Anar Kərimov ISESCO-nun beynəlxalq
vebinarında çıxış
edib
İslam Dünyası Təhsil,
Elm və Mədəniyyət
Təşkilatının (ISESCO) "Bəşər sivilizasiyasının
qurulmasında və sülh dəyərlərinin
yayılmasında İslam
incəsənətinin rolu”
mövzusunda beynəlxalq
vebinarı təşkil
edilib.
Vebinarda ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd
əl-Malik, Bəhreynin
Mədəniyyət və
Antik Əşyalar İdarəsinin prezidenti Şeyxa Mai bint Məhəmməd Əl-Xəlifə,
BƏƏ-nin mədəniyyət
və təhsilin inkişafı naziri Nura bin Məhəmməd əl-Kaabi, Misirin mədəniyyət naziri İnas Abdel Dayem, ISESCO,
UNESCO, IRCICA təşkilatlarının nümayəndələri və
digər rəsmilər
iştirak ediblər.
Tədbirdə ölkəmizi mədəniyyət
nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti
icra edən Anar Kərimov təmsil edib.
Açılış nitqi ilə çıxış edən
ISESCO-nun Baş direktoru
Salim bin Məhəmməd
əl-Malik İslam incəsənətinin zənginliyindən,
onun bəşər sivilizasiyasının formalaşmasındakı
rolundan, ISESCO-nun İslam
irsinin qorunması istiqamətində fəaliyyətindən
bəhs edib.
İslam sivilizasiyasının dünya
mədəniyyətinə verdiyi
töhfələri qeyd
edən Anar Kərimov 30 ilə yaxın Ermənistan tərəfindən işğal
altında saxlanılan
Qarabağ bölgəsində
mövcud olan İslam irsinin vəziyyətindən də
danışıb. O, Ermənistan tərəfindən
məscidlərin dağıdılmasının
və təhqir olunmasının Azərbaycanın
tarixi-mədəni irsinin,
eyni zamanda, İslam irsinin məhv edilməsi məqsədi daşıdığını
qeyd edib. Dini mənşəyindən asılı
olmayaraq mədəni irsin qorunmalı olduğunu qeyd edən Anar Kərimov Ermənistanın
əməllərinə qlobal
mədəniyyət institutları
tərəfindən obyektiv
qiymətin verilməsinin,
bu əməllərin
pislənilməsinin zəruri
olduğunu bildirib.
Xüsusilə Ermənistanın
işğal etdiyi Azərbaycan ərazilərində
islam sivilizasiyasının
mədəniyyət və
dini irsinə qarşı həyata keçirilmiş vandalizm aktlarının ISESCO və
digər beynəlxalq təşkilatlar tərəfindən
daha sərt pislənilməli olduğunu,
müsəlman dünyasının
öz mirasını qətiyyətlə müdafiə
etməsinin vacibliyini diqqətə çatdırıb.
Anar Kərimov çıxışında
Azərbaycanda mədəni
irsin qorunması, sülh və dialoqun təşviqi ilə bağlı görülən işlər,
ISESCO ilə əməkdaşlıq
çərçivəsində həyata keçirilən
fəaliyyət barədə
məlumat verib. Vurğulanıb ki, ISESCO ilə
əməkdaşlıq çərçivəsində
2009-cu ildə Bakı,
2018-ci ildə Naxçıvan
şəhərləri "İslam mədəniyyətinin
paytaxtı” elan edilib, 2015-ci ildə ISESCO-nun
12-ci Baş Konfransı
Bakıda təşkil
olunub.
2017-ci ilin Azərbaycanda Prezident İlham Əliyev tərəfindən "İslam
həmrəyliyi ili” elan olunduğunu qeyd edən Anar Kərimov il ərzində həyata keçirilən
layihələr barədə
də məlumat verib.
525-ci qəzet.- 2020.- 28 noyabr. S. 13.