəsində görülən
işlər müsbət nəticələr verdi"
Təhsil naziri Emin Əmrullayev vətən müharibəsinin ölkədə təhsil proseslərinə təsirlərini ətraflı təhlil edib
Dövlətçilik tariximizə qələbəli, zəfərli Vətən müharibəsi yazıldı. Bu,
möhtəşəm milli qalibiyyətdir. Çoxdan
gözlədiyimiz, arzusunda olduğumuz zəfərdir.
Qələbələr
qansız-qadasız, itkisiz qazanılmır, əlbəttə. Hər
yeni mübarizə yeni qəhrəmanları üzə
çıxarır. Sentyabrın
27-də torpaqlarımızın azadlığı uğrunda
başlayan haqq döyüşümüzdə şanlı
qələbəni istər ön cəbhə, istərsə də
arxa cəhbə cəsurları hesabına əldə etdik. Qəhrəmanlıq,
şəhidlik zirvəsini fəth edənlər
sırasına təhsil cameəsinin üzvlərinin də
adı yazıldı.
Ağstafa
rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin
İmaməliyevin də adı qələbədə payı
olan müqəddəs şəhidlər
cərgəsindədir. Təəssüflər
olsun ki, tam qələbəmizə cəmi 1 gün
qalmış, noyabrın 9-da Şuşa şəhəri
yaxınlığında, Qırmızı bazar
qəsəbəsində ağır yaralanaraq şəhid
olub.
Lerik rayon
Sors kənd ümumi orta məktəbinin tarix müəllimi
Elgün Quliyev də döyüşlərə qatılan,
müharibənin bitməsinə saatlar qalmış
şəhid olan müəllimlərdən biridir.
Gəncə şəhər
Mikayıl Müşfiq adına 14
nömrəli tam orta məktəbin müəllimi Rabil
İsmayılov da torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib
və qəhrəmancasına şəhid olub. Vətən
Müharibəsində fədakarlıqla iştirak edən
döyüşçülərimiz sırasında başqa
pedaqoqlarımız da yer alıb.
Azərbaycan
Respublikasının Təhsil naziri Emin Əmrullayev bildirib ki,
xalqımızın böyük qələbəsində,
təbii ki, Azərbaycan təhsil işçilərinin
uzunmüddətli bir əməyi vardır. Bu, çox vacib məqamdır, çünki hər
bir insanın müəllimi var. O cümlədən də, bu
döyüşlərdə iştirak edən, bu
qələbədə rolu olan hər bir insanın və
müəllimlərimizin: "Döyüşlərə
qatılan və vətən uğrunda canından
keçən müəllimlərimizə Allahdan rəhmət
diləyirəm".
Nazirin sözlərinə
əsasən, bu dövrdə təhsil sahəsində
həyata keçirilən tədbirlər, görülən
işlər müsbət nəticələr verib: "Bu
mənada, fürsətdən istifadə edərək,
bütün müəllimlərimizə və təhsil
işçilərimizə öz
təşəkkürümü bildirirəm".
Nazir bildirib ki, 44 günlük
müharibə dövründə Ermənistan tərəfi
dinc sakinləri hədəfə aldı və
hədəfdə çox təəssüf ki, bizim
azyaşlı uşaqlar da var idi: "Bu haqda, yəqin ki,
statistika hazırlanıb və dövlət
başçısı da dəfələrlə
çıxışlarında qeyd edib ki, Ermənistan
törətdiyi bütün cinayət əməllərinə
görə beynəlxalq hüquq qarşısında cavab
verəcək. Bütün faktlar sənədləşdirilir və
müvafiq qaydada beynəlxalq qurumlara
göndəriləcək. Təhsil
Nazirliyi də üzərinə düşəni edir və
sənədlər hazırlanır. Çox
təəssüf ki, 10 şagirdimiz düşmənin raket
hücumları nəticəsində həlak oldu. Bir daha
Allahdan onlara rəhmət diləyirəm. Eyni
zamanda, bu dövr ərzində təxminən 340 min
şagirdimizin təhsil aldığı məktəblər
risk zonasına daxil olduqlarına görə orada təhsilin
həyata keçirilməsi, ümumiyyətlə,
mümkün olmadı. O
cümlədən, 50 məktəbimiz bu və ya digər
dərəcədə dağıntılara məruz qalıb,
bəziləri ümumiyyətlə yararsız hala
düşüb. Təbii ki, son günlərdə müşahidə
etdiyimiz hadisələr bizi, təhsil işçilərini
təəssüfləndirir. Gördüyünüz
kimi, Kəlbəcər rayonu ərazisində həmin
yerləri tərk edən və həmin ərazilərə
qanunsuz olaraq yerləşdirilmiş ermənilər tərəfindən
məktəblərin yandırılması birmənalı
olaraq qınanılmalıdır".
