Müharibə qanunları və erməni faşizminin antibəşəri mahiyyəti

 

Beynəlxalq humanitar hüquq normalarının - müharibə zamanı mülki şəxslərin, o cümlədən, yaralı xəstələrin hüquqlarının pozulması beynəlxalq humanitar hüququn pozuntuları hesab edilir müharibə cinayətləri kateqoriyasına aiddir.

Bu cinayətləri törətmiş şəxslərin istər milli, istərsə beynəlxalq səviyyədə cəzalandırılması nəzərdə tutulur. Xüsusilə 12 avqust 1949-cu il Cenevrə konvensiyalarının müddəalarına uyğun olaraq mülki şəxslərə onların əmlakına qarşı törədilən hüquqazidd hərəkətlər birmənalı şəkildə müharibə cinayətləri siyahısına daxildir.

Beynəlxalq hüququn norma prinsiplərinə görə, münaqişə vəziyyətində olan müharibə aparan hər bir dövlət bu prinsiplərə əməl etməli, müharibə qanunlarına hörmətlə yanaşmalıdır.

Məlumdur ki, beynəlxalq humanitar hüquq normalarının əsasında min illər boyu mövcud olan ənənəvi humanitar dəyərləri özündə ehtiva edən maddi-hüquqi mənəvi dəyərlər dayanır.

Qədim tarixə, siyasi-hüquqi, mədəni mənəvi dəyərlər sisteminə malik olan Azərbaycan dövlətləri tarix boyu müharibə zamanı da bu dəyərlərə riayət edərək, insani prinsipləri qoruyub.

Müharibə tariximizin bütün mərhələlərinə nəzər yetirdikdə görürük ki, dövlətlərimizin apardığı hərbi qarşıdurmalar müharibə qanunlarına, ədalət prinsiplərinə əsaslanıb, mövcud dövrün  qanunlarına uyğun olaraq həyata keçirilib.

Tarixi qaynaqlarda verilən məlumatlara əsaslanaraq deyə bilərik ki, Azərbaycan dövlətlərinin apardığı müharibələr zamanı mövcud olan ənənəvi müharibə qanunlarına ciddi əməl edilib.

Tarixi mənbələrdə mövcud olan bu çoxsaylı məlumatlardan aydın olur ki, uzunmüddətli müharibələr dövrü olan orta əsrlərdə Azərbaycanda mövcud olan siyasi hakimiyyətlərin müvafiq strukturlarında mənəvi hüquqi dəyərlərə əsaslanan bitkin formada ədalətlilik prinsipinə uyğun olan diplomatik protokol qaydaları mövcud olub, istər müharibə, istərsə dinc dövrdə bu qaydalara yüksək səviyyədə əməl edilib.

Tarixi qaynaqlarda Azərbaycan hökmdarlarının müharibə zamanı hərbi əsirlərlə mülayim adil davranmasına dair əmr davranışları haqqında da çoxsaylı məlumatlar yer almaqdadır.

Qaynaqlar əsasında Azərbaycanın müharibə tarixinə müraciət etdikdə olduqca ədalətli, mənəvi çoxəsirlik dövlətçilik ənənələrinin ifadə olunduğu bir mənzərə ilə qarşılaşırıq. Bu mənzərəyə baxdıqda, Azərbaycan dövlətlərinin hərbi sisteminin mükəmməlliyinin, müharibə dövründə adil hərbi qaydaların, mənəvi-insani prinsiplərin hakim olduğu humanitar dəyərlərin bir daha şahidi oluruq.

Qədim dövlətçilik ənənələrinə, universal idarəçilik sisteminə malik olan, varislik əsasında bir-birini əvəz edən Azərbaycan dövlətçiliyi, XX əsrin əvvəllərində öz sələflərinin davamı olaraq milli dövlətə çevrilərək, müsəlman dünyasında ilk milli dövlətçilik nümunəsi göstərib.

