Müharibə: Qürur və kədər
Teatrın simvolu olan maskada bir göz gülür, digəri
ağlayır.
Bu, həm də həyatın rəmzidir. İnsanın iki gözü var - biri ilə
gülür, biri ilə ağlayır. Ağlayan
göz gülən gözdən zəif olur.
Allahın
yaratdığı cahan da belədir: gecə və
gündüz! Mifdən təfəkkür abidəmiz olan
Avestadan başlanan dual fəlsəfə də əslində,
buna əsaslanır: işıqlı dünya, ağ
qoç və qara qoç (Məlikməmməd
nağılı). Müharibə xalqın tarixindən və
taleyindən keçən qara zolaqdır: qələbədən
doğan qürur, şəhidlikdən yaranan kədərlə
birləşir. Həyatın mənası,
ömrün məsafəsi bu iki qütb arasındadır.
Azərbaycan xalqı və dövləti öz tarixinin
öz şərəfli dövrünü yaşayır. 27 sentyabr 2020-ci il! - Azərbaycanın ən yeni tarixinin
başlanılması günü hesab edilməlidir. Xalqımız XX əsrin 91-ci ilində böyük
mücadilələr apararaq ağır itkilər, qanlar
axıdıb, şəhidlər verərək, yenidən
öz istiqbalına qovuşdu. Lakin bu qədim,
ulu xalqın, böyük millətin qüdrətli dövlətin
düşmənləri onun gözəlliyinə və sərvətinə
göz dikənlər Azərbaycanın dövlət müstəqilliyi
ilə barışmaq istəmirdilər. Onlar
xalqımızın və millətimizin - türkün əbədi
düşməni terrorçu erməni toplumuna tarixdə həmişə
olduğu kimi bu dəfə də istifadə etdilər. Azərbaycanda olan hakimiyyət boşluğundan
yararlanıb fürsəti fövtə verməyən ermənilər,
özlərinin "dənizdən-dənizə böyük
Ermənistan" xülyası ilə yeni torpaqlar ələ
keçirmək üçün rus ordusunun köməyi ilə
Qarabağı - Azərbaycanın ətraf rayonlarını
işğal etdilər. Otuz ilə
yaxındır ki, Azərbaycan xalqı və dövləti
dünya dövlətlərinə hörmət və ümid
edərək, səbirlə dözməli oldu. Lakin heç bir qanun Beynəlxalq Hüquq
azğın-terroru özünün mövcudluq tərzi
seçən Ermənistanı işğal etdiyi Azərbaycan ərazilərindən
çıxmağa məcbur edə bilmədi. Ermənistan sülh danışıqlarına məhəl
qoymadı status-kvonu saxlamağa çalışdı. Cəzasız qaldığı üçün
azğınlığı son həddə çatdı, Azərbaycanla
hədə ilə danışmağa başladı. Azərbaycan
xalqının müdrik bir məsəli var: "Yasin oxumaqla
donuz darıdan çıxmaz". Bu gün bütün
dünya təhlükəli bir virusla - koronavirusla, Azərbaycan
isə iki virusla həm koronavirusla, həm də ondan heç
də az təhlükəli olmayan armiyan
virusla mübarizə aparır. Dünya birincinin
dərmanını tapmayıb. İkincinin
dərmanı isə biz tapmışıq. Onun adı yaylım atəşidir.
Dünya siyasətində beynəlxalq münasibətlərdə
və konfliktlərdə, baş arbitor rolunu oynamaq səlahətlərinə
malik BMT artıq öz vəzifələrini kifayət qədər
yerinə yetirə bilmir. Müharibə ocaqlarını
söndürə bilmir. XXI əsrin cəsarətli siyasətçisi,
dəmir iradəli dövlət xadimi, Azərbaycan Prezidenti cənab
İlham Əliyev BMT-nin Təhlükəsizlik
Şurasının yüksək kürsüsündən
çıxış edərkən söylədi ki: "BMT-də
islahatlar aparmaq lazımdır". Bir ali təşkilat ki,
özünün yekdilliklə qəbul edilmiş dörd qətnaməsini
26 ildir ki, Ermənistan kimi cırtdan bir dövlətə icra
etdirə bilmir, onda bu təşkilat nəyə lazımdır?
