Naxçıvan ədəbi mühitinin öyrənilməsinə mühüm töhfə

 

Əsərin elmi redaktoru görkəmli elm adamı, akademik İsa Həbibbəylidir. AMEA-nın müxbir üzvü Tehran Əlişanoğlu, professor Əjdər İsmayılov filologiya elmləri doktoru Fərman Xəlilov isə əsərə rəy vermişlər. Monoqrafiya Türkiyə Cümhuriyyətində "Akademisyen kitab evi" tərəfindən nəşr edilib. Onun xaricdə nəşr edilməsi özlüyündə ciddi önəm daşıyır.

Monoqrafiyanın məzmunu əhəmiyyəti haqqında bəhs edən ön sözün müəllifi akademik İsa Həbibbəyli yazır: "Monoqrafiyada Naxçıvan ədəbi mühitində qədim orta əsrlərdən başlanan XIX-XX əsrlərdə daha da inkişaf edən Naxçıvan ədəbi mühitində Şərq-Qərb ənənələri geniş şəkildə tədqiq edilib ümumiləşdirilmişdir. Müəllif Naxçıvan ədəbi mühitinin klassik dövründə Şərq ədəbiyyatı ənənələrinin geniş inkişaf etdiyini nəzəri cəhətdən izah etmiş bədii nümunələrlə əsaslandırmışdır. Kitabda XIX əsrdən etibarən ümumən Azərbaycan ədəbiyyatında, o cümlədən , Naxçıvan ədəbi mühitində Qərb ədəbiyyatı meyllərinin genişlənməyə başladığı izlənilmiş, bu zəmində ədəbiyyata gələn yeni ideyalar janrlar diqqət mərkəzinə çəkilmişdir. Nərgiz İsmayılova haqlı olaraq belə hesab edir ki, Naxçıvan ədəbi mühitində XX əsrin əvvəllərində Avropa ədəbiyyatı ilə səsləşən ideyalar, süjetlər, obrazlar janrlar milli ədəbiyyatın özünüifadə forması kimi təzahür edərək inkişaf etmişdir".

Beləliklə, haqqında bəhs olunan Ədəbiyyatşünaslıq şöbəsinin böyük elmi işçisi Nərgiz İsmayılovanın növbəti əsəri ciddi bir monoqrafiya olaraq üç fəsildən ibarətdir. Əsərin girişində müəllifin özünün dediyi kimi: "Şərq Qərb qovşağında yerləşib, hər iki təfəkkürün geniş diapozonunda inkişaf edib vüsət tapan, çoxəsrlik Azərbaycan ədəbiyyatının inkişafında mühüm rolu olan Naxçıvan ədəbi mühitinin tədqiqi sahəsində bir çox dəyərli alimlərin, ədəbiyyatşünasların fəaliyyətləri olmuşdur. ...Naxçıvan ədəbi mühiti tarix boyu heç kiçik miqyaslı bir hadisə olmamışdır. ...Naxçıvan ədəbi mühitinin görkəmli nümayəndələri yalnız Azərbaycanda deyil, Şərqdə Qərbdə tanınırdılar".

Tədqiqatın obyektini Naxçıvan ədəbi mühiti təşkil edən monoqrafiyanın tədqiqat predmeti ədəbi fikir, düşüncə ənənədəki Şərq Qərb meyllərinin təzahürü məsələsidir. Məsələni problem səviyyəsində qoyan müəllif qarşıda müxtəlif vəzifələr müəyyənləşdirərək elmi-tədqiqat işi istiqamətində apardığı təhlillər nəticəsində gəldiyi qənaət irəli sürdüyü nəticələrlə problemin həllinə çalışır ciddi bir elmi əsər ortaya çıxarıb.

