Səsimizi eşitməyən dünya
Azərbaycan növbəti dəfə erməni təcavüzü
ilə üz-üzədir. Ermənistanın ötən əsrin 80-ci illərindən bəri ardıcıl xarakter almış terroru bu günə kimi davam edir.
Bu təcavüzkarların Azərbaycanda törətdikləri
vəhşiliklər saymaqla
bitmir. Torpaqlarımızı işğal etdilər,
terror aktları törətdilər,
dinc əhalini qırdılar, körpələrimizə
olmazın zülmlər
verdilər, doymadılar
ki, doymadılar.
Törətdikləri əməlləri cəzasız
qalan ermənilər bu vəhşiliklərini bu gün də
davam etdirirlər, lakin dünya bütün bunları görməzdən və duymazdan gəlir. Bəs səbəb
nədir? Bizim müsəlman,
ya türk olmağımızmı? Bu
qədər canlar gedir, evlər dağılır, ancaq dünya bunu terror kimi görmür. Döyüş əməliyyatları gedən ərazilərdən
xeyli uzaqda yerləşən şəhər
və rayonlarda dinc əhaliyə qarşı törədilən
vəhşiliklərin səbəbi
nədir? Terror deyilsə, nədir bu? Əgər bütün bu
raketlər Gəncəyə,
Mingəçevirə deyil
də, İrəvana atılmış olsaydı,
dünya hələ də susardımı, yoxsa ayağa qalxıb Azərbaycanı
terrorçu dövlət
kimi qınayardımı?
Bu hadisələr Azərbaycanda baş verdiyi üçün Cenevrə konvensiyasının
4-cü bəndi - "Müharibə
zamanı mülki şəxslərin müdafiəsi"
unudulur. Bəs dünya
əhalisi buna niyə səssiz qalır? Bizmi səsimizi yetərincə
çatdıra bilmirik,
ya dünya mediası üzünü
bizdən çevirib?
Bu il mayın 25-də
ABŞ-da - Minneapolisdə ağdərili
polis əməkdaşı Derek Chauvinin qandallı şəkildə yerə uzadılmış afroamerikan
Corc Floydu boyun nahiyəsindən dizi ilə sıxaraq
öldürməsi hadisəsi
bütün dünyanı
- ən sadə vətəndaşından ən
məşhuruna kimi sarsıtmışdı. Əhalinin
90 faizi bu hadisəni
qabartmış, bütün dünya BlacklivesMatter
haştaqı ilə rasizmə etirazlarını bildirmişdi. Həftələrlə davam edən etirazda xalq küçələrə tökülmüşdü. Bir
nəfər qaradərilinin ölümü
rasizmə etiraz etməyə səbəb olmuşdu. Demək ki, nə
imiş? Dünya
günahsız insan ölümlərinə,
rasizmə, terrorizmə səssiz qalmırmış.
Hazırda media ən güclü
silah rolunu oynayır.
O, dünyaya nəyi çatdırsa, dünya da
qarşılığında ona inanacaq. Lakin hələ də
ən güclü media
kanalları və saytların bir çoxu Gəncədə törədilmiş
bu terrorizm hadisəsini
işıqlandırmaqdan boyun
qaçırır. Azərbaycan xalqı əlindən gələni
edərək informasiya müharibəsinə
qoşulub, öz haqq səsini dünyaya
çatdırmağa çalışır, bunun
uğrunda əzmlə mübarizə
aparır. Ancaq bu da kifayət deyil. Bütün media bizə tərəf
dönməli və bu haqsızlığı
görüb dünyaya
çatdırmalıdır.
Bəs niyə səsimizi duyub bizə dönmürlər və bu terroru işıqlandırmırlar? Buradakılar can deyilmi? Sosial mediada izləyicisi sayca çox olan və nə ilə məşhurlaşdığı hər kəsə məlum olan Kim Kardaşyan erməni terrorizmini açıq-aşkar dəstəkləyir və heç bir hadisə törətmədiyimiz halda bizi terrorçu millət kimi qələmə verir. Ən dəhşətli tərəfi isə, insanların, ən çox da digər məşhurların heç bir araşdırma aparmadan bu "məşhur qadının" sözlərinə inanmasıdır və ermənilərin bu çirkin təbliğatını dəstəkləməsidir. Təbii ki, Azərbaycanı - haqqı dəstəkləyənlər də var, amma bu, çox şeyi dəyişmir, qurbanlar azalmır, ermənilər öz iyrənc əməllərinə davam edirlər. Bu murdar millətin özünü yazıq hala salıb, atəşkəs istəyib yalvarmasının üstündən heç bir gün keçməmiş öz çirkin əməllərini yenidən göstərməsi, Gəncə qırğınını törətməsi bizə artıq neçənci dəfədir sübut edir ki, bu millətinin yalançı yalvarışlarına məhəl qoymaq olmaz.
Artıq bıçaq sümüyə dirənib.
Xalqımızın bundan sonra
özünə qarşı olan
haqsızlıqları udmaq niyyəti yoxdur. İllərdir səsimizi eşitməyən
dünyanın əllərini öz
qulaqlarından çəkib bizim haqq səsimizi duymasının zamanı çoxdan yetişib.
AFƏRİM
525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.9.