"YARAT"ın
"Qurban olum" sərgisi davam edir
"YARAT" Müasir İncəsənət Mərkəzində
açılmış tanınmış
rəssam Fərid Rəsulovun "Qurban olum" sərgisi davam edir.
Ziyarətçilər sərgiyə həftənin II, III, IV və
V günləri, saat
12:00-dan 20:00-dək baxa bilərlər.
Binaya eyni vaxtda 6 nəfər daxil ola
bilər. Tibbi maskaların və
antiseptikin istifadəsi
zəruridir.
Sərgiyə yeni hazırlanmış heykəllər, rəsm əsərləri və
film daxildir.
Daha əvvəl
Azərbaycanı 53-cü və
55-ci Venesiya Biennalesində
- Beynəlxalq İncəsənət
Sərgisində təmsil
edən Fərid Rəsulov həm Azərbaycan, həm də daha geniş
Şərq ənənələrinə
həsr olunmuş əsərləri ilə məşhurdur.
O, rəssamlıq, installyasiya,
animasiya, heykəltəraşlıq
və 3D qrafikası da daxil olmaqla
müxtəlif vasitələrlə
işləyir və əsrlərboyu dəyişməyən
bu ənənələrə
xas olan idealların doğruluğunu
əks etdirən xalq sənətkarlığı
və mərasimlərindən
ilham alır.
Fərid Rəsulov "YARAT"da nümayiş ediləcək
öz sərgisi üçün başlanğıc
nöqtəsini müsəlmanların
əsas bayramı sayılan Qurban bayramından götürür. İbrahim Peyğəmbərin
öz oğlunu Allaha qurban verməyə
hazır olduğunun rəmzi olaraq, qurbanlıq heyvan ənənəvi olaraq qohumlar, qurban kəsənin öz ailəsi və ehtiyacı olanlar arasında bölüşdürülür.
Lakin son zamanlar bu paylaşmaq
ənənəsi status və
sərvət göstəricisinə
çevrilmişdir.
Fərid Rəsulov Yuxuların yuxusu adlı yeni filmində xəstəxana palatasında
canlandırılan dramatik
və eyni zamanda, gülməli süjet yaradır.
Filmdə iki həkimin bayram münasibətilə
paltar geyindirilmiş bir qoyunu parçalayarkən,
üzərindəki çoxlu
zinət əşyalarını
onun bağırsaqları
ilə qarışdıraraq
söhbət etdiklərini
görmək olar, eyni zamanda, həm
olduqca məzəli, həm də istehzalı olan bu səhnə mərasimlə əlaqələndirilən
absurd maddiyyatçılığa diqqəti çəkir.
525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.17.