Mədəniyyət Nazirliyi
"Qarabağnamə" layihəsini təqdim edir
Mədəniyyət Nazirliyi tərəfindən
qəhrəman Ordumuzun
Vətən müharibəsindəki
zəfərinə dəstək
və hər qarışı tarix danışan Qarabağın
zəngin mədəni
mirasının təbliği
məqsədilə müxtəlif
layihələr həyata
keçilir.
Nazirlikdən bildirilib ki, qurumun bu istiqamətdə
yeni layihələrindən
biri də "Qarabağnamə"dir. "Yalnız
ərazi bütövlüyü
yox, kimlik bütövlüyü" şüarı
ilə hazırlanan layihə Azərbaycan insanının gözü
ilə Qarabağa yeni pəncərə açır.
Qeyd edək
ki, XIX əsrdə maarifpərvər tarixçilərimiz
tərəfindən Azərbaycanın
Qarabağ xanlığının
(1747-1822) siyasi, iqtisadi
və mədəni həyatını öyrənən
10 "Qarabağnamə" yazılıb. Bu məxəzlərdə
yer alan
bölgənin tarixi-mədəni
və ictimai-siyasi mühiti ilə bağlı faktlar Qarabağı Azərbaycandan
qoparmağa çalışan
bədnam qonşularımıza
tutarlı cavabdır.
Mədəniyyət Nazirliyinin yeni
layihəsini də yeni kiçik "Qarabağnamə"lər kimi
xarakterizə etmək
olar.
Burada Azərbaycanın
Qarabağ bölgəsinin
yaşayış məntəqələrindən
müxtəlif yaşlarda
və fərqli peşə sahibləri olan insanlar özlərinin
və valideynlərinin
xatirələrindəki Qarabağı
qısa videoçarxlar
vasitəsilə izləyicilərə
təqdim edirlər.
Videoçarxlara, eyni zamanda, BMT Təhlükəsizlik Şurasının
işğal olunmuş
Azərbaycan ərazilərinin
azad edilməsi ilə bağlı 822,
853, 874 və 884 saylı
qətnamələri haqqında
Azərbaycan və ingilis dillərində məlumat da əlavə edilib.
525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.16.