Otuz ildən artıq bir müddətdə Rusiya Federasiyasının paytaxtı
Moskva şəhərində
yaşayan, əslən
isə bu günlərdə düşmən
tapdağından təmizlənən
Cəbrayıl rayonundan
olan Azərbaycan yazıçısı Ulduz
Qasım özünün
Qarabağdan bəhs edən yeni romanını nəşrə
hazırlayıb.
Elə indicə qulağı səsdə, gözü ekranda, yəni cəbhədən
gələn xəbərlərin
qəhər qarışıq
sevinci altında (hamı kimi!) Ulduz xanımın son cümlələri ümid
nuruna bələnmiş
yeni əsərini oxuyub başa vurdum və bəlkə də onu ilk oxuyanlardan biriyəm. Bu qısa təqdimatın
əsər barədə
ilk rəy olduğu isə şübhəsizdir.
Bu səbəbdən qısaca
olaraq qeyd edim ki, mövzu,
hadisə, süjet, bir sözlə, bəlli bir zaman və məkan
daxilində təqdim olunan həyat həqiqəti və bədii ifadənin nail olunmuş səviyyəsi kifayət qədər təsirli, eyni zamanda unudulmazdır.
Roman "Solmayan Nərgiz"
adlanır. Bu, "Qürbət
Zöhrəsi", "Xocalı
şikəstəsi" əsərlərindən
sonra (hər iki roman Bakı ilə yanaşı, istedadlı türkiyəli
yazar İmdad Avşarın çevirməsində
İstanbulda da işıq üzü görmüşdür), qürbətdə
yaşasa da, qəlbi daim Vətənlə birgə
çırpınan yazıçının
özünün dediyi
kimi, müqəddəs
mövzuda qələmə
aldığı üçüncü
irihəcmli yazıdır.
Amansız düşmənin
təcavüzündən inanılmaz
əziyyət çəkən,
yurdu zorla əlindən alınan, ən ekstremal vəziyyətlərdə belə
fərdi, milli, tarixi ləyaqətini qorumağı bacarmış
insanlardan danışan
"Solmayan Nərgiz"ə,
məncə, xoşbəxt roman deyilə bilər. Çünki əsər Azərbaycan
Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında
küllü-Qarabağın, o sırada Cəbrayılın
şanlı ordumuz tərəfindən azad olunduğu günlərdə
işıq üzü
görür. Canından artıq
sevdiyi Cəbrayılın
30 ildən sonra azadlığa qovuşması
və qələmə
aldığı yeni
roman münasibəti ilə
Ulduz Qasımı təbrik edir, yeni uğurlar arzulayıram.
Oxucuların tanış olması üçün
əsərin əvvəlindən
alınmış qısa
parçanı təqdim
edirəm.
Rəhilə Gülgün
Yazıçı-publisist, "Loqos" jurnalının
baş redaktoru
525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.21.