VƏTƏN
Vətəndən, yurddan bezənlər
deməsin var Vətənim!
Yalnız
səhv, nöqsan sezənlər deməsin var Vətənim!
Şuşa - külli Qarabağ,
Şuşa - Xarı bülbül imiş
O çiçəkdən əl
üzənlər deməsin
var Vətənim!
Borc və xərc içrə batanlar hələ boldursa əgər,
Yağ və bal içrə
üzənlər deməsin
var Vətənim!
Vətən uğrunda gərək
qan axıdıb tər tökəsən
Kef qurub "şər su" süzənlər deməsin var Vətənim!
Qılıncın kəsdiyi Qordi düyünüymüş Qarabağ
Qeyri yollarla çözənlər
deməsin var Vətənim!
Torpaq altında şəhid ordusu yatmırsa əgər
Torpaq üstündə gəzənlər
deməsin var Vətənim!
Bilir imanı olan - yurd
sevgisi imandandı,
İmana
dodaq büzənlər
deməsin var Vətənim!
İRƏLİ!
Səsləyir Vətən səni,
səfərbər ol,
Vətən oğlu,
Sənədir etibarı, mötəbər
ol, Vətən oğlu
Fərqi
yox sıravi ol, ya rəhbər
ol, Vətən oğlu
Rəbbinlə, rəhbərinlə bərabər ol, Vətən oğlu,
Hücum,
ancaq hücumdur indi günün tək əməli
Ali Baş Komandanın əmri ilə tam irəli!
Düşmən onsuz da bizə başqa bir yol qoymayıbdır,
Otuz ildir barışa məhəl və qol qoymayıbdır.
Ordudan qeyriyə bu səhnədə rol qoymayıbdır,
Gizli olsun, ya açıq,
özgə parol qoymayıbdır,
Başa
düşmür o köpək
dəyənəkdən başqa
dili,
Əsgər, ancaq irəli!
Ey Vətən qazisi, qalx, qəzavətin mübarəkdir,
Unutma o pak Quranı, tilavətin m
übarəkdir,
Qan uddur qaniçənə, ədavətin mübarəkdir,
Qurbansız yox qələbə,
səxavətin mübarəkdir,
Cana cənnətdir əvəz,
başqa bunun yox bədəli,
Əsgər, ancaq irəli!
Düşməndən gəldi yenə atəşkəsə
"atəş" əmri,
Hər cavab zərbəsində barıtdan çox behişt ətri,
Yetər
öz ölkəsində
millətimin qürbət
əsri,
Yurda sipər olan hər əsgərin Ərşdəndir əcri
Şığı aslan kimi, üstündədir
Allahın əli,
Əsgər, ancaq irəli!
Elə vur düşməni, bir güllə boşa çıxmasın
qoy,
Elə əz, tapdala ki, bir də
başa çıxmasın
qoy,
Ermənistan-Qarabağ ismi qoşa çıxmasın
qoy,
Payız
hərb mövsümüdür,
düşmən qışa
çıxmasın qoy,
Yazılır tarixə yalnız
qan ilə zəfər ili,
Əsgər, ancaq irəli!
Zəngin
olsun ya fağır, alim olsun ya tələbə,
Köklənib eyni hava üstə bugün hər təbəqə,
Etməyir qane bizi bir neçə kənd ya qəsəbə,
Qələbə istəyir xalq,
tam, qəti və haqq qələbə,
Fərqi
yox ilk qurtulan Ağdərədir, ya Füzuli,
İrəli, qurtuluş qartalları,
ancaq irəli!
Altay CƏMİL
525-ci qəzet.- 2020.- 10 oktyabr.-
S.23.