Təhsil naziri qeyd edib ki, insanlar bizim
işğala məruz qalan ərazilərimizdən
çıxanda orada məktəblər və infrastruktur var
idi: "Onlara toxunulmamışdı. Hazırda isə bu infrastruktur
istər Cəbrayılda, istər Füzulidə,
Zəngilanda, Qubadlıda tamamilə yerlə-yeksan edilib. Ölkə
başçısı da artıq bildirib ki, bu ərazilərimizdə
daha yaxşı məktəblər, ən müasir
məktəblər tikiləcək. Ancaq olan
məktəblərin direktor tərəfindən
yandırılması, hər şey bir tərəfə, bir
təhsil işçisi olaraq bu, çox şiddətlə
qınanılıb. Bu, bir
vandalizmdir. Məktəb, özü də nümayişkarənə
şəkildə, yandırılmamalıdır.
Ona
görə də, bu kimi hallar tərəfimizdən
sənədləşdirilir. Müvafiq
kanallarla beynəlxalq təşkilatlara
çatdırılır və inanırıq ki,
uzunmüddətli gələcəkdə də bu tip
hadisələri biz ardıcıllıqla, davamlı olaraq
gündəmdə saxlamağa
çalışacağıq".
Emin Əmrullayev
bildirib ki, işğaldan azad olunan torpaqlara qayıdış
kompleks yanaşma tələb edir. Həm
infrastrukturun bərpası, həm insanların oraya
qayıtması, həmçinin, təhsil
müəssisələrinin fəaliyyətinin bərpa
edilməsi. Məktəblərin
və infrastrukturun bərpası təkcə Təhsil
Nazirliyinin deyil, digər aidiyyəti həmkar qurumlarla
birlikdə ölkə başçısının müvafiq
tapşırıqları əsasında həyata keçiriləcək:
"Hətta dəfələrlə qeyd olunub ki, yeni
yaradılmış infrastruktur ən müasir
səviyyədə olacaq. Biz buna inanırıq. Həmin
ərazilərdə, bildiyiniz kimi, söhbət
yüzlərlə məktəbdən, bir neçə
peşə təhsil müəssisəsindən gedir. Onların
bərpası addım-addım, planlı şəkildə
olmalıdır və yaxşı xəbər ondan
ibarətdir ki, planlaşdırma baxımından orada hər
şey yenidən yaranır. Düşünürəm
ki, işlər düzgün aparılarsa, təhsilalanlar
üçün daha yaxşı imkanlar yaradıla
bilər".
Nazirin
söylədiyinə görə, istənilən
müharibə həmişə insanların, xüsusilə
uşaqların psixologiyasına mənfi təsir edir. Ona görə də, burada iki məsələ var. Bir
məsələ psixoloji dəstəyin
göstərilməsidir: "Biz hazırda həm
Qırmızı Xaç Cəmiyyəti, həm də
YUNİSEF təşkilatı ilə çox sıx
şəkildə bu istiqamətdə işləyirik. Bir
neçə istiqamət müəyyən olunub. Birinci
istiqamət olaraq, təbii ki, psixoloji dəstək və
yardım göstərilməsidir. Eyni zamanda,
ərazilərin minalardan və mərmilərdən
zərərsizləşdirilməsi ilə bağlı
aidiyyəti qurumlarla əlaqəli şəkildə, onlarla
əməkdaşlıqla maarifləndirmə işlərinin
həyata keçirilməsi təmin olunur. Təbii
ki, uzunmüddətli vədədə
çalışırıq ki, həmin
müəssisələrdə tədris və təhsil
yaxın gələcəkdə bərpa edilsin. Növbəti
illərdə biz bunun xüsusi olaraq həmin
bölgələrdə - indi artıq onların
bəziləri cəbhə bölgəsi deyil, cəbhə
xəttində deyil, ona görə düşünürəm
ki, həmin məktəblərə aid xüsusi proqramların
həyata keçirilməsi tərəfimizdən
reallaşdırılacaq".
