Müqəddəs ocağın təmsilçisi
Mirkazım Kazımovun 70 yaşı tamam olur. Keçmiş deputat, Azərbaycanın ictimai-siyasi xadimi də demək olar. Bizim üçün Mirkazım Kazımov böyük və müqəddəs dini ocağın təmsilçisidir.
1960-80-ci illərdə iki Məhəmməd (Mir Məhəmməd və Şeyx Məhəmməd)
təkcə Cəlilabadın
yox, bütövlükdə
regionun dini ab-havasını müəyyənləşdirirdilər. Ona görə
dini ab-hava çox sağlam idi. Sovet dövründə həm din inkişaf edirdi, həm də ən vacibi sağlam inkişaf edirdi.
İki Məhəmməd
özlərindən əvvəlkilərdən
ilham almışdılar,
onların ideyalarının
daşıyıcısı idilər. Ona görə vəziyyət
o qədər yaxşı
idi. Hətta bəziləri güman
edirdilər ki, bu iki Məhəmmədə
fizika, riyaziyyatdan da sual versələr,
cavab verəcəklər.
Özbəkistan, Qazaxıstandan Mir Məhəmməd ağanın
ocağına xüms-zəkat
gələrdi. Bu gün hamı bilir ki, Mir Məhəmməd
ağanın ocağının
varislərinin standartdan
kənar məişəti
yoxdur.
İndi
mənim üçün
keçmiş deputat və yaxud gələcəkdə
də deputat, ictimai-siyasi xadimdən daha çox, Mirkazım ağa dini ocağın, əsl vətəndan cəmiyyəti strukturunun davamçısıdır və
əminəm ki, Mirkazım ağanın çox aktiv iştirakı olduğu proseslərin ucu sonda yenidən ölkəmizdə dini proseslərin sağlamlaşmasına
və bu yöndə ölkəmizin
inkişafına səbəb
olacaq. Ən azı, Mirkazım
ağa çox fəal siyasətçidir.
Yeni Azərbaycan Partiyasının
rəhbərliyində təmsil
olunanlardan biridir.
Ona uğurlar, cansağlığı
və uzun ömür arzulayıram.
Məlumat üçün deyim ki, tək
o olmayıb. Böyük qardaşı
Mirhəsən ağa
yaxında rəhmətə
getdi. Allah rəhmət etsin. Mirhüseyn ağa, Mir Mehdi ağa bunlar hamısı böyük ideyanın daşıyıcıları,
insanların ümid yeri olublar. İndi o missiya Mirkazım ağanın üstündədir
və Mirkazım ağanın nəsli, qardaşı uşaqlarının
bir neçəsi o ocağın işığını,
nurunu gəzdirəcəklər.
Mübariz ƏHMƏDOĞLU
SİTM-in sədri
P.S. Bəlkə də bu ocağın nurundandır. Mirkazım müəllimin yubileyi ərəfəsində Azərbaycanın
əzəli və əbədi torpaqları bir-birinin ardınca işğaldan azad olunur…
525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.15.