Bu gün erməni işğalçıları onların havadarları tərəfindən zəbt edilmiş Azərbaycan torpaqlarında şanlı ordumuzun apardığı hərbi əməliyyatlar ədalətlilik prinsipinə söykənən dövlətçilik ənənələrimiz əsasında, həmçinin mənəvi-insani dəyərlərimizə uyğun olaraq həyata keçirilir. "İşğalçı düşmən əsgərinə amansızlıq, düşmənin mülki əhalisinə rəhm etmək" prinsipinə uyğun olaraq həyata keçirilən döyüşlərdə, şanlı ordumuz, özünü mənəvi-əxlaqi dəyərlərinə uyğun olaraq müharibə qanunlarına riayət edir, beynəlxalq humanitar hüququn bütün prinsiplərinə hörmətlə yanaşır.

Təəssüf hissi ilə qeyd edək ki, uzun illərdir ki, Azərbaycanın Qarabağ bölgəsini digər ərazilərini işğal etmiş erməni işğalçılarından hərbi əməliyyatlar dövründə bu mənəvi-insani dəyərləri görmək mümkün deyildir. Torpaqlarımızın işğalı zamanı azərbaycanlılara qarşı Xocalı, Bağanis Ayrım, Ağdaban, Qaradağlı soyqırımlarında öz qeyri-insani əməllərini vəhşiliklərini nümayiş etdirən ermənilər, bütün müharibə qanunlarını pozaraq, beynəlxalq hüququn prinsiplərini tapdalayaraq, Azərbaycanın yaşayış məntəqələrini dağıdıcı silahlarla atəşə tutaraq mülki əhalinin ölümünə, sağlamlıqlarının itirilməsinə əmlakına ciddi ziyan vurub.

Bu gün hərbi əməliyyatların getdiyi ərazilərdə erməni hakimiyyəti öz ənənəvi davranışlarını davam etdirərək döyüş mövqelərində erməni əhalisindən  canlı sipər kimi istifadə etməkdədir. Bu gerçək fakt erməni dövləti üçün ermənilərin olduqca əhəmiyyətsiz dəyərsiz bir toplum olduğunu bir daha təsdiq edir.

Hazırda, müharibə qanunları beynəlxalq humanitar qaydalar çərçivəsində erməni işğalçılarına qarşı zəfər yürüşünə başlayan Azərbaycan ordusunun qarşısında aciz qalan çoxsaylı itkilər verən erməni işğalçıları öz ənənəvi qeyri-insani taktikalarından istifadə edərək Azərbaycan mülki əhalisini yaşayış məntəqələrini atəşə tutmaqla qisas almağa çalışır.

Zaman-zaman Azərbaycanın dövlətçilik sistemi ilə rəqabətdə olduqca cılız görünən, öz saxta tarixləri ilə rəqabət yaratmağa çalışan erməniçilik mövcud erməni dövləti, siyasi hüquqi təsisatlarımız, ümumbəşəri tolerant prinsiplərə əsaslanan milli-mənəvi dəyərlərimiz qarşısında aciz gücsüzdürlər. Eyni zamanda davam etməkdə olan Azərbaycan-Ermənistan müharibəsində  hərbi fəlakətləri qeyri-insani davranışları ilə öz hərbi-siyasi sistemlərinin olduqca zəifliyini nümayiş etdirməkdədirlər.

Tarix boyu özünün dövlətçilik ənənələri  ilə Yaxın Orta Şərqin siyasi mədəni dəyərlərinin formalaşmasında böyük rol oynayan Azərbaycan dövlətçilik sistemi qarşısında, kilsə zirzəmilərində mənfur ideoloji əsaslarla yaradılan, "Daşnaksütun", "Qnçaq" "ASALA" kimi hərbi-siyasi terrorçu təşkilatlar üzərində qurulan mövcud erməni dövləti olduqca aciz zəif görünməkdədir.