Azərbaycan
Prezidenti BMT-nin Təhlükəsizlik
Şurasının kürsüsündən bəyan etdi ki,
Ermənistan müharibəyə hazırlaşır. Bu
dövrdə münaqişənin sülh və
danışıqlar yolu ilə həll etməli olan Minsk qrupu
Azərbaycana turist kimi gəlib-getməkdən başqa bir iş
görmür.
Ermənistan Qarabağdan uzaq regionlara - təxribatlara əl
ataraq, üçüncü dövləti müharibəyə
cəlb etmək üçün Tovuz, Daşkəsən, Gəncə,
Mingəçevir şəhərlərinə öz ərazisindən
ağır artirlerliyadan və qadağan olunmuş silahlardan
hücumlar edir. Hərbi qulluqçular və dinc əhali
arasında ölənlər və yaralananlar var. Dünya buna laqeyd
qaldı, susdu. Və Azərbaycan Prezidenti Ermənistanın
baş nazirinin sülhə əngəl olan ağılsız
bəyanatlarına "Qarabağ Ermənistandır"
iddiasına, digər təhlükəli və təhrikedici
fikirlərinə cavab olaraq, öz dinc əhalisini qorumaq,
işğal olunmuş torpaqlarımızı otuz illik əsirlikdən azad etmək, bununla
da, Azərbaycan xalqının iradəsini yerinə yetirmək
üçün arsenalında olan bütün növ silahlarla
genişmiqyaslı hərbi əməliyyatlara rəvac verməli
olacaq.
Siyasətin bitdiyi, sözün tükəndiyi yerdə
konstruktiv təkliflərin həyata keçmədiyi anda Ermənistanın
hərbi-siyasi rəhbərinin yeni torpaqlar işğal etmək
istəyinə cavab olaraq müharibə aparmalı oldu. Azərbaycan Prezidenti
müharibə diplomatiyasını hazırladı cəsarət,
qətiyyət və soyuq intellektual ağılla bir həftə
ərzində Ermənistan və xarici havadarlarının otuz
ildə yaratdığı xofu, mifi, istehkamları ağır
və qiymətli silahları, komanda məntəqələrini
rəşadətli Azərbaycan ordusunun şücaəti və
qəhrəmanlığı sayəsində yerlə-yeksan
etdi, düşməni diz çökdrdü. Azərbaycan
bu həlledici tarixi məqamda öz dostlarını və
düşmənlərini tanıdı.
Böyük türk yazıçısı Çingiz
Aytmatovun vaxtilə dediyi "İlham Əliyev XXI əsrin
lider etalonudur!" həqiqəti tarixdə öz yerini tutdu. Azərbaycan Prezidentinin
BMT-nin Təhlükəsizlik Şurasındakı məntiqli
parlaq diplomatik çıxışı, müharibənin ilk
həftəsində şanlı döyüşlər
kontekstində məşhur “Əl-Cəzirə” telekanalına
verdiyi geniş müsahibə ən yeni tariximizin ideoloji əsasları
idi. Azərbaycanın uzaqgörən, cəsarətli
və qətiyyətli prezidenti müharibənin səbəblərini
Ermənistanın təhrikçiliyinin mahiyyətini,
müharibənin xarakterini - Vətən müharibəsini
milli istiqlalımıza qarşı yönəlməsi, haqq, ədalət
savaşı olduğunu bütün düşünən bəşəriyyətə
bəyan etdi.
Vətən müharibəsi cahanşümul qələbələrlə
davam edir. İnşaallah tam qələbəmizlə
sonuclanacaq. Bundan sonra müstəqil Azərbaycan
öz tarixi taleyi, inkişafının prioretləri üzərində
düşünməli olacaq. Doğrudur, məlum
obyektiv səbəblər üzündən, balalarımız
məktəbdə dərs keçə bilmir. Fəqət onlar həyat məktəbində tarix dərsi
keçir, qəhrəman olmaq həvəsi ilə
böyüyürlər. Göranboylu
müəllim yazmışdı ki, mən həmişə
bir tələbəmə iki yazırdım. Onu danlayırdım ki, oxusun. O, tarix dərsini
oxumadı. Özü
tarix yaratdı. Böyük şairimiz Səməd
Vurğun belə suallar verirdi: "Tarix utanmazmı
yaratdığından?", "Qalib gələcəkmi
cahanda kamal?" bu suallar bu gün də müasir səslənir.
