Pandemiya, ədəbi intellektuallıq və ədəbiyyatda yaşamaq formulu

 

"ULDUZ" JURNALI İLƏ "525-Cİ QƏZET"İN BİRGƏ LAYİHƏSİNDƏ AZƏRBAYCANIN ÜÇ TANINMIŞ SÖZ ADAMININ BU 3 SUALA CAVABLARINI TƏQDİM EDİRİK

 

9-LUQ

 

1. Pandemiyadan sonrakı dövrdə ədəbiyyatın taleyi necə ola bilər?

 2. Çağdaş ədəbiyyatın intellektual qatı onun duyğu "örtüyü"nü zədələmir ki?

3. Ədəbiyyatda yaşamağın formulu nədir?

 

Əjdər OL, nasir:

 

525-ci Qəzet - Bir araya gəlmək - Əjdər Ol yazır

 

- İnsanların taleyi necə olacaqsa, ədəbiyyat da onun havasına düşəcək. Ədəbiyyat hər cür fəlakətlərdən keçib. Koronavirus pandemiyası böyük güclərin idarə etdiyi siyasi-bioloji aksiyaya oxşayır. İnsan azadlığını məhdudlaşdırmağa yönəldilib. Ancaq dünya ictimaiyyəti bu məsələnin kökü barədə konkret bir fikrə gələ bilməyib. Zaman keçəcək, onun mahiyyəti açılacaq, törətdiyi dəhşətlərin miqyası məlum olacaq, onda ədəbiyyatın divanı başlayacaq. Hələ ki, jurnalistikamız, ədəbiyyatımız pandemiya qaragüruhuna qarşı ilkin gecə basqınları edir, onunla meydan vuruşuna çıxmayıb. Bu, təxəyyülün şərlə neçə min illik mübarizəsinin davamı kimi görünür. Pandemiya Ədəbiyyatın deyil, Ədəbiyyat Pandemiyanın taleyini həll edəcək.

- Sivilizasiya genişləndikcə, şəhər əhalisinin sayı fantastik sürətlə artdıqca, intellektuallar dörd bir yanı bürüdükcə insanlarda ədəbiyyat duyğusu qısırlaşır. Ancaq böyük ədəbiyyatın işi əbədidir. Dünyada hansısa siyasi quruluşun, demokratik təsisatların, fəlsəfənin, təhsilin, elmin, ədəbiyyatın haçansa insan münasibətlərini tam tənzimləyəcəyinə inanmaq çətindir. Artıq neçə onillikdir ki, geniş oxucu dairəsi olan ölkələrdə əsl ədəbiyyatın deyil, ədəbiyyat bazarının reklamı gedir. Etiraf edək ki, yazar olaraq, hər birimizi haçansa bu bazar şirnikləndirib. Azərbaycanda xeyli qələm adamı dünya söz bazarına çıxmaq üçün, başabəla Nobel mükafatını almaqdan ötrü (Öz aramızdır, dostlar, Azərbaycan dövlətinin yazıçılarımıza, incəsənət xadimlərimizə  ayrı-ayrılıqda verdiyi mükafat, Prezident təqaüdü, mənzil, xaricdə müalicə xərcləri sairin toplamı  heç Nobel mükafatının məbləğindən az deyil) sətri tərcüməyə oxşayan rilkevari, rembovari, orxanvəlivari şeirlər, kafkavari, ekovari, markesvari avanqard modern nəsr əsərləri yazır. Unudulmamalıdır ki, ötən yüzilliyin qədər modern üslub formaları köhnəlib. Dəb həmişə dəyişir, mahiyyət daimidir. Bir vaxt sovetləşdirilirdik, indi qloballaşdırılırıq. Milli ədəbiyyat bəşəridir, məncə, ona güvənməli, onu inkişaf etdirməliyik. Təcrübə göstərib ki, aparıcı ölkələrin dilinin dərisini geyinib az-çox uğur qazanmaq mümkündür. Amma bu, uzun sürməz. Duyğu qatı dərin ədəbiyyat həmişə olub, olacaq.

- Ədəbiyyatda yaşamağın formulu əsrlərin sınağından keçən dahi şairlər, yazıçılar, onların yaratdığı böyük əsərlərdir.

