Rəssam əsgər olanda

 

Rubrikamızın budəfəki qonağı Azərbaycan Rəssamlar İttifaqının üzvü, Qarabağ müharibəsinin iştirakçısı İntiqam Ağayevdir. Onunla müəllifi olduğu "Nahar"tablosu haqqında danışmışıq.

- "Nahar"ın yaranma tarixçəsi haqqında nə deyə bilərsiniz?

- 2009-cu ildə qərar verdim ki, müharibə mövzusunda rəsmlər çəkəcəm. Elə də etdim. Çəkdiklərimin də əksəriyyəti Qarabağ müharibəsində gördüklərim, yadımda qalanlar oldu. Yaddaşımdan kətana köçürdüyüm mənzərələrdən biri də bu rəsmdir. Burada olmuş bir hadisəni təsvir etmişəm. Bu hadisə 1994-cü ildə baş verib. Bilirsiniz ki, müharibə zamanı yemək, yaxud yuxu əsgər üçün həyatda qalmağa vasitədən başqa bir şey deyil. Ona görə də  həmin vaxt süfrə bəzəyib nahar etmək yadımıza düşmürdü. Ancaq həmin gün xatirimdə başqa cür qalıb. Deməli, bizim döyüşdüyümüz ərazidə bir ev dağıdılmışdı. Dağıdılan evdəki qab-qacaq da sınıb tökülmüşdü. Mən orda olanda gözüm sınan qab-qacağa sataşdı. Nahar vaxtı olduğu üçün həmin qabları yığıb belə bir süfrə düzəltdim. Çəmənlikdən dərdiyim çobanyastığı da lap yerinə düşdü.

- Onda rəsmdəki əsgər siz özünüzsünüz?

- , mən özüməm. Həmin vaxt yaralı olduğum üçün başımı sarımışdılar. O, belə yadımda qalmışdı. Rəsm üzərində işləyərkən özümə oxşayan bir əsgər çəkmək əsas qayəm olmasa da, təsvir etdiyim özüməm.

- Mən düşünmürəm ki, müharibə zamanı hansısa əsgərin yadına çobanyastığı dərib belə estetik mənzərə yaratmaq düşsün. Deyəsən, bu, həm   rəssam olmağınızdan irəli gəlir.

- , bəlkə , haqlısınız. Harda olmağımdan asılı olmayaraq rəssam kimliyim mənimlə idi. Rəssamlar isə hər yerdə gözəllik axtarırlar. Amma bu gün bu rəsmləri işləyərkən hərbçi İntiqam mənimlədir. Məsələn, mən burada mülayim mühit təsvir etsəm , əsgərin silahı yuxuladığı halda belə əlindədir. Hərbin qanunlarına bələd olduğum üçün hərbə aid ən kiçik detallara da diqqət etməyə çalışıram. Batal mövzuları işləyərkən insanları çaşdıra biləcək, yaxud yanlış fikir yaradacaq məqamların olmaması önəmlidir. Bu gün fırça həm mənim silahımdır.

- Əlinizdəki silahı görməsəm, elə bilərəm ki, romantik yemək üçün süfrə düzəldib, sevgilisini gözləyən oğlanı təsvir etmisiniz.

- Bunu düşünməmişdim (gülür). Bilirsiniz, mən müharibə mövzusunda çəkilmiş o biri əsərlərimdə müharibənin ən qızğın məqamlarını təsvir etsəm , burada müharibənin başqa tərəfini göstərməyə çalışmışam. Əsgərin yorğunluğuna qarışmış sakitliyi. Müharibə iştirakçıları bu rəsmi görəndə o mənzərəni dərhal xatırlayıb, bunu mənə dəfələrlə deyiblər.

- Asiman kimdir?

- Asiman mənim hərbdəki ləqəbimdir. Müharibə zamanı bizə adımızdan savayı bir ləqəblə müraciət edirdilər. Birinə "Qartal",  birinə , məsələn, bir rəqəm deyirdilər. Mənə "Asiman" deyə xitab etdikləri üçün bu adı yaşadıram. Ona görə əsərdə imza yerinə öz adımı yox, "Asiman" yazmışam. "Asiman" mənə o dövrdən qalan xatirədir.

- Əsərin rəng koloriti barədə deyə bilərsiniz?

- Batal mövzuda işləyərkən əsasən tünd rənglərə üstünlük verməyimizə baxmayaraq, bu rəsmdə daha çox açıq rənglərdən istifadə etmişəm. Bu, daha çox rəsmin ovqatından irəli gəlir. Mavi rəngdən istifadə hadisənin gündüz baş verdiyini bildirir. Məlum məsələdir ki, naharı təsvir edirəm. Bu rəng həm əsərə sanki sakit, mülayim bir effekt verir. Digər rənglər isə yadımda qalan mənzərənin rəngləridir. Tünd rəng demək olar ki, yalnız əsgərə baxdığımızda gözə çarpır.

- Bu rəsm bizə deyir?

- Ən çətin məqamda belə, görülə biləcək gözəlliyi...

 

525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.22.