Qarabağ müharibəsi haqqında Nostradamusun görücülüyü

 

Uzun illər üzərində işlədiyim "Nostradamusun möcüzəli aləmi" (Bakı, "Təhsil", 2007, 176 səh.) kitabımda yer alan, günümüz üçün böyük əhəmiyyət kəsb edən katrenləri oxuculara təqdim edirəm.

Münaqişə bizim xeyrimizə həll olunacaq

Saçları qısa qırxılmışları (yumrubaşları) silahdan məhrum edəcəklər.

Bu, münaqişənin müddətini xeyli uzadacaq.

İçki Atası (İçki düşkünü) ildırım sürətli albanlara qarşı kələk işlədəcək.

Özününkülərdən ayrı düşənlər məhv olacaq.

Əcnəbi tədqiqatçılar "Albaniya" deyəndə müasir Azərbaycan azərbaycanlıların nəzərdə tutulduğunu etiraf edirlər. Nostradamusşünas Bardo Kidoqo yazır: "Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyildir. Əslində, qədim tarix Nostradamus da buna işarə edir ki, (mütləq bax: 5 k91), Albaniya Qafqaz İran arasında indi Azərbaycan kimi tanınan ərazidir" (Bardo Kidoqo. Nostradamus. London, 1994, səh.32).             

Tədqiqatçı Con Houq başqaları da eyni fikirdədirlər. Con Houq yazır: "Qədim Albaniya Zaqafqaziya regionudur". Katren XX əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi (Con Houq. Nostradamusun külliyatı. Britaniya, 2001, səh.399).

Yeri gəlmişkən qeyd edək ki, Pompeyin Qafqaza yürüşünün iştirakçısı feofan Mitilinskidən üzü bu yana Ptolomey, Strabon, Plutarx başda olmaqla bütün səyyahlar tədqiqatçılar Qafqaz Albaniyası deyəndə indiki Azərbaycan ərazisini nəzərdə tutmuş albanları azərbaycanlıların əcdadları olduqlarını göstərmişlər.

Qarabağ münaqişəsi hamıya tanışdır. Məlumdur ki, münaqişə ərəfəsində ruslar azərbaycanlıların əlindən ov tüfəngini alırdılar. Lazımi hərbi sursat müasir silahların olmaması ucbatından, katrendə göstərildiyi kimi, münaqişəyə son qoyulmadı. Lakin sonralar başqa ölkələrdən silah əldə edən Azərbaycan ordusu ildırım sürəti ilə Füzuli-Cəbrayıl istiqamətində hücuma keçib çox yerləri azad edəndə, ermənilər vahimə içində qaçmağa başladılar. Rusiyanın prezidenti Boris Yeltsin (İçki düşkünü) Azərbaycan rəhbərliyinə müraciət etdi məsələni qan tökmədən həll etməyə söz verdi. Sözarası Rusiyanın Ermənistanla hərbi sazişinin olduğunu da yada saldı. Atəşkəs edilsə , münaqişə həll olunmadı.

Katrenin 4-cü sətrində söhbət Qarabağda tutularaq Ermənistana aparılan azərbaycanlılardan gedir. Katrenin 2-ci sətrindən göründüyü kimi, münaqişə bizim xeyrimizə həll olunacaq (Katren 54. "Nostradamusun möcüzəli aləmi", s.18-19).

5 k91

Mars Şir bürcündə, Saturn isə Dolça bürcündə olanda

Yüngül silahlı Alban süvari dəstəsini görəndə təəccüblənəcəklər.

Hər şeydən əvvəl, onu deyək ki, Mars Şir bürcündə, Saturn isə Dolça bürcündə 1993-cü ilin aprelin 27-dən iyunun 23-nə qədər olub. 4-cü sətirdə qədim romalıların "Albanois" adlandırdıqları Azərbaycanla Ermənistan arasında 1993-cü il aprel-iyun aylarında baş verən müharibədən bəhs edilir. Nostradamus azərbaycanlıların yüngül silahla silahlanacaqlarını da əsrlərlə öncə görüb.

