Haqq savaşı: "Qurani-Kərim"də
və "Kitabi-Dədə-Qorqud"da
Dövlətimiz, xalqımız və qüdrətli ordumuz Qarabağda haqq savaşı, işğaldan
qurtuluş savaşında
olduğu bu tarixi günlərdə müqəddəs kitabımız
olan "Qurani-Kərim"dəki
ayələrin uca və dərin hikmətinin bir daha xatırlanaraq dərk olunmasına böyük ehtiyac var.
Odur ki, həmin ilahi ayələrdən bu mövzuyla bağlı bir neçəsini diqqətə
çatdırmağı lazım
bilirik:
"Allah yolunda savaşın
sizinlə savaşanlarla. Ancaq təcavüz
etməyin. Təcavüzkarları sevməz Allah. Harda yaxalasanız öldürün
onları, sizi çıxardıqları yerdən
siz də çıxarın onları..."
Baqara,
190-194;
"Ey iman sahibləri, qisas alırsınızsa, yaşayırsınız
deməli, beləcə
qorunursunuz Allahın əzabından".
Baqara,
179
"Fitnədən əsər-əlamət
qalmayana qədər onlarla savaşın".
Ənfal,
39
"Sizə qarşı
hərb açıldığı
üçün, zülmə
uğramanız səbəbi
ilə cihada izin verildi".
Hacc,39
"Qüvvəniz yetən
qədər qüvvə
yığın, savaş
atlarını hazır
saxlayın ki, qorxuya salasınız Allahın və sizin düşməninizi".
Ənfal,
60
"Küfrü artırmaq
deməkdir savaşı
başqa aya keçirmək. Bununla kafirlər azdırırlar
sizi".
Tövbə, 37
"Ey Peyğəmbər ! Savaşa qalx kafirlərlə.
Budur o böyük qurtuluş".
Tövbə, 73
Qeyd edək
ki, ayələrin məalı Nəriman Qasımoğlunun tərcüməsində
verilib. ("Azərbaycan",
1993)
Məhəmməd Peyğəmbər (s.ə.s),
Həzrət Əli (r.a), İmam Hüseyn (r.a)... doğma torpaq, din uğrunda, Allahın sevmədiyi, öldürməyi
əmr etdiyi təcavüzkarlarla savaşda
Qazi-qalib, ya da Şəhid olmağın yolunu, nümunəsini, mərtəbəsini
də göstəriblər
özlərindən sonra
gələn islam ümmətinə, müsəlmanlara.
Bədir,
Hüneyn, Əbtac, Xeybər döyüşlərində
Peyğəmbərimiz özü öndə getmiş,
hücum, müdafiə planları qurmuş, sərkərdəlik
etmiş, hər dəfə qalib olmuşdu. Uhud döyüşündə çoxlu
yara alıb al qana qərq olan Peyğəmbərimiz
özünün sonuncu
oxlarını da yanında vuruşan Əbu Vənnasa verərək deyib: - Al bu
oxları da at, vur düşməni! Peyğəmbərimizin
qılıncı üzərində yazılmışdı:
"Qorxaqlıqda ar və zillət, irəli
atılmaqda şərəf və izzət vardır".
Türklüyün
ulu abidəsi olan "Kitabi-Dədə Qorqud"dan - Ana kitabımızdan gələn
Ata öyüdləri də bu şərəfli savaş
günlərində bizim üçün güclü mənəvi
istinadgahdır:
Qazan xan
durub söylədi:
- Uca
Tanrıdan səs gəldi.
Beyrək
mənə süs gəldi -
Niyə
qanım yerdə qalıb?
Alın
onun qisasını...
...Əlavə
şərhə, hansısa izahata ehtiyac varmı?!
Zəfər bizimdir! Qarabağ Azərbaycandır!
Hacı NƏRİMANOĞLU
Zəngəzur Cəmiyyətləri
Birliyinin sədri,
tarix üzrə fəlsəfə
doktoru
525-ci qəzet.- 2020.- 13 oktyabr.-
S.13.