Azərbaycan ordusu yeni zəfər tarixi
yazır
27
sentyabr 2020-ci ildə erməni silahlı qüvvələrinin
Azərbaycana qarşı növbəti təxribatının
qarşısı hər zaman olduğu kimi alınsa da,
artıq səbri tükənmiş ordumuz bu dəfə hər
zamankından fərqli olaraq, bu quldur zehniyyətli düşmən
ordusunu torpaqlarımızdan tamamilə qovub
çıxarmağa başlayıb.
Hər dəfə
belə təxribatlardan
sonra cavablarını
alaraq qınlarına çəkilən, eyni zamanda xaricdəki havadarlarını vasitəçi
edərək Azərbaycan
ordusunun dayandırılmasına
alışmış erməni
dəstələri bu
dəfə yanıldıqlarını
anladılar və çaşqınlıq içində
döyüş postlarını
tərk edərək qaçmağa üz qoyublar. Qaçarkən də öz
xislətlərindən əl
çəkmir, gah sərhədyanı bölgələrimizi
atəşə tutur,
gah da beynəlxalq
aləmə saxta məlumatlar ötürməklə
imdad diləyirlər.
Lakin bu dəfə onların xaricdəki havadarları da köməklərinə
çata bilmir. Çünki artıq Azərbaycan həqiqətləri lazımi
səviyyədə dünyaya
çatdırılır. Son günlərdə Azərbaycan Respublikasının
Prezidenti cənab İlham Əliyevin ingilis, türk, ərəb, rus telekanallarına media nümayəndələrinə
verdiyi müsahibələrdə
konkret faktlarla ermənilərin feyk xəbərlərini tamamilə
alt-üst etməsi bunun ən gözəl
sübutudur. Prezidentin xalqa
müraciəti zamanı
söylədiyi hər
bir söz, hər bir cümlə
insanlarımızın qəlbini
riqqətə gətirmiş
və qələbəyə
olan inamı daha da artırıb.
Bu inamdır Azərbaycan
igidlərini düşmən
qarşısında sarsılmaz
edən, 2016-cı ilin
Aprel döyüşlərindən
başlanan qəhrəmanlıq
salnaməsini yenidən
yazdıran.
Bəli, bu gün şanlı
Azərbaycan ordusu Qarabağımızda yeni
Zəfər Tarixi yazır. Elə bir tarix ki, uğruna
fəda olan müqəddəs şəhid
ruhlarının nigarançılığına
son qoyacaq, o tarix ki, atalarını, övladlarını, qardaşlarını,
ərlərini bu yolda qurban verərək
yanan ürəklərə
su səpəcək və o tarix ki, dünyanı ikili standartlarla idarə etməyə çalışan "böyük
güclərə" ilahi
ədalətin necə
təcəlli etdiyini göstərəcək.
Zeynəb QULİYEVA
AMEA Naxçıvan
Bölməsinin Tarix,
Etnoqrafiya və Arxeologiya
İnstitutunun şöbə
müdiri
525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.13.