Şərəf və ləyaqət
nümunəsi...
Vətən savaşımız müzəffər
Ordumuzun şanlı zəfəri, Ali Baş Komandanımızın və
məğrur xalqımızın
yumruq kimi birləşməyinin, milli
birlik və düşüncə bütövlüyümüzün
təntənəsi olaraq
tarixə çevrildi.
Hər hansı
bir zaman kəsiyində müəyyən
bir millətin şərəfini qoruyan insanlar - həmin millətin tarixini yaradanlardır. Belə insanlar cəsarət
simvoluna çevrilir, onların yaşamı və ölümü millətin ruhuna, yaddaşına həmişəlik
həkk olunur. Hər bir ölkədə azadlıq uğrunda mübarizə aparan insanlar yüksək dəyərləndirilir. O da ola ki, həmin insan o azadlığı canından və sahib olduğu bütün dəyərlərdən uca
tuta. Mübariz İbrahimov, Polad Həşimov, İlqar Mirzəyev, Anar Novruzov, Namiq Əhmədov, İlqar Zeynallı... Azər Yusifli məhz
belə qəhrəman
oğullardır. Vətənin
azadlığı uğrunda
mübarizədə xalqının
döyünən ürəyi
olan, Şəhidlik zirvəsinə ucalmaqla millətin qəlbində ölümsüzləşən igidlər... Vətənin bütövlüyü uğrunda mübarizə aparmış belə öyünüləsi, fəxr
ediləsi qəhrəmanlarımız
minlərlədir. Hər
birinin döyüş
yolu bir əfsanə, bir dastan, bir tarixdir...
***
Mənim
balamın nişanı
da, toyu da Azərbaycan bayrağıdır!
Oğlu Vətən uğrunda şəhid olan bir Ananın bu sözləri deməsi üçün
nə böyüklükdə
ürəyi olmalıdır,
İlahi? - Şəhid anasının dilindən bu sözləri eşidəndə həyat
bir loxma quru çörək kimi boğazımda düyünlənir...
İndi bildinizmi, VƏTƏNə
nə üçün
ANA deyirik?
30 illik işğala,
zülmə son qoyan övladları dünyaya Vətən - Analar, Ana - Vətənlər gətirib. Azəri
dünyaya gətirən
Nur üzlü Yeganə Anamız kimi...
Yusifli Azər Nazim oğlu 28 mart 1994-cü il Ağstafa rayonu Böyük Kəsik kəndində ziyalı ailəsində anadan olub. 2000-ci
ildə Böyük Kəsik kənd orta məktəbinin birinci sinfinə gedən Azərin ibtidai sinif müəllimi
anası Yeganə xanım Sayad qızı Məmmədova
olub.
Yeganə xanımın həm Ana, həm Müəllim kimi əməyi göz önündədir. Bu həyatda Ana olmaq ən çətin peşədir, çünki
şəxsiyyət yetişdirirsən.
Yeganə xanımın Azər
kimi milli məfkurəyə sahib, əqidəli,
dönməz, cəsur
və sağlam təfəkkürlü övlad
yetirməsi onun peşəsinin öhdəsindən
necə şərəflə
gəldiyinin göstəricisidir.
Azər körpə yaşlarından
elə vətənpərvər
ruhda tərbiyə olunmuşdu ki, ta uşaqlıqdan hərbçi olmaq arzusuyla böyüyürdü.
2012-ci ilin aprelində
hərbi xidmətə
yollanmış, Ədliyyə
Nazirliyinin Penitensiar xidmətinin 11-ci bölüyündə
kiçik çavuş
rütbəsində xidmət
etmişdi. Hərbi xidmətini
bitirdikdən sonra sənədlərini işləmək
üçün sərhəd
qoşunlarına təqdim
edir və işə qəbul olunur. Sərhəd xidmətində fəaliyyətə
Cəlilabad rayon Göytəpə
sərhəd dəstəsinin
2003 ¹li hərbi hissəsində başlamış,
dəfələrlə xidmətlərinə
görə hərbi hissənin komandiri tərəfindən, Azərbaycan
Respublikası Dövlət
Sərhəd Xidmətinin
rəisi general-polkovnik
Elçin Quliyev tərəfindən fəxri
fərmanlar və medallarla mükafatlandırılmışdı.
Hərbi
döyüş hazırlığında,
idman hazırlığında
xüsusilə fərqləndiyinə
görə Azəri Mərdəkanda yerləşən
sərhəd qoşunlarına
məxsus "xüsusi
təyinatlı" dəstəyə
göndərmişdilər. Orada keçirilən döyüş
təlimlərinə və
taktiki, texniki fəaliyyətlərinə görə
Azər xüsusilə
fərqlənirmiş. Tovuz döyüşləri zamanı
"xüsusi təyinatlı"
dəstədə kəşfiyyatçı
kimi fəaliyyətə
başlamış, dəfələrlə
kəşfiyyatçı kimi
Ermənistan ərazilərinə
keçmişlər. Vətən müharibəsi başlayanda
Sərhəd qoşunlarına
məxsus, xüsusi təlim keçmiş
"xüsusi təyinatlı
kəşfiyyat dəstəsi"
bütün torpaqların
azad olunmasında birinci qrupda getmişdi. Azər Füzuli, Cəbrayıl, Hadrut, Qubadlı, Zəngilanın azad edilməsində böyük
şücaət və
qəhrəmanlıq göstərmişdi.