Yeri gəlmişkən, tədqiqatçı Bardo Kidoqo bu katrendə Azərbaycanla bağlı maraqlı fikir irəli sürüb: "Albaniya deyəndə nədənsə insanlar Balkanları göz önünə gətirirlər. Bu təsəvvür düz deyildir. Əslində, qədim tarix Nostradamus da buna işarə edir ki, (mütləq bax: 5 k91), Albaniya Qafqaz İran arasında indi Azərbaycan kimi tanınan ərazidir" (Bardo Kidoqo. Nostradamus. London, 1994, səh.32).

Nostradamusşünas Con Houq da məsələyə öz münasibətini bildirir: "Qədim Albaniya Zaqafqaziya regionudur". Katren XX əsrin 90-cı illərində baş verən Ermənistan-Azərbaycan münaqişəsindən bəhs edir. 1993-cü ilin aprel-iyun aylarında erməni ordu hissələri özünün həlledici qələbəsini əldə edərək Dağlıq Qarabağı Azərbaycandan ayırdı. 90-cı illərin ortalarında Azərbaycan-Ermənistan münaqişəsi səngidi (Con Houq. Nostradamusun külliyatı. Britaniya, 2001, səh.399). (Nostradamusun möcüzəli aləmi, s.410).

5 k6

Kahin əlini krala toxunduraraq, gəlib İtaliyada sülh naminə ibadət edəcək.

Bu kraldan dünyaya sülhsevər hökmdar gələcək.

Hökmranlıq əsası (skipetr) sol ələ keçəcək.

Tədqiqatçılar Nostradamusun bu katrenini açmaqda çətinliklə üzləşiblər. Doğru qənaətə gəliblər ki, böyük görücünün söhbət açdığı hadisələr gələcəkdə baş verəcəkdir. Bizə qalırsa, bu katren Roma Papası II İohann Pavelin Azərbaycana səfəri (22.05-23.05 2002), Prezident Heydər Əliyev oğlu İlham Əliyevlə bağlıdır.

Biz bu qənaətə ciddi tədqiqat apararaq gəlmişik. Məsələ burasındadır ki, Nostradamusun dövründən XX əsrin 2-ci yarısına qədər heç bir Roma Papası İtaliya sərhədlərindən kənara çıxmamışdır. Nostradamusun katrendə söhbət açdıqları Papa II Pavelin vaxtında baş verib. Azərbaycan Mərakeşdən başqa, dövlətin başçısı sağ ikən Papanın ziyarət etdiyi 130-a qədər ölkənin heç birində atadan sonra hakimiyyətə oğul gəlməyib.

Doğrudur, İordaniyada kral Hüseyndən Suriyada Hafiz Əsəddən sonra (ölüm tarixi: 10 iyun 2000-ci il) hakimiyyətə oğlanları Abdulla Bəşər Əsəd gəliblər. Lakin Roma Papası Suriyaya 2001-ci ilin may ayında ziyarətə gedib. Yeri gəlmişkən, Papa İohann II Pavelin İordaniyaya səfəri onunla bağlı Web saytda yer almış almadığına görə, 27-30 avqust 2006-cı ildə İordaniyaya gedərkən öyrəndik ki, Papa II Pavelin İordaniyaya səfəri 2000-ci ilin mart ayında olub. Kral Hüseyn isə 1999-cu ilin fevral ayının 7-də vəfat edib. Qənaətimizin doğruluğuna əmin olduq.

Onu da deyək ki, Roma Papasının bir xristian ölkəsinə səfəri böyük hadisə kimi Nostradamusun diqqətini cəlb etməyə bilərdi. Lakin qədim zamanlardan ərazisində yəhudilərin əmin-amanlıqla, toplum halda yaşadığı, dünyaya neçə-neçə görkəmli yəhudi musiqiçisi, alim, həkim s. töhfə etmiş Azərbaycan milliyyətcə yəhudi olan görücünün diqqətini çəkməyə bilməzdi. Burada onu da demək yerinə düşər ki, siyasi durum ucbatından Suriya, İordaniya, Mərakeşdə yəhudi yaşamır.

