Zəfərin bir addımlığından
boylanan vətən torpağı
"Minlərlə can qurban oldu!" Əbəs yerə deyildi bu sözlərin bir dövlətin himnində səslənməsi...
O dövlət ki, uğrunda neçə canlar fəda oldu. O dövlət ki, 30 ildir, vətən
torpağı müjdəsinə
həsrət olarkən,
indi qələbə müjdəsinin astanasındadır.
Sentyabrın 27-dən başlayaraq mənfur qonşularımız yenidən
öz terror siyasətlərini
həyata keçirməyə
cəhd göstərdilər,
genişmiqyaslı təxribat
törədərək ordumuzun
cəbhəboyu zonada yerləşən mövqelərini
və yaşayış
məntəqələrimizi iriçaplı silahlardan,
minaatanlardan və artilleriya qurğularından
intensiv atəşə
tutmağa başladılar. Azərbaycan
Ordusunun komandanlığı
cavab olaraq döyüş aktivliyinin
qarşısını almaq,
mülki əhalinin təhlükəsizliyini təmin
etmək məqsədilə
qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması
barədə qərar
verdi. Ordumuzun əməliyyatlara
başlaması Azərbaycan
xalqında işğal
altında olan torpaqlarımızın azad
edilməsi ümidini yenidən işıqlandırdı.
Bu gün torpağını
işğaldan azad etmək üçün böyükdən kiçiyə
xalqın bütün
nümayəndələri bir
nəfər kimi Ali Baş Komandanın döyüş əmrini gözləyir.
Əks-hücum əməliyyatlarının başlaması
barədə qərardan
dərhal sonra Prezident İlham Əliyevin xalqa müraciəti də Azərbaycanın haqq səsinin bir növ carçısı
oldu. Ölkə başçısının
çıxışında qeyd etdiyi kimi:
"Biz haqq yolundayıq.
Bizim işimiz haqq işidir. Biz zəfər
çalacağıq! Qarabağ bizimdir,
Qarabağ Azərbaycandır!"
Bu günlər bir
sıra dövlətlər
Azərbaycan Ordusunun başladığı antiterror
əməliyyatını haqlı
sayaraq, bu mübarizəmizdə bizim
haqlı olduğumuzu bildirərək bəyanatlar
verdilər. Ermənistanı və onun siyasətini pisləyən,
Azərbaycana dəstək
verən ölkələr
sırasında qardaş
Türkiyə ilə yanaşı, Pakistan, Ukrayna,
Əfqanıstan da var idi. Adıçəkilən ölkələr rəsmi bəyanatlarında
Azərbaycanın ərazi
bütövlüyünü dəstəklədiklərini ifadə
etdilər. Türkiyə
Prezideti Rəcəb Tayyib Ərdoğan, XİN rəhbəri Mövlud Çavuşoğlu və
müxtəlif siyasi partiya liderləri öz çıxışları
ilə mənəvi dəstəklərini bildirirdilər.
Eyni zamanda, Pakistan, Əfqanıstan
və Ukraynanın xarici işlər nazirlikləri məsələ
ilə bağlı rəsmi bəyanat yayaraq Azərbaycanın ərazi bütövlüyünü
dəstəklədiklərini ifadə etdilər.
Bununla yanaşı,
bu günlərdə bir sıra beynəxalq
təşkilatlar atəşkəsin
pozulmasından narahatlığını
ifadə edir, hətta BMT rəsmisi döyüşləri dayandırmağa,
tərəfləri danışıqlar
prosesini bərpa etməyə çağırır. Halbuki Azərbaycan
öz torpaqları uğrunda haqq mübarizəsi aparır.
Xatırlatmaq yerinə
düşər ki,
BMT Təhlükəsizlik Şurasının
Dağlıq Qarabağ
münaqişəsilə bağlı
qəbul edilmiş dörd qətnaməsi var və həmin
dörd qətnamədə
deyilir ki, erməni silahlı qüvvələri dərhal,
tam və qeyd-şərtsiz
işğal edilmiş
torpaqlardan çıxarılmalıdır.
Təəssüf ki, bu
qətnamələr kağız üzərində qalır.
Lakin
artıq bizim bir yol var: düşmən təslim olsun və
işğalda saxladığı ərazilərdən
çıxsın. Əks halda
qüdrətli Azərbaycan Ordusu haqq mübarizəsindən dayanmayacaq
və düşməni əzib keçəcək.
O da
məlumdur ki, Ermənistan tərəfi hər dəfə məğlub
olanda yalan maşınını işə salır. Bunun səbəbi hər zamankı kimi öz xalqını aldatmaq və məğlubiyyətini gizləməkdir.
Azərbaycan Ordusu rəşadətlə
irəliləyib qələbə xəbərlərini müjdələdiyi
vaxtda, rəsmi Ermənistan erməni əhalisi
arasında hökm sürən təşviş
və ordularında yaranmış xaosu bir qədər azaltmaq məqsədilə
ağılasığmaz yalanlar uydurur. İlk olaraq düşmən tərəfi qəsdən
Azərbaycan Ordusundakı itkilərin sayı ilə
bağlı reallığı əks etdirməyən məlumatlar
yaydı. Daha bir sərsəm
bəyanat isə Azərbaycana guya
suriyalı muzdlu
döyüşçülərin gətirilməsi ilə
bağlı oldu. Lakin bu yalana və digər bütün
qaranlıq məqamlara Prezident İlham Əliyev "Rossiya
1" telekanalının "60 dəqiqə" verilişində
ətraflı və tutarlı cavablar verərək
istər beynəlxalq arenada, istərsə
də döyüş meydanlarında
haqlı üstünlüyümüzü
və gücümüzü bir daha təsdiqləmiş
oldu.
Bu
günlərdə hamımızın qəlbi cəbhədə
döyüşən hərbçilərimizlə, vətənin
igid oğulları ilə atır. Ordumuzun zəfəri ilə
bağlı xəbərlər xalqımıza daha
böyük ümidlər verir.
Çünki Azərbaycan xalqı
anlayır ki, bu qələbə
xəbərləri onlara 30 illik torpaq nisgili
ilə vidalaşmağın müjdəsini gətirəcək,
bu qələbə uğrunda
canından keçən minlərlə şəhid ruhunu şad edəcək,
bizə Şuşanı, Kəlbəcəri, Ağdamı,
Laçını, Cəbrayılı, Füzulini,
Xocavəndi, Ağdərəni qaytaracaq!
Allah ordumuzu müzəffər etsin! İnanırıq ki, zəfər xəbərləri uzaqda deyil". İrəli, Azərbaycan əsgəri!
Afaq RZA
525-ci qəzet.- 2020.- 1 oktyabr.- S.10.