Onun döyüşlərdə
necə mətinliklə
vuruşduğunu, göstərdiyi
rəşadəti qazi
olan döyüş yoldaşları danışmaqla
bitirmirlər. Cəbrayıl azad ediləndə Xudafərin körpüsünün,
Zəngilan azad ediləndə isə Zəngilan Prokurorluğu binasının üstünə
bayrağı Azər
sancır, döyüş
yoldaşı Xəyal
Namazov deyir ki, "Həmin məqamda Azərin keçirdiyi qürur hissini sözlə izah edə, ifadə edə bilmərəm. Hər dəfə döyüşlərlə
erməniləri öldürdükcə
"Bu da Xocalının
hayıfı" deyirdi"...
Müharibənin ilk həftəsində Azər
yaralanır və hospitalda müalicə almalı olur. Həkimlər deyir ki, biz gecə-gündüz
növbə çəkirdik,
onu saxlaya bilmirdik. Üç gün sonra hələ tam sağalmamış
yaralarını sarıyıb
döyüşə - cəng
meydanına qayıdır
Azər. Bu, sadəcə
hünər işi deyil, bunun üçün
həm də Vətəni sevən böyük ürək lazımdır.
Azərin
döyüş yoldaşı
Vüqar Zamanov deyir: "Mən Cəbrayılda yaralandım.
Tibb məntəqəsi isə
döyüş meydanından
xeyli aralıda idi. Azər bir əlində
silah döyüşə-döyüşə
çiynində məni
neçə kilometr tibbi xidmət göstərilən məntəqəyə
çatdırdı".
Bu da son döyüş. Kiçik
bir kəşfiyyat dəstəsi ermənilərin
37 nəfər əsgər
və zabitini əsir götürür,
42 nəfərini isə
öldürürlər. Həmin döyüşdə
Azər düşmənin
atdığı qumbaradan
ağır yaralanır
və şəhid olur.
Hər bir insan ömrü bütöv bir təcrübədir. İnsanların ömür yoluna
nəzər salanda bəzən adama elə gəlir ki, hamı bir-birinin
yaşamını təkrarlayır.
Amma Azər gənc yaşında bənzərsiz bir ömür yaşadı və mən düşünürəm ki,
onun ömrü bu məmləkətdə
nəsil-nəsil insanlardan
ötrü bənzərsiz
bir örnək, əvəzsiz bir nümunə olacaq - namus, qeyrət, şərəf, ləyaqət,
kişilik, mərdlik və fədakarlıq nümunəsi...
Döyüş yoldaşlarının çəkdiyi
maraqlı bir videogörüntü var. Zəngilan
azad edildikdən sonra Azər bir məktəb binasına daxil olur. Hayların bayrağını və özlərinə
"milli qəhrəman"
elədikləri Monte Melkonyanın
şəklini divardan söküb ayaqlarının
altına atır və tapdalayır. Daha sonra zaman-zaman türkün tarixini və coğrafiyasını
mənimsəyən oğru
millətin tarixi abidələrinin sərgiləndiyi
bir divar kağızına doğru
gedir. Hayların xülyalarında, miflərində yaratdığı
Böyük Ermənistan
xəritəsini və
tarixi abidələrin
şəklini divardan söküb ayaqlayıb əzdikcə "Bu da şərəfsizlərin məktəbi"
deyir.
Azəri gənc yaşında ən çox sarsıdan, yandıran bir məqam Xocalıda günahsız körpələrin,
əliyalın qocaların,
hamilə qadınların,
ana - bacılarımızın
başına gətirilən
izaha gəlməz müsibətlər idi. Və Azər
Xocalının qisasını
almağı özünə
həyat qayəsi seçmişdi.
Ən böyük
arzusu şəhidlik zirvəsinə - şəhadət
məqamına ucalmaq idi, amma qisas
alınandan sonra.
Dediyini etdi, əqidəsindən və
yolundan dönmədi,
qisasını aldı
və şəhid oldu.
Vətən, torpaq, böyük
amallar və müqəddəs, qutsal bir qayə uğrunda
candan keçmək, özünü şüurlu
şəkildə fəda
etmək... Tanrının
verdiyi ömür payını Vətənin
və gələcək
nəsillərin firavanlığına
bağışlamaq... Ölüm
var ki, həyat
qədər dəyərli...
- dedikləri yəqin
elə budur - şəhadət
məqamı...
Nur içində uyu, Azər! Siz bizim hər
ayın hansısa günü mütləq qara ilə haşiyələnmiş
təqvimimizi dəyişdirdiniz.
İndi yazdıqca xatırlayıram
ki, hər ilin 29 oktyabrında Zəngilanın işğal
tarixi çəkicin zindanı döyəclədiyi
kimi ruhumuzu, qan yaddaşımızı
döyəcləyirdi. Və indi artıq təqvimdəki o qara haşiyələnmiş rəqəmlər
yoxdur. Artıq bütövləşmiş Vətən
və o Vətənin
azad edildiyi qırmızı haşiyəli
gün var - Zəfər günü!!!
Qalibiyyətin qutlu, Zəfərin
mübarək, Azər!
Yusif babanın Sənə qoyduğu Azər adının haqqını layincə verdiyin üçün sağ ol!
Yurdumun ər qeyrətli, Tarix yazan Mərd
Oğlu!
Siz indiyədək oxuduğumuz
tarix kitablarını
tarixin arxivinə gömdünüz, tariximizi
yenidən yazdınız...
Siz qanınızla köksü
param-parça olan Vətənimizi bütövləşdirdiniz!
Siz İlahi Ədaləti bərpa etdiniz!
Siz gerçəkdən Tarix yazdınız!!!
Bizə ərməğan etdiyiniz bu Azad və Bütöv Vətən üçün Sizin qarşınızda son nəfəsimizidək minnətdarıq! Ruhunuz qarşısında baş əyirik!
Tanrı qatında yeriniz uca, Şəhadətiniz qutlu
olsun!
Xəyalə
ZƏRRABQIZI
525-ci qəzet.- 2020.-
28 noyabr. S. 23.