Birinci fəsildə Naxçıvan ədəbi mühitində Şərq Qərb ənənələrinin təşkil etdiyi meyllərin tədqiqi əsərdə qoyulan problemə giriş xarakteri daşıyır. Müəllif problemin həllinə iki istiqamətdən yanaşır: qədim orta əsrlər Naxçıvan ədəbi mühitində Şərq tipli ədəbiyyat onun görkəmli simaları. Qədim orta əsrlər dövrünə aid onsuz da az bilgi olan materiallara elmi münasibət göstərən müəllif etibarlı sanballı mənbələrə müraciət edərək onların səciyyəsini ümumiləşdirməyə çalışır. Bəzi mənbələrə istinad edən müəllif orta əsrlər Naxçıvan ədəbi mühitinin ümumən Azərbaycan ədəbiyyatının bu dövrünün "türk-İslam ədəbiyyatı" kimi xarakterizə olunduğunu bildirir. Əlbəttə, Azərbaycan  ədəbiyyatşünaslığında da dəfələrlə qeyd edildiyi kimi, ümumən Nizami dövrü ədəbiyyatı "türk düşüncəli, islam qiyafəli" ədəbiyyat olaraq səciyyələndirilmişdir. Bu mənada, tədqiqatçı haqlı olaraq XI əsr intibah dövrü ədəbiyyatının qüdrətli nümayəndəsi olan o zaman Naxçıvanı dövlət tipli qurum olaraq təmsil edən Naxçıvan şahlığın hökmdarı Əbu Düləf Deyrani ilə yaxın dostluq ədəbi əlaqələrdə olan Qətran Təbrizi onun yaradıcılığında öz təzahürünü tapan Şərq meylli, daha dəqiqi Şərq tipli ədəbi yaradıcılıq hadisəsindən bəhs açır.

N.İsmayılova klassik dövr Naxçıvan ədəbi mühitində həm forma, həm məzmun baxımından özünü nümayiş etdirən Şərq ədəbiyyatı təzahürünə nəzər salaraq konkret nümunələrlə məsələyə aydınlıq gətirir, fikir mülahizələrini ifadə edir. Təkcə Azərbaycan ədəbiyyatı üçün deyil, həm öz yaradıcılığının keyfiyyətləri baxımından ümumən Şərq dünyası üçün əhəmiyyəti olan əsərlərlə yadda qalan, türk-islam mədəniyyəti ədəbiyyatına böyük töhfələr verən Qətran Təbrizi, Əmirəddin Məsud, Əbubəkir ibn Xosrov, Mirzə Məhəmməd Haşim Naxçivani başqa çoxsaylı qədim orta əsrlər dövrü mədəniyyət, elm, ədəbiyyatın görkəmli simalarının adları çəkilir.

Əsərin maraqlı təhlil tədqiqatlarla yadda qalan, maraqlı elmi qənaət nəticələrlə diqqəti cəlb edən başlıca struktur bölmələrindən biri əsərin ikinci fəslidir. Tədqiqatçı XIX əsrin sonu - XX əsrin əvvəllərində Naxçıvan ədəbi mühitində Şərq Qərb ənənələrinə münasibət məsələsini tədqiqatın mərkəzinə çəkir. Haqlı olaraq göstərilir bildirilir ki, bu dövrdə bir tərəfdən fəaliyyət göstərən müxtəlif ədəbi məclislərdə iştirak edən şairlərin sənəti düşüncəsi sayəsində Şərq meyllərini təzahür etdirən klassik ədəbi ənənələr, şeir tərzi yaşayır hökm sürürdü. Müəllif bu ədəbi meyllərlə bağlı dövrün şair xanımları olan Qönçəbəyim, Heyran xanım kimi sənətkarların, eləcə bu cəbhənin qüvvətli simaları olan "Əncümənü-şüəra" kimi ədəbi məclis üzvləri olan Molla Hüseyn Bikəs, Kəblə Əliqulu Müznib, Mehti Həsən Dəbbağ, Ağarəsul Əttar, Hacağa Fəqir Ordubadi, Qüdsi Vənəndi, Uta Zeynalabdin Nəqqaş başqalarının adını xatırladır. Digər tərəfdən yenilikçi ədəbi qüvvələrin sayəsində yaranan yeni ədəbi formalar janrlar, eləcə məzmun ideya xüsusiyyətlərilə Qərb ədəbi meyllərin təzahürünə nəzər yetirilir. Lakin buna da diqqət edilir ki, Qərb ədəbi meylərinin təzahür tapdığı əsərlərdə bəzən, hətta bir çox hallarda Şərq ədəbi ənənələri özünə yer tutur, təzahür olunurdu. Bu baxımdan Məhəmməd Tağı Sidqinin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtılının, Cəlil Məmmədquluzadənin, Məmməd Səid Ordubadinin başqalarının əsərləri misilsiz rol oynayırdı.

