Zəfər himni
Birini də mənə ver, qardaş, o silahlardan,
Qoy oğlum
görsün məni
- vətənçün silahlanan.
Dünənədək tutduğu qələmi silah sanan
Şair
bu gün əsgərlə yan-yana dayanmalı,
Çiyin-çiyinə durub, can cana dayanmalı.
Bir ölsək min dirilək,
yüz ölsək milyon olaq,
Bir manqa qeyrətiylə coşub batalyon olaq.
Biz zəfər yürüşündə
lap ölsək də,
son olaq,
Bizdən
sonra gələnlər
yaşasın qürur
ilə,
Ey şəhid
övladları, dur, bu xalqı müjdələ.
Mübarizin yazdığı məktuba
cavabam mən,
Öldürmək günah, amma bu yolda savabam
mən.
Yaramdan qan axsa da,
sanmayın bitabam mən,
Gücüm yetər can üstə
dirçəlib can almağa,
Tökülən qana qarşı qanmazdan qan almağa.
Nə qürurlu mənzərə
- düşmən üstə
tank gedir,
İlahi ədalətdir - haqsız
üstə haqq gedir.
Ordunun arxasınca yumruq olan xalq gedir,
Selə
dönən bu xalqın axınını
kim saxlar,
Qığılcıma bənddilər - şimşəktək
çaxacaqlar.
Ey səngər oğlu əsgər, mən də sənin əsgərin,
Əmr elə,
əmrin ilə düşmənə sinə
gərim.
Darmadağın eləyim, leşi
leş üstə sərim,
Bəsdi,
səbr edib dözdük, səbrin daşan vaxtıdır,
Qanımızın qisasçün artıq coşan vaxtıdır.
Füzuli
sevdasında, Cəbrayıl
eşqindəyik,
Kəlbəcər, Laçın üçün
can vermə məşqindəyik.
Bu gün xəbər gəlsin ki, Xankəndi köşkündəyik,
Zəngilan, Qubadlıdan keçsin
zəfər yolları,
Bülbülə naz eləsin xarıbülbül kolları.
Sarsın
yaralarını Ağdamım,
Xocavəndim,
Xocalını doyunca qucaqlayım... kövrəldim.
Ayaq səslərimizdən gülsün
yüzlərlə kəndim,
Əsgəran, Ağdərədə türkün səsini duyam,
Xanın
avazındayam - Şuşa havasındayam.
Hayına
Naxçıvandan, Bakıdan
ərlər gələr,
Qazax, Quba, Lənkəran, Şəkidən nərlər
gələr.
Kişilərin yanında xanım
əsgərlər gələr,
Yetər
ki, haqq yürüşün zəfərlə
müjdələnsin,
Dörd tərəfin üçrəngli
bayrağımla bəzənsin.
Zəfərlərin müjdəsi Aprel zəfəri olsun,
Bu savaş ordumuzun
zəfər səfəri
olsun.
Polad Həşimovun da bundan xəbəri olsun,
General şəhidimin yerdə qalmasın qanı,
Artıq sevinən görək bütün Azərbaycanı.
Bu, vətən savaşıdır,
bu, torpaq savaşıdır,
Qarabağçün darıxan bir bayraq savaşıdır,
Bu, haqqını istəyən
xalqın haqq savaşıdır,
Qoy haqqın uğrunda da canımız olsun fəda,
Hamı
bilsin, Qarabağ Azərbaycandır, nida!
29 sentyabr 2020
Naxçıvan
Elxan YURDOĞLU,
Filologiya üzrə fəlsəfə
doktoru,
AMEA Naxçıvan
Bölməsinin
Folklorşünaslıq şöbəsini müdiri
525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.14.