Təhsil
naziri vurğulayıb ki, torpaqlarımız artıq
düşməndən azad edilib və uzun illərdən
bəri bizim dərsliklərimizdə işğal tarixləri
yer tuturdu. Bu gün mühüm məsələlərdən biri,
yəqin ki, dərsliklərin dəyişdirilməsi ilə
bağlıdır. Qələbədən
sonra yeni dərsliklərin hazırlanması labüddür:
"Burada, ümumiyyətlə, məzmun
dəyişikliyindən danışırıqsa, təhsilin
məzmunu yəqin ki, bir neçə istiqamətdə
dəyişəcək. Birinci istiqamət - mahiyyət və əhval-ruhiyyə
məsələsidir. Çünki
yenə də mən əvvəldən qeyd etdiyim kimi, bu
günə qədər təhsilimizin,
məktəblərimizin, müəllimlərimizin
qarşısında duran əsas məsələ ondan ibarət
idi ki, hər bir Azərbaycan vətəndaşını
Vətənin müdafiəsinə, torpaqların
işğaldan azad edilməsinə hazırlayaq - bu missiya
artıq müəyyən mənada uğurla yerinə
yetirilib. Növbəti missiya təbii ki, əldə olunan
uğurların qorunması, eyni zamanda da, bizim
yaşadığımız mühitin və risklərin,
gələcəkdə əvvəllər üzləşdiyimiz
məsələlərlə bir daha
üzləşməməkdir. Məktəblərdə
şagirdləri bu dəyişikliklərə
hazırlamalıyıq. Eyni zamanda da,
qısa müddətdə artıq tərəfimizdən
istər Şuşanın işğaldan azad olunması,
istərsə də ümumiyyətlə, Vətən
müharibəsi ilə bağlı materialların qısa
zaman ərzində məktəblərə
çatdırılması planlaşdırılır. Yəqin ki,
növbəti yarımildən bununla bağlı artıq
məzmunda müəyyən dəyişikliklər
ediləcək. Uzunmüddətli
vədədə düşünürəm ki, biz
işğal tarixlərini hələ də yadımızda
saxlamalıyıq, çünki çox vacib tarixlərdir. Ancaq
torpaqlarımızın işğaldan azad olunma tarixləri
və xalqımızın, dövlətimizin bu sahədə
əldə etdiyi uğurları da bir dərs kimi
şagirdlərimizə, təhsilalanlarımıza
çatdırmalıyıq".
Emin
Əmrullayev əlavə edib ki, Azərbaycanda
həmişə şəhidlərin adının
əbədiləşdirilməsi istiqamətində
işlər görülüb. Təkcə
Bakıda yox, ölkənin müxtəlif yerlərində,
kəndlərində şəhid adının
əbədiləşdirilməsi istiqamətində, həm
məktəb adları, həm də onların
yaşadıqları küçələrə
adlarının verilməsi məsələsi müvafiq
qaydalarla tənzimlənən bir məsələdir:
"Hazırkı proseslər bitdikdən sonra bu
məsələlərin sistemləşdirilməsi və
qərarların verilməsi, təbii ki, mümkün
olacaq. Hazırkı
vəziyyətdə bu məsələ də
gündəmdədir və növbəti
mərhələlərdə, yəqin ki, müvafiq
qərarlar veriləcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2021.- 26 noyabr.S. 13.