Mifoloji hökmdar Tiqranla başlayan onunla da sona çatan, saxta kitablar əsasında yaradılan erməni tarixi erməni dövlətçilik ənənələri ən yaxşı halda tarix kitablarında öz mövcudluğunu qorumaqdadır. Saxtalaşdırılmış tarixi qaynaqlara söykənən erməni dövlətinin epizodik siyasi tarixi mövcud olsa da, lakin bu dövlətin hüquqi, sosial-iqtisadi, mənəvi, hərbi təsisatlarının mövcudluğunu görmək mümkün deyildir.

XX əsrin əvvəllərində havadarlarının sifarişi terrorçu təşkilatlar tərəfindən Azərbaycanın tarixi torpaqları əsasında bir layihə olaraq yaradılan erməni dövlətçiliyi, bu gün öz terrorçu mahiyyətini göstərməkdədir.

Azərbaycan Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, "Ermənistan öz terrorçu mahiyyəti ilə Cənubi Qafqazda potensial təhlükə mənbəyidir". Azərbaycan Prezidentinin qətiyyətlə söylədiyi bu fikirlər, erməni dövlətinin erməniçiliyin istər ideoloji-mənəvi, istərsə hərbi-siyasi təhsisatlarının terrorçu mahiyyətini bir daha üzə çıxarmaqdadır.

Məlumdur ki, bir neçə gün əvvəl Moskvada humanitar atəşkəs elan olundu. Azərbaycan tərəfi bütün müharibə qanunlarına beynəlxalq humanitar qaydalara riayət edərək atəşkəs rejiminə əməl etdiyi halda, erməni hərbi-siyasi xuntası öz terrorçu mahiyyətini bir daha göstərərək Azərbaycanın Gəncə, Mingəçevir digər şəhərləri raket atəşinə tutur. Bu erməni vəhşiliyi, təkcə Gəncə şəhərində çoxsaylı insan tələfatı onlarla mülki əhalinin ağır yaralanması ilə nəticələnib. Bu cinayət faktı artıq Xocalı digər soyqırımlardan sonra Azərbaycan əhalisinə qarşı erməni faşistlərinin növbəti qətliamlarından biridir. Təəssüflər olsun ki, dünya birliyi siyasi dairələri ermənilərin azərbaycanlılara qarşı əvvəlki qətliamlar siyasətinə biganə qaldığı kimi, Gəncə faciəsinə göz yummaqdadırlar.

Bütün fundamental istiqamətlərdə Azərbaycana acınacaqlı şəkildə məğlub olan erməni dövləti, hərbi müstəvidə ağır məğlubiyyət günlərini yaşamaqdadır. Bu ağır məğlubiyyətin əvəzi olaraq erməni ünsürlərinin cəbhə bölgəsində azərbaycanlıları vəhşicəsinə qətlə yetirmələrinin bir adı vardır. Erməni vəhşiliyi terrorizm...

Xüsusilə vurğulamaq lazımdır ki, bu gün Azərbaycanın qəhrəman ordusu təkcə Qarabağı işğaldan azad etmir, həmçinin, Azərbaycan tarixinin yeni bir mərhələsini yaradır. İgid əsgərlərimizin mənəvi-insani dəyərlərə söykənərək beynəlxalq hüququn bütün prinsipləri, müharibə qaydaları çərçivəsində yaratdığı tarix, yazılacaq Azərbaycan hərb tarixinin yeni səhifələrində şərəfli, ləkəsiz, olduqca şəffaf bir şəkildə əks olunacaqdır. Bunun əksi olaraq, erməni hərb tarixinin səhifələrində erməni  əsgərlərinin azərbaycanlı mülki şəxslərin  qatili olması ilə bağlı çoxsaylı ifadələrə rast gəlmək mümkün olacaqdır.

Erməni hərbi birləşmələrinin bu vəhşiliklərinə baxmayaraq, Azərbaycanın şanlı ordusu işğal olunmuş ərazilərini ardıcıl olaraq azad edərək, zəfər yürüşünü davam etdirir. Zəfər yürüşün mübarək olsun, Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!

 

Mübariz AĞALARLI

AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi,

Dosent

 

525-ci qəzet.- 2020.- 13 oktyabr.- S.11.