Onlara biz cavab verməliyik və veririk də...
Bir məsələyə də öz münasibətimi
bildirməliyəm. Mən türkçüyəm, dəfələrlə
yazmışam: "Dünya ona görə gözəldir ki,
orada türklər yaşayır. Harada türkcə
danışıq eşidirəm dönüb ora salavat çəkirəm,
türkün səsi gələn yer mənim qibləgahımdır.
Türkçülük mənim
idealımdır". Tarix
göstərdi ki,
Türkiyə prezidenti
Ərdoğan böyük Heydər Əliyevin "Bir
millət, iki dövlət" fəlsəfəsinə sadiq
qalaraq, bütün həlledici tarixi məqamlarda Azərbaycana
qardaşlıq münasibəti göstərir. Fəqət,
Azərbaycan üçün həlledici olan bu günlərdə
digər türk dövlətləri - Qazaxıstan,
Qırğızıstan, Türkmənistan və Özbəkistan
sanki öz türklüklərini unudublar. Azərbaycana
mənəvi dəstək göstərmirlər.
Doğrudur, hər ölkənin öz dövlət
maraqları var. Müsəlman dövləti olan Pakistan,
xristian dövlətləri - Ukrayna və Belarus bunu edir,
kökü soyu bir, geni-dini bir qardaşlarımız öz ənənəvi
dövlət maraqlarından çıxa bilmir, ya da
çıxa bilmir. Mən bir neçə il
əvvəl, "Türkə yiyə Türkiyə"
adlı məqalə yazmışdım. Bu
yazı bir çox nəşrlərdə çap olundu.
Orada yazmışdım: "İndi Türkiyənin
arxasında türk dövlətləri, çox milyonlu
türk dövləti dayanır". Azərbaycana
münasibət göstərir ki, o zaman reallığı
düzgün qiymətləndirməmişəm. Bir qədər hissiyyata qapılmışam. Yenə də bunu qardaş giley-güzarı kimi
deyirəm.
Azərbaycan Prezidenti cənab İlham Əliyev deyir ki,
bizim heç kimin hərbi iqtisadi köməyinə
ehtiyacımız yoxdur. Haqq işimizə mənəvi dəstək
istəyirik. Bunu da qardaş Türkiyə və dünyada ədalət
istəyən dövlətlər bizə göstərir.
Azərbaycan özü-özünə dayaq
olmağı bacaran iqtisadi cəhətdən inkişaf
etmiş, siyasi-diplomatiya sahəsində böyük nailiyyətlər
və nüfuz qazanmış uğurlu idarəçiliyə
malik rəhbəri olan müasir sivil bir dövlətdir.
O, bu gün dünyada müxtəlif sivilizasiya və mədəniyyətləri,
multikultural dəyərləri uğurla birləşdirir. Azərbaycan pleetnik cəmiyyətdir. Burada tarixən bir çox xalqlar və etnik qruplar -
talışlar, ləzgilər, tatlar, yəhudilər, ruslar,
saxurlar, engiloylar və sair birlikdə səmimi mehriban
yaşayırlar. Hiyləgər
düşmən təbliğat və təxribat apararaq,
onların arasında rəxmə salmaq, abargen millət olan
türklərin əleyhinə qaldırmaq istəyir. Azərbaycan
xalqı vətənçilik - Azərbaycançılıq
amalı ilə monolit şəkildə birləşib: Azərbaycançılıq
türkçülüyün "vətən əxlaqı"
(Ziya Göyalp) müstəvisində dərkidir. Fəqət Ermənistanda ruslardan başqa etnik xalq
yoxdur. Bu onu göstərir ki, ermənilər
başqa xalqları sevmir, onlara nifrət edir, onlara öz
içlərində yaşamağa heç bir şərait
yaratmır. Necə ki, tarixən indiki Ermənistan
(Əslində, Azərbaycan!) torpaqlarında yaşayan azərbaycanlıları
zorla deportasiya etdilər. Ermənilər çox
etibarsız toplumdur,
hansı xalqlarla yaxınlıq edir, torpağına
göz dikir. On gündən artıq davam edən
tarixi döyüşlər təkcə ordumuzun və
silahımızın gücünə yox, eyni zamanda, poleetnik cəmiyyət
abargen bir millət olaraq bizi özümüzə
tanıtdı. Ümumi düşmənə
qarşı vətənçilik bağlantısı ilə
daha da birləşdirdi. Heç kim
haqq yolundan sapmadı. Ermənistan heç bir beynəlxalq
qanuna 1949-cu il Cenevrə
konvensiyasının protokollarına məhəl qoymadan beynəlxalq
humanitar hüquqa ehtiva etmədən Azərbaycanın dinc əhalisini
hədəf seçməkdə davam edir. Onlar qadağan
olunmuş kasetli bağlıqları olan bombalardan-klasterlərdən
istifadə edərək, döyüş ərazisindən
uzaq, Gəncə, Mingəçevir şəhərlərini və
onun dinc əhalisini atəşə tuturlar.
