“İnsulindən qorxunun
tək səbəbi məlumatsızlıqdır"
"İNSULİN ORQANİZMƏ
HEÇ BİR ƏLAVƏ TƏSİR GÖSTƏRMİR. ŞƏKƏR
XƏSTƏSİ İNSULİNDƏN 100 İL DƏ
İSTİFADƏ ETSƏ, HEÇ BİR ZİYANI YOXDUR”
Daxili xəstəliklər uzmanı,
terapevt doktor Həbib Sahratov 1988-1995-ci illərdə Azərbaycan
Tibb Universitetinin müalicə profilaktika fakültəsində ali təhsil alıb.
Daha sonra
1996-2017-ci illərdə Azərbaycan
Respublikası Silahlı
Qüvvələrində hərbi
həkim kimi fəaliyyət göstərib. 2001-2005-ci illərdə Gülhanə
Hərbi Tibb Akademiyasında daxili xəstəliklər üzrə
uzmanlıq dərəcəsi
alıb. 2017-ci ildən bir neçə özəl klinikalarda işləyib.
Hazırda "Leyla Medical Center"də
fəaliyyətini davam
etdirir.
Doktor şəkərli
diabetlə bağlı
suallarımızı cavablandırdı. Müsahibəni təqdim edirik.
- Daxili xəstəliklərə nələr
aiddir və nə zaman həkimə
müraciət etməliyik?
- Daxili xəstəliklər
dediyimiz zaman insan orqanizmində - döş qəfəsi, qarın boşluğunda olan orqanların xəstəlikləri nəzərdə
tutulur. Bura döş qəfəsi, ürək, ağ
ciyərlər, qarın
boşluğunda mədə-bağırsaq,
qaraciyər və böyrəklərin sistemi
ilə bağlı olan xəstəliklər daxildir. Bu xəstəliklər
zamanı həkimə
müraciət etmək
labüddür.
- Şəkərli
diabet hansı simptomlarla özünü
göstərir? İnsan özündə bu xəstəliyi müəyyən edə bilərmi?
- Bu xəstəliyin klassik simptomları var. Artıq şəkəri olmayan insanlar da bu
simptomlarla tanışdır.
İnsanda ağız quruluğu,
çox su içmə, tez-tez sidiyə getmə şikayəti varsa, ilkin simptomlar hesab edilir. Bir müddət sonra bu xəstələrdə
zəifləmə hiss olunur.
Əgər şəxsdə
bu sadaladıqlarım
varsa, biz artıq şəkərli diabetdən
şübhələnirik .
- Şəkərli
diabetə şübhə
yarandıqda hansı müayinələr aparılır?
- Şəkərli diabetin
simptomları olan şəxslərdən ilk tələb
edəcəyimiz şey
aclıq qan şəkərinin analizidir. Bu, pasiyentin 12 saat ac qaldıqan sonra qanında yoxladığımız
şəkərin miqdarıdır.
Bu şəkərin miqdarı əgər 126 milliqram/destilitrdən çoxdursa, şəkərli
diabet dioqnozu qoya bilərik. Bundan başqa, qanda hemoqlobin A1c dediyimiz
dəyər də
var. Bu isə bizə
3-4 ay ərzində orqanizmdə
olan şəkər haqqında informasiya verir. Eyni zamanda, diabet
üçün sidik
analizinə də baxa bilərik. Xəstənin şikayətlərini dinləyərək laborator
müayinələrlə birlikdə
diabetin dioqnozunu rahatlıqla qoya bilirik.
- Şəkərli
diabetin gedişatı
digər xəstəlikləri
oyada, yaxud hansısa
orqanları sıradan
çıxara bilərmi?
- Bu xəstəliyi müalicəmizin
əsas məqsədi
xəstəni gələcəkdə
şəkərli diabetə
aid olan fəsadlardan qorumaqdır. Şəkəri nəzarətdə saxlamaq lazımdır, çünki o, bütün
orqanlara təsir edə bilər. Göz, ürək, böyrəklər,
ayaqlarımızda olan
sinir sistemi və digər orqanlara mənfi təsir etməsi mümkündür. Misal
üçün, gözdə
nefrapatiya əmələ
gəlir, ürək damarlarını tutduğuna
görə gələcəkdə
infarkt keçirmə
riski çoxalır, beyin damarlarında olan problemlərdən dolayı xəstələrdə
işemik insultlar əmələ gəlir, böyrək damarlarındakı
problemə görə
isə böyrək çatışmazlığı və dialezə qədər çıxan
fəsadlara səbəb
ola bilir.
- Diabet olan şəxs üçün insulin iynəsi
nə qədər təhlükəsizdir?
- Şəkərli diabet
xəstəliyinin müalicə
yolu oral antidiabetiklər
olan həblər və insulin müalicəsidir. Cərrahi müalicəsi
də mümkündür,
lakin bu üsul rutin bir formaya keçid
etməyib. Adətən müalicəyə həblərlə
başlayırıq. Amma müəyyən
zamandan sonra xəstədə ciddi təsir yaratmaz və şəkəri nəzarətdə saxlamazsa,
insulin müalicəsinə keçid edirik. Bu müalicə diabet
xəstələri üçün
idealdır. Xəstələr bundan qorxmamalıdır.
