Biz - Azərbaycanıq!
Bircə
ovuc torpağına minlər qurban vermişik,
Vətən - ana qucağıdır, vətən torpağı
- beşik.
Arxa cəbhə səfərbərdir,
dörd gözlə çəkir keşik,
Qoca-cavan, qadın-uşaq "Vur, əsgərim, vur!" - deyir,
Həmsədrlər utanmadan "atəşi durdur", - deyir.
Böyük Vətən savaşıdır,
ya varıq, yoxuq ya da!
İçimizdə bir od var ki, əliyalın, piyada
gedər hamı,
imkan versən!
O faşistə, o yada
dərsin verək,
bir də bizim torpağa kəm baxmasın,
Haqq Allahdır! Haqlı bizik! Bizi Allah saxlasın!
Yağı, bizə zülm
etmisən, səbr etmişik, qorx bundan!
Çox
gözlədik, sən
qanmadın, sorumlusan qırğından!
Gecələri yatammırsan, sən
- Paşinyan, qorxundan,
Qocaları, qadınları göndərirsən
döyüsə,
Bizə
tuşlanan silahlar, qorx ki, yönün
dəyişə!
Ey qaniçən, sən - ey azğın, insanlıqdan bixəbər!
Xocalını unutmadıq, unutdurmaz
əsrlər!
Gün sayırıq, an sayırıq, yaxınlaşdıqca
zəfər,
Sizdə
qırğın başlanacaq,
bizdə əmin-amanlıq!
Hər millətdən vardır bizdə, birgə - Azərbaycanıq!!!
Yerevanda hal qalmadı
Yerevanda
hal qalmadı,
Halı yoxdu Yerevanın.
Məsələ "Ol ya Olma!"dı,
"Ol"u yoxdu Yerevanın!
İllərdir, aldadır özün,
İrəvandır əsli - bizim!
Sürünəcək dizin-dizin,
Qolu yoxdu Yerevanın!
Bizə
meydan oxuyurdu,
Görərik kim kimi yordu!
Yollarını kəsir ordum,
Yolu yoxdu Yerevanın!
Günahına ortaq gəzir,
Zəng
edəcək - qulaq gəzir,
Tutunacaq
budaq gəzir,
Dalı
yoxdu Yerevanın!
Ordu yığıb - quldur, qaçaq,
Qumardadır sanki alçaq!
Elə bilir, xal tutacaq,
Xalı
yoxdu Yerevanın!
Zəfər intizarında
Gecədir, yatmamışıq,
Səhəri gözləyirik!
O böyük, o möhtəşəm,
Xəbəri gözləyirik,
Zəfəri gözləyirik!
Vətən qalxıb ayağa,
Alınacaq Qarabağ!
Gedənləri sappasağ,
Dipdiri gözləyirik!
Sən ey mərdim, əsgərim,
Ocağım, andım, pirim,
Ər igiddır hər biri,
O əri gözləyirik!
Qarabağa yürüş var,
Son, qəti bir vuruş
var!
Yurdumun dostlarıyla
Şuşamızda görüş var,
Tədbiri gözləyirik!
Qələbə
marşı yazaram!
Sözlə sınanırıq, dəyişirik biz,
"Şah söz"ün uğrunda döyüşürük biz,
Qələmlə, kağızla deyişirik biz,
Onlar çox sevinir, mənsə yazıram!
Hərdən işimizdən narazı olluq,
Bəzən yaxşı sözə tamarzı olluq,
An olur, vəhy gəlir,itir biryolluq,
Onlar da arayır, mən də gəzirəm.
Nə qazanc axtarır, nə pul güdürük,
Kimsənin şanına olmuruq
şərik,
Qələmlə kağıza toxum
səpirik,
Hava, su Allahdan, mən yer qazıram.
Qələmi özümə vəzir
etmişəm,
Yolunu azmasın, nəzir etmişəm,
Bayrağı əlimdə hazır
etmişəm,
Gün gələr, Qələbə
marşı yazaram!
Nübar ELDARQIZI
525-ci qəzet.- 2020.- 13 oktyabr.-
S.14.