Yaxşı haldır ki, müəllif problemin həlli elmi təhlili istiqamətində məsələlərin miqyasını XX əsr müstəqillik dövrüylə əlaqələndirir bu dövrlərə diqqətlə nəzər salır. Əslində, müəllifin bu fikri problemin mahiyyəti, aktuallığı və zərurətini ifadə etmək baxımından çox əhəmiyyətlidir: "Azərbaycan (əlbəttə, qədim İpək yolu üzərində yerləşən və Şərqin qapısı hesab edilən Naxçıvan - R.Q.) Şərqlə Qərbin qovuşduğu məkanda yerləşdiyinə görə həm Qərbi, həm də Şərqi öyrənmək baxımından burada həmişə münbit şərait olmuşdur". Bu fəsildə problemə nəzər salan müəllif Naxçıvan ədəbi mühitinin XX əsrin əvvəllərində, xüsusilə 20-30-cu illərində Sovet quruluşunun yarandığı bir şəraitdə Hüseyn Cavidin və Məmməd Səid Ordubadinin adlarını çəkir. Hüseyn Cavidin sosializm ideyalarını qəbul etməyərək öz əvvəlki yaradıcılıq formasında davam edərək Türkiyə və Şərq meylli əsərlər yazdığını, Məmməd Səid Ordubadinin isə Sovet quruluşuna tez uyuşduğuonun tələblərinə uyğun əsərlər yazdığını, hətta ateizmə meyl etdiyini qeyd edir. Ümumən isə, XX əsr Naxçıvan ədəbi mühitinin Məmməd Araz, Hüseyn İbrahimov kimi görkəmli simalarının adını çəkib, əsərlərinə təhlillər verir. Bu fəsildə diqqəti cəlb edən mühüm məsələlər və özünəməxsus təhlillərlə fərqlənən xüsusi bir bölmə var ki, "Sovet dövründə Naxçıvan ədəbi mühitində Qərb ədəbi ənənəsinin zəifləməsinin səbəbləri və nəticələri" adlanır. Əslində, mövzu, ad kifayət qədər informasiya verir. Əlbəttə, müəllif də doğru yanaşma ilə sosialist ideyalarına bağlı SSRİ-nin sosialist realizmi yaradıcılıq metodunun tələblərindən irəli gələrək kapitalist dünyasını ümumiləşdirən Qərbə meylin zəiflədiyini diqqətə çatdırır. Lakin müəllif ədəbi janrforma etibarilə Qərbə meylliliyin təzahür etdiyini də vurğulayır. Qeyd edilən ədəbi dövrün naxçıvanlı ədəbi simaları janr etibarilə Qərb ədəbiyyatı formalarına müraciət edərək əsərlər yaradırdılar. Bununla bağlı olaraq Müzəffər Nəsirlinin, İslam Səfərlinin, Hüseyn Razinin adları çəkilir və nümunələr göstərilir.

Yekun olaraq bildirək ki, Nərgiz İsmayılovanın elmi ictimaiyyətə təqdim etdiyi "Naxçıvan ədəbi mühiti Şərq-Qərb kontekstində" monoqrafiyası ciddi bir elmi tədqiqat işidir. Əsərin filoloq alimlər, tələbələr üçün, ümumən isə Naxçıvan ədəbi mühiti ilə maraqlanan hər bir şəxs üçün maraqlı olacağını düşünürük.  Monoqrafiyada istifadə edilən faktlar və gəlinən qənaətlərdən müxtəlif elm sahələrində istifadə edilə bilər. Həm də oxunaqlı, sadə və səlis bir dili olan elmi əsərin ciddiliyi, elmi sanbalı və nəticəliliyi müəllifin özü haqda da aydın fikir formalaşdırır.

 

Ramiz QASIMOV

AMEA Naxçıvan Bölməsinin əməkdaşı,

filologiya üzrə fəlsəfə doktoru, dosent

 

525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.19.