"Bu
dövrdə təhsil sahəsində görülən
işlər müsbət nəticələr verdi"
Təhsil
naziri Emin Əmrullayev vətən müharibəsinin
ölkədə təhsil proseslərinə təsirlərini
ətraflı təhlil edib
Dövlətçilik
tariximizə qələbəli, zəfərli Vətən
müharibəsi yazıldı. Bu,
möhtəşəm milli qalibiyyətdir. Çoxdan
gözlədiyimiz, arzusunda olduğumuz zəfərdir.
Qələbələr
qansız-qadasız, itkisiz qazanılmır, əlbəttə. Hər
yeni mübarizə yeni qəhrəmanları üzə
çıxarır. Sentyabrın
27-də torpaqlarımızın azadlığı uğrunda
başlayan haqq döyüşümüzdə şanlı
qələbəni istər ön cəbhə, istərsə
də arxa cəhbə cəsurları hesabına əldə
etdik. Qəhrəmanlıq, şəhidlik zirvəsini fəth
edənlər sırasına təhsil cameəsinin
üzvlərinin də adı yazıldı.
Ağstafa
rayon 1 nömrəli tam orta məktəbin direktoru Elvin
İmaməliyevin də adı qələbədə payı
olan müqəddəs şəhidlər
cərgəsindədir. Təəssüflər
olsun ki, tam qələbəmizə cəmi 1 gün
qalmış, noyabrın 9-da Şuşa şəhəri
yaxınlığında, Qırmızı bazar
qəsəbəsində ağır yaralanaraq şəhid
olub.
Lerik rayon
Sors kənd ümumi orta məktəbinin tarix müəllimi
Elgün Quliyev də döyüşlərə qatılan,
müharibənin bitməsinə saatlar qalmış
şəhid olan müəllimlərdən biridir.
Gəncə şəhər
Mikayıl Müşfiq adına 14
nömrəli tam orta məktəbin müəllimi Rabil
İsmayılov da torpaqlarımızın azadlığı
uğrunda gedən döyüşlərdə iştirak edib
və qəhrəmancasına şəhid olub. Vətən
Müharibəsində fədakarlıqla iştirak edən
döyüşçülərimiz sırasında başqa
pedaqoqlarımız da yer alıb.
Azərbaycan
Respublikasının Təhsil naziri Emin Əmrullayev bildirib ki,
xalqımızın böyük qələbəsində,
təbii ki, Azərbaycan təhsil işçilərinin
uzunmüddətli bir əməyi vardır. Bu, çox vacib məqamdır, çünki hər
bir insanın müəllimi var. O cümlədən də, bu
döyüşlərdə iştirak edən, bu
qələbədə rolu olan hər bir insanın və
müəllimlərimizin: "Döyüşlərə
qatılan və vətən uğrunda canından
keçən müəllimlərimizə Allahdan rəhmət
diləyirəm".
Nazirin sözlərinə
əsasən, bu dövrdə təhsil sahəsində
həyata keçirilən tədbirlər, görülən
işlər müsbət nəticələr verib: "Bu
mənada, fürsətdən istifadə
edərək, bütün müəllimlərimizə və
təhsil işçilərimizə öz
təşəkkürümü bildirirəm".
Nazir bildirib ki, 44 günlük
müharibə dövründə Ermənistan tərəfi
dinc sakinləri hədəfə aldı və
hədəfdə çox təəssüf ki, bizim azyaşlı
uşaqlar da var idi: "Bu haqda, yəqin ki, statistika
hazırlanıb və dövlət başçısı da dəfələrlə
çıxışlarında qeyd edib ki, Ermənistan
törətdiyi bütün cinayət əməllərinə
görə beynəlxalq hüquq qarşısında cavab verəcək. Bütün
faktlar sənədləşdirilir və müvafiq qaydada
beynəlxalq qurumlara göndəriləcək. Təhsil
Nazirliyi də üzərinə düşəni edir və
sənədlər hazırlanır. Çox
təəssüf ki, 10 şagirdimiz düşmənin raket
hücumları nəticəsində həlak oldu. Bir daha
Allahdan onlara rəhmət diləyirəm. Eyni
zamanda, bu dövr ərzində təxminən 340 min
şagirdimizin təhsil aldığı məktəblər
risk zonasına daxil olduqlarına görə orada təhsilin
həyata keçirilməsi, ümumiyyətlə,
mümkün olmadı. O
cümlədən, 50 məktəbimiz bu və ya digər
dərəcədə dağıntılara məruz qalıb,
bəziləri ümumiyyətlə yararsız hala
düşüb. Təbii ki, son günlərdə müşahidə
etdiyimiz hadisələr bizi, təhsil işçilərini
təəssüfləndirir. Gördüyünüz
kimi, Kəlbəcər rayonu ərazisində həmin
yerləri tərk edən və həmin ərazilərə
qanunsuz olaraq yerləşdirilmiş ermənilər tərəfindən
məktəblərin yandırılması birmənalı
olaraq qınanılmalıdır".
