Mir Cəlal adına İkinci Hekayə müsabiqəsi yekunlaşıb
“Ədibin Evi” tərəfindən keçirilmiş Mir Cəlal
adına İkinci Hekayə müsabiqəsi başa çatıb. Müsabiqədə 539 müəllif iştirak edib. Hekayələrin 218-i Bakı, Sumqayıt
şəhərləri və
Abşeron rayonundan, qalan əksəriyyəti isə müxtəlif regionlardan göndərilib.
Bu sırada, Şəki
şəhəri xüsusilə
fərqlənib. Belə ki,
təkcə Şəkidən
23 nəfər iştirakçı
müsabiqədə iştirak
edib. 182 məktəbli, 14 əcnəbi
iştirakçılar sırasında
yer alıb. Əcnəbi iştirakçılar
Türkiyə (3 nəfər),
Bosniya və Hersoqavina (2 nəfər), Gürcüstan (2 nəfər),
İran (1 nəfər),
Hindistan (1 nəfər),
İndoneziya (1 nəfər),
Serbiya (1 nəfər),
Xorvatiya (1 nəfər),
Litva (1 nəfər) və Belarusu ( 1 nəfər) təmsil edib. Hekayələr ümumilikdə Azərbaycan,
İndoneziya, Bosniya, rus, türk, ingilis, serb,
xorvat dilləri olmaqla - 8 dildə təqdim edilib.
Hekayələr 8 nəfərdən ibarət
münsiflər heyəti
tərəfindən dəyərləndirilib. Münsiflər
heyətinin tərkibində
Xalq yazıçıları
Elçin, Kamal
Abdulla, Xalq şairi Nəriman Həsənzadə,
akademik Nizami Cəfərov, ədəbiyyatşünas
alimlər Təhsin Mütəllimov, Şirindil
Alışanlı, teatrşünas
İlham Rəhimli və “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə yer alıb.
Müzakirələr zamanı münsiflər heyətinin ümumi rəyi belə olub ki, müasir
dövrdə Azərbaycanda
hekayə janrına maraq olduqca böyükdür. Müsabiqə iştirakçıların sayı,
iştirakçıların müxtəlif yaş, təhsil, peşəkarlıq
kateqoriyalarına aid olması
bunu deməyə əsas verir. Eyni zamanda, İkinci
Hekayə müsabiqəsində
birinci hekayə müsabiqəsi ilə müqayisədə iştirakçıların
sayının əhəmiyyətli
dərəcədə artması
onu göstərir ki, “Ədibin Evi”nin təşkil
etdiyi müsabiqə bu sahəyə marağı daha da genişləndirib.
Müsabiqənin nəticələrinə gəldikdə
isə, münsiflər
heyəti müsabiqədə
birinci yer üzrə mükafatın
tələblərini doğruldan
hekayənin olmadığı
qənaətinə gələrək
birinci yer üzrə qalib seçməyib. İkinci yer üzrə
iki, üçüncü
yer üzrə isə üç qalib müəyyən olunub. Birinci yer üçün
ayrılan pul mükafatı isə həvəsləndirici mükafat
qismində 6 iştirakçı
arasında bərabər
qaydada bölünüb.
Belə ki, ikinci yer
üzrə Tural Turan “Xalça oğrusu”, Sevinc Nuruqızı isə “Kəpənək ömrü”
adlı hekayələrlə
qalib olub. İkinci yer üzrə qaliblərin hər biri 2000 AZN məbləğində
mükafatlandırılıb. Üçüncü yerə Fuad
Əliyev, “Ëþäè Ãåëëåðò Óàéò”, Vaqif
Nəsib “Badamlar çiçəkləyəndə” və Mirmehdi Ağaoğlu, “Yapon balığı” adlı hekayələrlə layiq görülüblər. Üçüncü yer üzrə qaliblərin hər biri 1000 AZN məbləğində
mükafatlandırılıb. Bundan əlavə, Alpəy Azərə (“Ay işığında tabut”),
Esmira İsmayılovaya
(“Bir, iki və son”), Nemət Rüstəmliyə (“Yağış
yağsın və yağmasın”), Vahid Aslana (“Müəllim”), Qəşəm Nəcəfzadəyə
(“Gəncə göyü”)
və Pəri Ağakişiyevaya (“Tut ağacı”)
həvəsləndirici mükafatlar
verilib. Həvəsləndirici mükafatlar 500 AZN təşkil edib.
Qaliblər və həvəsləndirici
mükafatlar alanlar arasında peşəkar jurnalistlər, dövrü
mətbuatda mütəmadi
dərc olunan müəlliflər var. Qaliblər
sırasında yer alan Fuad
Əliyev 132-134 nömrəli
Təhsil Kompleksinin
8-ci sinif şagirdidir.
Həvəsləndirici mükafat
alan Pəri
Ağakişiyeva isə
İsveçdə magistr
təhsilini yenicə bitirib.
Hazırda ölkəmizdə mövcud
olan hərbi vəziyyəti və dünyada davam edən pandemiya vəziyyətini nəzərə
alaraq, müsabiqənin
yekunlarına dair tədbirin keçirilməsi
təxirə salınsa
da, mükafatlar sahiblərinə çatdırılacaq. Müzəffər ordumuzun torpaqlarımızın
azad olunması uğrunda keçirdiyi döyüş əməliyyatları
başa çatdıqdan
sonra müvafiq tədbirin keçirilməsi
nəzərdə tutulur.
Mükafata layiq görülmüş
hekayələr isə
“Azərbaycan” jurnalının
növbəti nömrələrində
işıq üzü
görəcəklər.
Qeyd edək
ki, İçərişəhərdə
yerləşən “Ədibin
Evi” Azərbaycan dilini və ədəbiyyatını təbliğ
edən yaradıcılıq
mərkəzidir. Böyük
alim, yazıçı və pedaqoq Mir Cəlal
1929-1941-ci illərdə bu evdə
yaşamış, bir sıra məşhur
əsərlərini də burada qələmə
almışdır.
525-ci qəzet.- 2020.- 13 oktyabr.-
S.16.