Roma Papası II Pavelin müsəlman ölkəsi Azərbaycana gəlişi, Azərbaycanda katolik kilsəsinin tikilməsi üçün torpaq sahəsinin ayrılması da gənclikdən katolik dinini qəbul etmiş Nostradamusun nəzərindən yayına bilməzdi. Azərbaycanda yüksək səviyyədə qarşılanan Roma Papasının ölkəmizdən çox məmnun getməsi İtaliyaya qayıdandan sonra göndərdiyi razılıq teleqramı məktubu çox mətləblərdən söz açır. 2-ci sətirdən göründüyü kimi, İtaliyaya qayıtdıqdan sonra o, Azərbaycanda sülh, əmin-amanlıq naminə ibadət edib. Roma Papasının Azərbaycana ziyarətindən sonra Vatikanın nümayəndə heyətlərinin tez-tez ölkəmizə gəlməsi, dövlətimizin başçısı İlham Əliyevin II Pavelin dəfn mərasimində iştirak etməsi təməli Heydər Əliyev tərəfindən qoyulan xoşməramlı əlaqələrə xidmət edir. Nostradamusun katrendə işlətdiyi "kral" sözü "dövlət başçısı" mənasına gəlir. 4-cü sətirdən göründüyü kimi, İlham Əliyev hakimiyyətə gəldi xalqın mənafeyində uyğun sülhsevər siyasət yeritməyə başladı.

O ki, qaldı Mərakeşə, demək lazımdır ki, Papa II Pavel 1985-ci ilin avqust ayında Mərakeşdə 50 minlik izdiham qarşısında çıxış edib. 1999-cu ilin iyul ayında kral II Həsən öləndən sonra onun yerinə oğlu Məhəmməd keçib. Lakin Mərakeşin Vatikanla heç bir əlaqəsi olmadığına, ölkədə yəhudilərin yaşamadığına görə bu katreni Məhəmmədlə əlaqələndirmək doğru olmazdı. (Nostradamusun möcüzəli aləmi, s.362-364).

4 k87

Çoxlu dil bilən kral oğlu Krallıqda öz sələfindən fərqlənəcək.

Onun gözəl atası oğlunun böyüklüyünü başa düşəcək.

Əsas rəqibini kənarlaşdıracaq.

Tədqiqatçılar bu katrenin fransız kralı III Henridən bəhs etdiyini qeyd edirlər. Göstərirlər ki, III Henri sələfi olan qardaşı IX Karldan fərqlənirdi. O, bir neçə əcnəbi dildə danışır, ölkəni guya daha yaxşı idarə edirdi. Katrendən göründüyü kimi, söhbət ata oğuldan gedir. Odur ki, katreni qardaşı Karldan sonra hakimiyyətə gələn III Henriyə aid etmək doğru deyildir.

Biseksual olan bu adama hamı nifrət edirdi. Çox nahaq qanlar tökən III Henrini axırda qanına qəltan edərək xəncərlə öldürmüşdülər (Con Houq. Nostradamusun külliyyatı. Moskva, 1999, səh.75).

Bizə qalırsa, bu katrendə söhbət Azərbaycanın sabiq Prezidenti Heydər Əliyev və hazırkı Prezident İlham Əliyevdən gedir. Katrenin bütün sətirlərində bəyan olunanlar İlham Əliyevin həyatı və fəaliyyəti ilə birmənalı şəkildə səsləşir. İlham Əliyev həqiqətən də öz sələfindən fərqlənir. O, atasının əsasını qoyduğu böyük işləri ağıl və təmkinlə həyata keçirir. Möhtəşəm Bakı-Tbilisi-Ceyhan neft kəməri (artıq Qazaxıstan da bu kəmərə qoşulmaq barədə müqavilə imzalayıb), planlaşdırılan və tezliklə reallaşması gözlənilən qaz kəməri (Türkmənistan da bu müqaviləyə qoşulacaq), Azərbaycanı və hətta Orta Asiya dövlətlərini Avropa ilə birləşdirəcək Dəmiryol xətti, ölkə daxilində görülən vüsətli işlər Nostradamusun diqqətindən qaça bilməzdi (Nostradamusun möcüzəli aləmi, s.352).

                 

Qəzənfər PAŞAYEV

Respublika Ağsaqqallar Şurası İdarə

Heyətinin üzvü, Əməkdar elm xadimi,

professor        

 

525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.11.