"Qarabağ
abidələri" virtual rejimdə
təqdim olundu
M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası "Qarabağ
abidələri" adlı
sərgini virtual rejimdə
istifadəçilərə təqdim edib.
Kitabxanadan bildirilib ki, virtual sərgidə Qarabağ bölgəsinin qədim yaşayış məskənləri,
xəritələr, fotolar,
tarixi-memarlıq abidələri
və onlar haqqında məlumatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
http://anl.az/el/vsb/Qarabag_abideleri/index.htm linkindən
istifadə edə bilərlər. Azərbaycanın Qarabağ bölgəsi
dünyanın ən qədim insan məskənlərindən biridir.
Qarabağ abidələri təkcə
maddi-mədəniyyət deyil,
həm də mənəviyyat tariximizin
"arxivi", səhifələridir.
Qarabağ abidələrinin bugünkü
taleyinə gəldikdə,
XX əsrin sonlarında
Ermənistanın törətdiyi
pozuculuq fəaliyyəti,
münaqişə və
müharibə Azərbaycanın
Qarabağ bölgəsində
maddi mədəniyyət
abidələrinin taleyini
təhlükə altında
qoyub. Müharibə ərəfəsində abidələrin qeydinə
qalmağa imkan belə olmayıb. Davam edən vandalizm Azərbaycanın əsrlərlə
qoruyub saxladığı
tarixi abidələrin
çoxunu məhv edib. Ulu əcdadlarımızın tarixi yaddaş rəmzi olan məşhur Xocalı qəbiristanlığını texnika vasitəsilə darmadağın ediblər.
Məşhur Xocalı-Gədəbəy mədəniyyətinin qədim
beşiyi olan Xocalı kurqanlarını
yer üzündən siliblər. Şuşada Azərbaycan mütəfəkkirlərinin
heykəllərini avtomat
güllələri ilə
deşik-deşik ediblər.
Bəşəriyyətin ulu əcdadlarının
beşiklərindən biri
olan Azıx mağarası ermənilərin
hərbi sursat anbarına çevrilib.
Qarabağın tarixi abidələrinin
darmadağın edilməsi
isə mədəniyyət
və mənəviyyat
tariximizin daşlaşmış
yaddaşının silinməsi
kimi ağrılı-acılıdır.
525-ci qəzet.- 2020.- 10 oktyabr.- S.13.