"Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" adlı virtual sərgi hazırlanıb

 

F.Köçərli adına Respublika Uşaq Kitabxanası vətənpərvərlik mövzusunda "Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!" adlı virtual sərgi təqdim edib.

Sərginin təşkilində məqsəd ordumuza mənəvi dəstək olmaqla vətənpərvərlik hisslərini uşaq yeniyetmələr arasında gücləndirmək, kitabxananın fondunda olan hərb vətənpərvərlik mövzusunda resurslarla virtual oxucuları tanış etməkdən ibarətdir.

Mövzu çərçivəsində kitabxananın əməkdaşları haqq yolunda inamla irəliləyən Ali Baş Komandan İlham Əliyevin güclü siyasətindən, Cənubi Qafqazın ən güclü ordusu hesab edilən şanlı Azərbaycan ordusundan ümumilikdə Azərbaycan xalqının vətənpərvərliyindən ətraflı məlumat veriblər.

Videoçarxda virtual oxucular üçün kitabxananın fondunda olan vətənpərvərlik mövzusunda yazılmış kitablar da təqdim edilib.

Qeyd edək ki, Respublika Uşaq Kitabxanasının hazırladığı virtual sərgi kitabxananın "Facebook", "İnstagram", "Twitter" sosial şəbəkələri, "YouTube" kitabxananın internet ünvanı http://clb.az/ vasitəsilə təqdim edilir.

 

525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.16.