 

Ramil ƏHMƏD, şair:

 

525-ci Qəzet - Borxesin evi - Ramil Əhməd İstanbuldan yazır

 

- Düşünmürəm ki, pandemiya ədəbiyyatın taleyində taleyüklü bir dəyişikliyə səbəb olsun. Bu, bizim üçün yenidir, gözlənilməzdir, ədəbiyyat üçün isə kiçik bir hadisədir, bəlkə . Ancaq indiki vəziyyətin ədəbi əlaqələrə təsirləri var. Burada da dəyişən formadır, mahiyyət eynidir eyni qalacaq. Festivallar, görüşlər, müsahibələr, kitab satışları virtual şəkildə öz işinə davam edir. Böyük ədəbi mətnlərin hər şeydən hamıdan təcrid olunaraq yazıldığına inanıram, çağımızda qədər təcrid olmaq mümkündür, bilmirəm, bu mənada indiki vəziyyət, bəlkə , yazarlar üçün bir fürsətdir.

- Bu, müəllifə onun intellektuallıqdan anladığı şeyə görə dəyişir. Əgər onun zehnində, qəlbində bilgi duyğu bir-birinə zidd deyilsə, əgər o, bilgi duyğuya ikisindən birini seçməli variant kimi baxmırsa, ədəbiyyat adına gözəl nümunələr yazır. Bütünlüklə duyğuların iradəsiylə yazılan mətnlər, ola bilsin ki, bizi həyatımızın hansısa məqamında təsirləndirsin, ancaq bu təsirin uzunmüddətli ola bilməsi üçün o mətnin intellektual qatı olmalıdır. Bəzən bu intellektual qat müəllif fərqində olmadan yarana bilər, ancaq belə örnəklər azdır.

- Bu sualı ikimənalı qəbul edirəm. Birinci mənada cavabım: bu dönəmdə Tolstoyu yenidən oxuyuram onun dedikləri mənə inandırıcı gəlir. Ona görə humanitar elmlərdə bu sualın cavabı yoxdur. Sənətə formullar dünyası, öyrəniləcək dərs kimi baxa bilməmişəm heç vaxt. Belə bir formul olsa belə, hər yaşa, hər ana, ovqata görə dəyişərdi, yəqin. İkinci mənada cavabım qısadır: mətn!

 

İradə MUSAYEVA, tənqidçi:

 

İradə Musayeva: “Görün hara çatdı ki, Fuad Poladov dözmədi” – MÜSAHİBƏ

 

- Pandemiya böyük ictimai-siyasi, tarixi hadisə deyil. Dünyanın gedişatını adətən dünya müharibələri inqilablar dəyişir. Yeni eralar, dövrlər məhz həmin devrimlər zamanı baş verir.  Pandemiya həyatımızın bütün sahələrində sadəcə durğunluq, yeknəsəklik, ətalət ab-havası yaratdı. Süqut geriləmələr təkcə iqtisadiyyat sahəsində olmadı. Maddi mənəvi baxımdan özünü gücsüz, zəif  varlıq kimi hiss edən insanlar ictimai münasibətlərdə, bir-birinə qayğı diqqətdə güclü olmaq istədi.  Bəşəriyyət sanki eyni problem qarşısında bərabərləşdi.