Təhsil naziri qeyd edib ki, insanlar bizim
işğala məruz qalan ərazilərimizdən
çıxanda orada məktəblər və infrastruktur var
idi: "Onlara toxunulmamışdı. Hazırda isə bu infrastruktur
istər Cəbrayılda, istər Füzulidə,
Zəngilanda, Qubadlıda tamamilə yerlə-yeksan edilib. Ölkə
başçısı da artıq bildirib ki, bu
ərazilərimizdə daha yaxşı məktəblər,
ən müasir məktəblər tikiləcək. Ancaq olan
məktəblərin direktor tərəfindən
yandırılması, hər şey bir tərəfə, bir
təhsil işçisi olaraq bu, çox şiddətlə
qınanılıb. Bu, bir
vandalizmdir. Məktəb, özü də nümayişkarənə
şəkildə, yandırılmamalıdır.
Ona
görə də, bu kimi hallar tərəfimizdən
sənədləşdirilir. Müvafiq
kanallarla beynəlxalq təşkilatlara
çatdırılır və inanırıq ki,
uzunmüddətli gələcəkdə də bu tip
hadisələri biz ardıcıllıqla, davamlı olaraq
gündəmdə saxlamağa
çalışacağıq".
Emin
Əmrullayev bildirib ki, işğaldan azad olunan torpaqlara
qayıdış kompleks yanaşma tələb edir. Həm
infrastrukturun bərpası, həm insanların oraya
qayıtması, həmçinin, təhsil
müəssisələrinin fəaliyyətinin bərpa
edilməsi. Məktəblərin
və infrastrukturun bərpası təkcə Təhsil
Nazirliyinin deyil, digər aidiyyəti həmkar qurumlarla
birlikdə ölkə başçısının müvafiq
tapşırıqları əsasında həyata
keçiriləcək: "Hətta dəfələrlə
qeyd olunub ki, yeni yaradılmış infrastruktur ən
müasir səviyyədə olacaq. Biz buna inanırıq. Həmin
ərazilərdə, bildiyiniz kimi, söhbət
yüzlərlə məktəbdən, bir neçə
peşə təhsil müəssisəsindən gedir. Onların
bərpası addım-addım, planlı şəkildə
olmalıdır və yaxşı xəbər ondan
ibarətdir ki, planlaşdırma baxımından orada hər
şey yenidən yaranır. Düşünürəm
ki, işlər düzgün aparılarsa, təhsilalanlar
üçün daha yaxşı imkanlar yaradıla
bilər".
Nazirin
söylədiyinə görə, istənilən
müharibə həmişə insanların, xüsusilə
uşaqların psixologiyasına mənfi təsir edir. Ona görə də, burada iki məsələ var. Bir
məsələ psixoloji dəstəyin
göstərilməsidir: "Biz hazırda həm
Qırmızı Xaç Cəmiyyəti, həm də
YUNİSEF təşkilatı ilə çox sıx
şəkildə bu istiqamətdə işləyirik. Bir
neçə istiqamət müəyyən olunub. Birinci
istiqamət olaraq, təbii ki, psixoloji dəstək və
yardım göstərilməsidir. Eyni zamanda,
ərazilərin minalardan və mərmilərdən
zərərsizləşdirilməsi ilə bağlı
aidiyyəti qurumlarla əlaqəli şəkildə, onlarla
əməkdaşlıqla maarifləndirmə işlərinin
həyata keçirilməsi təmin olunur. Təbii
ki, uzunmüddətli vədədə
çalışırıq ki, həmin
müəssisələrdə tədris və təhsil
yaxın gələcəkdə bərpa edilsin. Növbəti
illərdə biz bunun xüsusi olaraq həmin
bölgələrdə - indi artıq onların
bəziləri cəbhə bölgəsi deyil, cəbhə
xəttində deyil, ona görə düşünürəm
ki, həmin məktəblərə aid xüsusi proqramların
həyata keçirilməsi tərəfimizdən
reallaşdırılacaq".