Hər müalicədə istifadə
olunan insulinlər fərqlidir. Biz xəstənin yaşı,
çəkisi, yanaşı
xəstəliklərinə uyğun olaraq insulin dozasını təyin edirik. Xəstə də həkimin
verdiyi təyinata uyğun insulini qəbul edir və şəkəri normada saxlayır. Əgər yazılmış insulin şəkəri
tənzimləmirsə, xəstə
təkrar müayinə
edilir, insulin dozasına
dəyişiklik edilir.
Qeyd edim ki, insulinin
orqanizmə heç bir əlavə təsiri yoxdur. İnsanlarda insulinə qarşı qorxunun tək səbəbi məlumatsızlıqdır.
Yəni bu xəstəlik və insulin haqqında düzgün məlumatı
olmayanlar qorxurlar.
Tez-tez belə bir sualla rastlaşırıq:
insulinə başlasam,
sonra nə olacaq? İnsanlar heç bir
əsası olmayan qorxular yaradırlar özlərində.
- İnsulininin
yarıda saxlanılması
nə ilə nəticələnir?
- Əgər xəstə
insulin vurdurub daha sonra onu kəssə,
diabetik komaya düşə bilər. Bir xəstə
insulinə başlayıb
və nəticədə
normallaşıbsa, bunu
nə üçün
yarıda qoymalıdır
ki? Təbii, ömrü boyu
istifadə etməlidir.
Qeyd edim ki, insan insulini
100 il də
vursa, heç bir ziyanı yoxdur. Çünki həblər müəyyən
zamandan sonra effektli olmur.
- Diabet simptomları olan xəstəni əlavə
xərclərdən necə
qorumaq olar? Siz bu tip xəstələrin
müalicəsində ilk nəyə
diqqət edirsiniz?
- İlk olaraq dioqnozu dəqiqləşdirmək
lazımdır. Bəzən xəstə gəlir
ki, məndə şəkər xəstəliyi
var. Qeyd etdiyim ki, sadəcə qan şəkərinə baxmaq belə diabet haqqında yetərli məlumatları
almağımıza imkan
verir. Əgər
uzun müddət şəkərli diabeti olub müalicə almayan xəstə varsa, ürək damarlarının müayinəsi
və sidik analizinə ehtiyac var ki, zülalın
olub-olmamasını müəyyən
edib diabet haqda informasiya ala bilərik. Yoxsa əlavə xərcə
və digər müayinə dioqnozlarına
qətiyyən ehtiyac yoxdur.
- Bu xəstəliyin
səhv dioqnozu hansı ağır nəticələrə gətirib
çıxara bilir?
- Mən diabetlə bağlı xəstələr
arasında ən çox görülən
səhvləri qeyd edim. Birincisi, insulin müalicəsi. Qeyd
etdiyim kimi, bu müalicə insanlar
arasında birmənalı qarşılanmır və xəstələr
adətən bu üsuldan
imtina edirlər. Hətta bununla
bağlı bir hadisə baş
vermişdi. Müayinəyə təqribən
7-8 yaşlarında diabetik komada
bir uşaq gətirmişdilər.
Uşağın şəkərini ölçdük
və çox yüksək olduğundan komaya girdiyi bəlli oldu. Belə olan hallarda biz artıq insulin
müalicəsi təyin edib heç vaxt kəsməməyi
diqqətə yetiririk. Bu
uşağı da insulinlə müalicəyə
başladım və nisbətən normala
döndükdən sonra evə
yolladım. Ancaq qonşu
gəlib və uşağa indidən insulin vurdurmağın gələcəkdə
pis nəticələnəcəyini bildirib. Ailəsi də həmin an insulini kəsib və sonra təkrar komaya
düşən uşağı yenidən xəstəxanaya gətirmişdilər.
Lakin onu xilas etmək artıq mümkün
olmadı. Bu, ən ağır nəticələrdən
biri idi. Bundan başqa, həkimlərin
etdiyi ən böyük
səhlənkarlıq həblərlə bağlıdır. Xəstələrlə həb müalicəyə
başlayırlar, lakin xəstənin
şəkəri bununla normaya
düşməsə belə, xəstə həmin həblərə
davam edir. Əgər bu həblər şəkəri normaya salmırsa, həkim müdaxilə edib onun dozasını dəyişməlidir.
Vaxtında dəyişilməyən doza gələcəkdə
ciddi fəsadlara gətirib
çıxarır. Diabetə aid orqanizmdə
yaranan fsadların bərpası isə çox çətin olur.
- Diabet olan insanlara nə tövsiyə edirsiniz? Gündəlik həyatda nələrə
diqqət edilməlidir?
- Şəkəri olan
şəxslər buna
çox qorxulu, dəhşətli reaksiya verməsinlər. Sözsüz ki, müalicə
düzgün aparılmadıqda
ciddi fəsadlar törədir. Lakin vaxtında
müraciət və müdaxilə bu xəstəliyi adi həyat tərzinə çevirir və insanlar buna uyğunlaşa
bilir. Zamanında müayinə və
düzgün müalicə
ən başlıca tövsiyədir, eləcə
də həyati əhəmiyyətlidir.
Həkimlə əlaqə: 055-850-03-69
Afaq RZA
525-ci qəzet.- 2020.- 14 oktyabr.-S.20.