Ədəbiyyatın taleyi bu baxımdan fərqli olmalıdır. Çünki bütün zamanlarda bütün qarışıq hadisələrin, durğunluq və çaxnaşmaların, qarşıdurmaların kitabını məhz ədəbiyyat yazır. Ədəbiyyat müşahidə, analiz və təhlillərin nəticəsini öz mətnində, mahiyyətində tarixin bir səhifəsi kimi əbədiləşdirir. L.Tolstoyun "Hərb və sülh", A.Kamyunun "Taun", A.Ekzüperinin "Adamların planeti", E.Heminqueyin "Əlvida silah" və sair əsərlərdə olduğu kimi... Böyük ədəbi təfəkkürlər üçün sərhəddi, həddi olmayan bəlalar ümumbəşəri kontekstdə qələmə alınır. Ölkələr arasında sərhədlər keçilməz olduqca ədəbiyyatın üfüqləri daha da genişlənə bilər. Xüsusilə də indiki virtual, onlayn əlaqə mexanizminin bu qədər inkişaf etdiyi zamanda.  Pandemiya ədəbiyyatın sərhəddini daralda bilməz. Qədim və orta əsrlər mətnlərində böyük ictimai-siyasi hadisələrin kölgəsindən belə  yüksək sənətkarlıqla yaza bilirdilər. Yəni məhdud, dar coğrafiyalarda dünyanın hərəkət süjetini izləmək olurdu. Nizami Gəncəvi və başqalarını yada sala bilərik... Sadəcə ədəbiyyatın mövzusu və məzmunu dəyişə bilər. Pandemiya xüsusi insan tipi yaratmır. Necə ki, dünya müharibələri və ya inqilablar yaradırdı. Məsələn, I Dünya müharibəsi, II Dünya müharibəsi, Sosialist inqilabları cəmiyyətin və insanın simasını dəyişmişdi. Yeni, fərqli obrazlar təxəyyüldə deyil, həyatda yaranırdı ilk növbədə. Həyat ədəbiyyatın üfüqlərini belə təbii doğuşlarla genişləndirirdi. Pandemiya yeni insan portreti, yeni xislət və mahiyyətlər yox, insanın yeni həyatı, məişəti, ovqatı barədə yazacaq daha çox. Yəni bu bəla bizim insanlığımızı çox da dərindən sınağa çəkməyəcək, məncə...

- "İntellektual qat" deyəndə nə nəzərdə tutulur? Ağlın, düşüncənin, fikrin poetikadan, emosiya və obrazlı tərənnümdən, təsvirdən üstünlüyümü? Bəlkə modern estetika  soyuqluğu? İntellektual qat ağlın hədəfində olan, obyekt kimi mərkəzləşən predmetinya yaşantının hiss ilə deyil, daha çox Füzuli demiş, "əql ilə" analizi deməkdir, hardasa... Sizin təbirinizcə desək, "zədələnmiş duyğu örtüyü" çox zaman məhz intellektuallıq ədası ilə yazılan və ya "fəlsəfi poeziya" adıyla tanıdılan yaradıcılıqların hesabına meydana gəlir. Yəni duymaq yox, dərk etmək məsələsi önə çıxır. Lakin o müəlliflər ki, obyektə bədii təfəkkür, hissduyğu istiliyi ilə, mahiyyətin məğzini isə soyuq başla izah edir, o poeziyada ağılla qəlb həmrəy olur. O zaman Sizin dediyiniz zədələnmə, toxunma hadisəsi olmur. Quru fəlsəfəçilik poetikanın, bədii mətn təsirliliyinin qəniminə çevrilir. Oxucular ədəbiyyatdakı duyğusallığı  uzun müddət sevə bilməz. Hissin enerjisi həmin şeirləri bir neçə dəfə oxuyan müəllifin gözləri qarşısında sönür. İntellektual mesajlar isə qeyri-poetik və qeyri-ədəbi görünür. Yenə də o fikrə gəlirəm ki, poetik örtük intellektual oyunlardanya intellektual mesajlardan arxaya keçməməlidir. Ədəbiyyat duyğu işidir daha çox... Uitmen, Blok, Nezval şeirlərində bu cür önəkeçmələr bir estetik "izm" kimi qarşılandı ədəbiyyatşünaslar tərəfindən.

- Səmimiyyət! Dəfələrlə yazmışam: qurama, süni süjetlər bəsit və subyektiv görünür. Oxuduqlarının təsiri ilə yazanların ədəbiyyatı ən yaxşı halda  müəllif ömrü qədərdir. Ədəbiyyatda yaşamağın formulunu dünya klassiklərinin əsərlərini oxuyub anlamaqla tapmaq olar. Yəni ilk növbədə yaxşı oxucu olmaq lazımdır. Biz hansı əsərin səhnələrində, fraqment və detallarında özümüzü görür, hiss və duyğularımızın, düşüncələrimizin ekvivalentini tapırıqsa, o ədəbiyyatı yaşarı hesab edirik. Bu məsələdə zaman ayrılığı olmur. Mən Füzulinin istənilən əsərində özümə doğma mühit tapa bilirəm. Əsərin çölündə deyil, içində gəzirəm. Mənə toxunurlar, mən toxunuram, hiss edirəm, qəhrəmanların yaşantılarını, ovqatını "mən"imdə  duyuram.

 

525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.13.