Bu gün Azərbaycan təkcə silahla yox, həm də RUHLA və SÖZLƏ müharibə aparır. Yalan və şər üzərində qurulmuş erməni təbliğat maşını dünyaya gecə- gündüz təxribatçı böhtanlar püskürür. Bu missiyanı yerinə yetirməli olan həmkarlarımdan, ziyalılarımızdan da bir qədər gileyliyəm. Kütləvi informasi vasitələrində, televiziya və mətbuatda yazıçıların, alimlərin, şairlərin nüfuzlu sözü eşidilmir. Jurnalistlərimizi tək qoymuşuq. Azərbaycanın ən güclü silahı məntiqli SÖZDÜR. Kitabi Dədə Qorquddan, Xaqani və Nizamidən, Nəsimi və Füzulidən tutmuş, bu günə qədər SÖZÜMÜZ üzümüz ağ eyləyib. Böyük dövlət xadimi şah və şair Şah İsmayıl Xətai təsadüfən yazmırdı:
Söz var ki, kəsdirər
başı
Söz də var
kəsər savaşı!
İndi bizə savaşı qalibiyyətlə kəsən SÖZ lazımdır. Gəlin qiymətli sözümüzü xalqımızdan əsirgəməyək. Erməni yalanlarını həqiqətin sərt gücü ilə dəf etməkdə dövlətimizə kömək edək. Doğrudur, ermənilərlə danışmaq yox, vuruşmaq lazım imiş... Ona görə onlarla danışa bilmədik ki, onlar xalq və millət deyil başqalarının əlinə baxan pay uman lazım gələndə qadınlarını irəli verən, qul xislətli bir toplumdur. Onların özlərinin tarixi yoxdur. Ondan-bundan oğurladıqları yalan yığını var. Onlar özləri deyirlər ki, "Ermənilər tarixilərinin qədimliyinə görə erməni xalqına yox, erməni tarixçilərinə borcludur". Biz isə qədim türk əşirətləri zamanından üzü bəri tarix yaratmışıq, lakin qələbələrimizin tarixini yazmamışıq. Xüsusilə sovet dönəmində tariximiz totalitar ideologiyanın basqısı altında yanlış yazılıb. Dostum, Xalq şairi Nəriman Həsənzadə yazırdı:
Tarix yaradan biz
olduq, tarix yazan özgələr
Tarixə
düşməyibdir bizim tarixi hünər, bizim tarixi zəfər!
GƏLİN TARİXİMİZİ YARADAQ
VƏ ONU OLDUĞU KİMİ YAZAQ!
Gələcək nəsillər, atalarımızın və bizim səhvimizi təkrar etməsin, bir də heç vaxt "Qardaş olub Hayastan, Azərbaycan" deyə oxumasın. 1905, 1918, 1948, 1988-in qırğınlarını 1990-cı ilin 20 Yanvarını, amansız Xocalı soyqırımını və deportasiyaları unutmasınlar.
Nizaməddin ŞƏMSİZADƏ
Dövlət mükafatı
laureatı, Əməkdar elm xadimi
525-ci qəzet.- 2020.- 15 oktyabr.-
S.10.