Erməni qorxaqlığının hər
üzünə şahidik...
Şahanə MÜŞFİQ
Uşaqlıqdan eşitdiyimiz bir
söz vardı: erməni qan görəndə qorxur. Düzü, bizə Qarabağ boyda dağı çəkmiş, iyirmi faiz torpağımıza yiyələnmiş, Xocalı
kimi böyük soyqırım törətmiş,
xalqıma olmazın əzablar yaşatmış
bir millətin qandan qorxacağı heç də həqiqi görünmürdü
mənə. Uşaq ağlımla
düşünürdüm ki, əgər erməni qandan qorxurdusa, ilk öldürdüyü
azərbaycanlının qanından
niyə qorxmadı?
Sonralar bu ifadənin arxasında ilkin mənasından daha dərin həqiqətlərin, anlamların
yatdığını gördüm. Sən demə,
müdrik böyüklərimiz
cəmi bir cümlənin içərisinə
bir xalqın xarakterini, daxili keyfiyyətlərini ustalıqla
cəm edə biliblər.
İki həftəyə
yaxındır, Ermənistanla
Azərbaycan arasında
yenidən qızışan
və qanlı əməliyyatlarla davam edən müharibə nə qədər qorxaq, xain, aciz
və hiyləgər düşmənlə üz-üzə
olduğumuzu göstərir. Ermənistanın baş naziri Nikol Paşinyanın sərsəm, qorxaq çıxışları, Azərbaycan
Prezidenti cənab İlham Əliyevlə qarşılaşdığı hər debatda düşdüyü aciz vəziyyət, əslində,
təmsil etdiyi xalqın simasıdır.
Otuz ilə yaxındır ki, Azərbaycan xalqı hər "Qarabağ" adı çəkiləndə ayağa
durur, yaranan hər gərginlikdən ümidlənir, baş verə biləcək müharibəyə hər
gün, hər an hazır vəziyyətdə
gözləyir. Bəlkə də
yeganə xalqıq ki, "müharibə"
kəlməsi bizi nəinki qorxudur, əksinə, ümidləndirir,
ruhlandırır, qələbəyə
kökləyir. Erməni
isə atılan hər atəşdən diksinir, ən kiçik gərginlikdə
"sülh", "atəşkəs"
hayına düşür,
başda özünə
müttəfiq seçdiyi
Rusiya olmaqla az qala bütün
dünyanı köməyə
səsləyir.
Bu günlərdə cəbhədən
alınan xəbərlər,
şahidi olduğumuz mənzərə bir daha göstərir ki, erməninin döyüşməyə, olduğu
mövqeni qorumağa,
sözünün, əməlinin
arxasında dayanmağa
cəsarəti yoxdur. Necə də
olsun axı? Cəsarət hər zaman
haqlı tərəfdə
olur. Əgər birinin yalanı,
hiyləsi, günahı
yoxdursa, o, əlbəttə,
cəsarətli və
qorxmaz olacaq. Çünki üstünün açılmağından qorxacağı
heç bir pis əməli yoxdur.
Erməni tərəfi isə tarix boyu uydurduğu,
bütün dünyanı
inandırmağa çalışdığı,
bir zamandan sonra özünün belə inandığı
yalanlarına özünü
o qədər qapdırıb
ki, hər kəsin onlar kimi şizofrenik səviyyədə həqiqətlərə,
ədalətə göz
yumacağını düşünür. Ona görə
də özünü
döyüş meydanında
deyil, Rusiya, Fransa kimi ölkələrin
televiziya kanallarında
aciz çıxışlarla,
yalvarışlarla, dünya
liderlərindən kömək
dilənən zəngləriylə
müdafiə etməyə
çalışır. Bütün bunlar isə heç bir fayda vermir. Artıq dünya erməni saxtakarlığına o qədər
doyub ki, heç bir yalvarışı nəticə
vermir. Böyük dövlətlər bu müharibənin müqəddəratına qarışmaq,
Ermənistanı müdafiə
etmək fikrindən uzaqdırlar.
Əli hər yerdən üzülən
düşmən isə
yenə də qorxur. Çünki illərdən bəri
oturduğu torpaqların
ona aid olmadığını
yaxşı bilir.
Dünyaya hayqırdığı yalanların saxtalığını
özü yaxşı
anlayır. Ona görə
də həqiqətin
bərqərar olacağını
bilir və bundan ürəyinə xof düşüb artıq.
"Suda boğulan
saman çöpündən
yapışar" deyirlər. Erməni isə
dünənə kimi
"at oynatdığı", bizə acıq verərcəsinə şənlik
keçirdiyi, yallı
getdiyi Qarabağda indi qan gölündə
boğulur. Bu gün
ön cəbhədə
minlərlə canlı
qüvvə itirən,
canının qorxusundan
döyüş texnikasını,
döyüş bayrağını
meydanda qoyub qaçan dığaların
"saman çöpü"
isə yenə hiyləgərliyi, "cığallığıdır".
Azərbaycan Ordusu öz
əzəli-əbədi torpaqlarında
haqq savaşına çıxarkən, əlindən
güc bahasına alınan torpaqları elə o güc bahasına da azad etməyə çalışan vaxtda düşmən həmişəki
xəbisliyindən əl
çəkmir, döyüş
meydanında ordumuza gücü yetmədiyindən
əli silahsız, dinc əhalini, yaşayış məntəqələrini
hədəf alır.
Bu, artıq qan
görən erməninin
panikaya düşdüyünün
ən bariz nümunəsidir. Bununla Azərbaycanı
çıxdığı haqq yolundan döndərməyə,
müharibənin istiqamətini
başqa yönə çəkməyə çalışır.
"Onsuz da məğlubuq" fikriylə
bacardıqca daha çox insan və infrastruktur tələfatına nail olmağa
çalışır.
Deməli, erməni həqiqətən
də elə ən başda - ilk öldürdüyü azərbaycanlının
qanından qorxmalı
idi. Qorxmalı idi ki,
bu günahsız insanın
övladları, nəvələri, nəticələri bu qanı yerdə qoymayacaq.
Ya onlardan, ya da onların gələcək
nəslindən heyfini alacaq.
Necə ki, bu gün Azərbaycanın əzəli-əbədi
torpaqları Qarabağda ermənilərin
məkrinin, qəddarlığının qurbanı olmuş günahsız azərbaycanlıların
qanını onların davamçıları, igidlərimiz
alırlar. Nahaqdan deməyiblər axı,
at gücünü karvanda gör, mərd gücünü meydanda. Bu gün bütün
dünya döyüş
meydanında mərd oğullarımızın gücünü,
düşmənin isə qorxaqlığını
müşahidə edir. Qələbəyə
lap az qaldı...
525-ci qəzet.- 2020.- 10 oktyabr.-
S.13.