Afaq Məsud dünya
yazıçılarına müraciət etdi
Xalq yazıçısı,
Azərbaycan Dövlət
Tərcümə Mərkəzinin
İdarə Heyətinin
sədri Afaq Məsud dünya yazıçılarına müraciət
edib.
Müraciət türk, rus, ingilis, alman, ərəb, fransız və ispan dillərində
Türkiyə Yazarlar Birliyinin sədri Musa Kazım Arıcana, Rusiya Federasiyası Yazıçılar İttifaqının
sədri Nikolay İvanova, Ukrayna Respublikası Yazıçılar
İttifaqının sədri
Mixail Sidorjevskiyə,
Belarus Respublikası Yazıçılar
İttifaqının sədri
Nikolay Çerniqetsə,
Gürcüstan Respublikası
Yazıçılar İttifaqının
sədri Makvala Qonaşviliyə, Bolqarıstan
Yazıçılar Birliyinin
sədri Boyan Angelova, Estoniya Respublikası Yazıçılar
İttifaqının sədri
Tiyt Alekseyevə, Latviya Respublikası Yazıçılar İttifaqının
sədri Arno Yundzeyə,
Litva Respublikası Yazıçılar İttifaqının
sədri Birute Yonuşkayte-Auqustinenə, Serbiya
Yazıçılar İttifaqının
sədri Radomir Andriçə, Slovakiya Yazıçılar İttifaqının
sədri Miroslav Belikə, İspaniya Krallığı Yazıçılar
İttifaqının sədri
Manuel Rikoya, Avstriya Yazıçılar İttifaqının
sədri Marianne Qruberə,
Almaniya Yazıçılar
İttifaqının sədri
Lena Falkenxagenə, İsveçrə
Konfederasiyası Yazıçılar
İttifaqının Prezidenti
Nikolas Couchepinə, Meksika
Birləşmiş Ştatları
Yazıçılar İttifaqının
sədri Euxenio Agirreyə, Argentina Respublikası
Yazıçılar İttifaqının
sədri Alexandro Vakkaroya, Kuba Respublikası Yazıçılar
İttifaqının sədri
Migel Barnetə, Fransızdilli Yazıçılar
Assosiasiyasının sədri
Jak Şevryeyə, Suriya Yazıçılar
Birliyinin sədri Malik Sakura, İordaniya Yazıçılar və
Ədiblər Birliyinin
sədri Alyan Eladvana, Misir Yazıçılar Birliyinin
sədri və Ərəb Yazıçılar
Birliklərinin baş
katibi D.Ala Abdul Hadiyə, Birləşmiş
Ərəb Əmirliklərinin
Yazıçılar və
Ədiblər Birliyinin
sədri Alhanof Muhammedə, Fələstin
Yazıçılar Birliyinin
sədri Murad Əlsudaniyə, Birləşmiş
Krallıq Yazıçılar
Assosiasiyasının prezidenti
Sandi Toksvik Obeyə, Macarıstan Yazıçılar
Birliyinin sədri Sentmartoni Yanoşa göndərilib.
Müraciətdə deyilir: “Əziz həmkarlarım!
Sizi bədii yaradıcılığın,
böyük ədəbiyyatın
başlıca meyarı
olan İnsan və İnsanlıq naminə səsinizi ucaltmağa, uzun illər boyu Azərbaycan torpaqlarında
törədilən erməni
vəhşiliyinə, insani,
milli, bəşəri
dəyərlərin məhvinə
yönələn amansız
erməni terroruna “Yox!” deməyə çağırıram! Bu gün
30 ildən çox müddət ərzində
işğal altında
olan əzəli torpaqları uğrunda döyüşən Azərbaycan
ordusuna, onun dinc əhalisini qırmaqla cavab verən məkrli erməni siyasətinin tarixi kökləri hələ ötən əsrin əvvəllərinə
– torpaq və ərazi iddiasıyla on minlərlə günahsız
azərbaycanlının öz
torpaqlarında – şəhər
və kəndlərində
qətlə yetirildiyi
1905–1906-cı illərə təsadüf edir. XIX əsrin əvvəllərində
Qarabağ və Şəki xanlıqlarının
Rusiyanın tərkibinə
keçməsi barədə
bağlanmış 1805-ci il
14 may tarixli Kürəkçay
müqaviləsinin şərtlərinə
uyğun olaraq, taleyin qara yazısıyla
Azərbaycana – onun İrəvan xanlığının
yerləşdiyi əzəli
torpaqlarına (indiki Yerevana) köçürülən,
sovet rejimi dövründə həmin
ərazidə özünə
“Sovet Ermənistanı”
dövlətini yaradan
bu millətin torpaq və ərazi iddialarıyla Azərbaycanda 1918–1920-ci, 1948–1953-cü,
1988–1994-cü illərdə törətdiyi ən dəhşətli deportasiya
və soyqırımlardan
biri də 1992-ci ildə Azərbaycanın bütöv bir şəhərinin Yer üzündən silindiyi,
qadınların, uşaqların
xüsusi işgəncələrlə
qətlə yetirildiyi
dəhşətli Xocalı
soyqırımıdır ki,
həmin hadisənin davamı bu gün bütün dünyanın gözü
qarşısında uzaqmənzilli
raket atəşi zərbələriylə Azərbaycanın
böyük şəhərlərində,
kənd və rayonlarında həyata keçirilir. Yerli dinc əhali,
körpələr, qadınlar,
uşaqlar Ermənistan
silahlı qüvvələri
tərəfindən Azərbaycanın
müxtəlif bölgələrinə
atılan raketlər və ağır artilleriya zərbələri
nəticəsində həyatlarını
itirir. Müstəqilliyə
yenicə qədəm
qoyduğu mürəkkəb
90-cı illərdə ölkədə
yaranmış qeyri-stabil
ictimai-siyasi vəziyyətdən
sui-istifadə edərək
Azərbaycanın əzəli
torpaqlarının bir
hissəsini işğal
edən, bu illər ərzində BMT-nin Azərbaycanın ərazi bütövlüyünün
tanıdılmasına dair
4 qətnaməsini havadarlarına
arxalanaraq saya salmadan, azərbaycanlılara
qarşı çirkin
etnik təmizləmə
əməliyyatını həyata
keçirməyə davam
edən erməni vandalların heç bir çərçivəyə,
insani, əxlaqi normalara sığmayan əməllərinə hüquqi
və obyektiv qiymət verilməsi, dünyanın gözü
qarşısında törədilən
bu tarixi ədalətsizliyin beynəlxalq
ictimaiyyət tərəfindən
eşidilməsi uğrunda
haqq səsinizi ucaltmağınızı xahiş
edirəm!”
Xocalıda törədilən erməni
vəhşilikləri və
Gəncə hadisəsinin
şəkilləri müraciətə
əlavə olunub.
525-ci qəzet.- 2020.- 14 oktyabr.- S.6.