Çağırış
Zamanları çadır-çadır hörülən,
Ocaqları ulduz-ulduz görünən,
Səmaları bayraq-bayraq bölünən,
Ana yurdum, canımda can, irəli,
Azərbaycan, Azərbaycan, irəli!
Şər istəmir - ruzigarlar
səngisin,
Dərd qol çəkmir, buludarı ləngisin.
Coşsun
nifrət, qoy, nəfəslər təngisin,
Ürəklərə sal həyəcan, irəli,
Azərbaycan, Azərbaycan, irəli!
Bu döngənin nə sağı var, solu var
Hər addımda
qar, yağış var, dolu var.
Araz üstdən bir Qarabağ yolu var,
Bakı,
Gəncə, Təbriz,
Zəncan, irəli,
Azərbaycan, Azərbaycan, irəli!
Keçmişini indi sərhədin
danır,
Bugününə xəyanətlər saplanır.
Torpaqların ayaqlarda tapdanır,
Vaxt qalmayıb sabahacan, irəli,
Azərbaycan, Azərbaycan, irəli!
Qalx, siyasət oyun qura bilməsin,
Azadlığa zəncir vura bilməsin.
Qalx, qarşında düşmən
dura bilməsin,
Haqdan gəlir son sərəncam,
irəli,
Azərbaycan, Azərbaycan, irəli!
Ayrılığın bəbəkləri
dolmayır,
Qaranlığın rəngi hələ solmayır,
Türkün ruhu bir an rahat olmayır,
Damarlarda
kükrəyir qan, irəli,
Azərbaycan, Azərbaycan, irəli!
Laylalar unudulub
Əfsus,
hər addımda ömürlər bitir,
Neçə bəxt sökülür,
laylanır, vətən!
Analar unudub layla çalmağı,
Sənin
kim çalacaq
laylanı, vətən?!
Bəlalar başının üstə hazırdır,
İzi hər biçimdən, bölümdən keçir.
Səni çox salıblar bəxtəvərliyə,
Səadət yolun da ölümdən keçir...
Dünyanın dövranı dönübsə haçan,
Dərdlərin ucları calanıb sənə,
Tərifin vurulub, fəqət hər dəfə
Siyasət odları qalanıb sənə...
Hər yetən adına kitab bağlayıb,
Yalan ünvanlarla gedib, azmışam,
Sənin tarixinin sətirlərini
Qəlbimə qanımla özüm yazmışam.
Yadlar zaman-zaman bəd niyyətlərin
Qara rənglərini ağ çəkibdilər.
Torpağın talanıb, yurdun talanıb,
Sinənə illərlə dağ
çəkibdilər.
Yəhya PAŞAZADƏ
525-ci qəzet.- 2020.- 10 oktyabr.-
S.23.