Təhsil naziri vurğulayıb ki, torpaqlarımız artıq düşməndən azad edilib və uzun illərdən bəri bizim dərsliklərimizdə işğal tarixləri yer tuturdu. Bu gün
mühüm məsələlərdən biri, yəqin ki,
dərsliklərin dəyişdirilməsi ilə
bağlıdır. Qələbədən
sonra yeni dərsliklərin hazırlanması labüddür:
"Burada, ümumiyyətlə, məzmun
dəyişikliyindən danışırıqsa, təhsilin
məzmunu yəqin ki, bir neçə istiqamətdə
dəyişəcək. Birinci istiqamət - mahiyyət və əhval-ruhiyyə
məsələsidir. Çünki
yenə də mən əvvəldən qeyd etdiyim kimi, bu
günə qədər təhsilimizin,
məktəblərimizin, müəllimlərimizin
qarşısında duran əsas məsələ ondan
ibarət idi ki, hər bir Azərbaycan
vətəndaşını Vətənin
müdafiəsinə, torpaqların işğaldan azad
edilməsinə hazırlayaq - bu missiya artıq
müəyyən mənada uğurla yerinə yetirilib. Növbəti
missiya təbii ki, əldə olunan uğurların
qorunması, eyni zamanda da, bizim yaşadığımız
mühitin və risklərin, gələcəkdə
əvvəllər üzləşdiyimiz
məsələlərlə bir daha
üzləşməməkdir. Məktəblərdə
şagirdləri bu dəyişikliklərə
hazırlamalıyıq. Eyni zamanda da,
qısa müddətdə artıq tərəfimizdən
istər Şuşanın işğaldan azad olunması,
istərsə də ümumiyyətlə, Vətən
müharibəsi ilə bağlı materialların qısa
zaman ərzində məktəblərə
çatdırılması planlaşdırılır. Yəqin
ki, növbəti yarımildən bununla bağlı artıq
məzmunda müəyyən dəyişikliklər
ediləcək. Uzunmüddətli
vədədə düşünürəm ki, biz
işğal tarixlərini hələ də yadımızda
saxlamalıyıq, çünki çox vacib tarixlərdir. Ancaq
torpaqlarımızın işğaldan azad olunma tarixləri
və xalqımızın, dövlətimizin bu sahədə
əldə etdiyi uğurları da bir dərs kimi
şagirdlərimizə, təhsilalanlarımıza
çatdırmalıyıq".
Emin
Əmrullayev əlavə edib ki, Azərbaycanda
həmişə şəhidlərin adının
əbədiləşdirilməsi istiqamətində
işlər görülüb. Təkcə
Bakıda yox, ölkənin müxtəlif yerlərində,
kəndlərində şəhid adının
əbədiləşdirilməsi istiqamətində, həm
məktəb adları, həm də onların
yaşadıqları küçələrə
adlarının verilməsi məsələsi müvafiq qaydalarla
tənzimlənən bir məsələdir:
"Hazırkı proseslər bitdikdən sonra bu
məsələlərin sistemləşdirilməsi və
qərarların verilməsi, təbii ki, mümkün
olacaq. Hazırkı
vəziyyətdə bu məsələ də
gündəmdədir və növbəti
mərhələlərdə, yəqin ki, müvafiq
qərarlar veriləcək".
Sevinc QARAYEVA
525-ci qəzet.- 2020.- 26 noyabr.S. 13.