General Polad Həşimov haqqında xatirələr kitabı yenidən nəşr olundu

 

 “General Polad Həşimov xatirələrdəkitabıHədəf Nəşrləri”ninXatirə ədəbiyyatısilsiləsində işıq üzü görüb.

Nəşriyyatdan 525.az-a verilən məlumata görə, 268 səhifəlik sözügedən kitab 14 iyul tarixində Tovuz istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş Azərbaycan ordusunun general-mayoru Polad Həşimova həsr olunub.

Kitabda ailə üzvlərinin, cəbhə yoldaşları və əsgərlərinin, müxtəlif peşə sahiblərinin Polad Həşimovla bağlı xatirələri yer alıb.

 Kitabın 60 səhifəsini əhatə edən “Polad Həşimov fotolarda” bölməsində mərhum generalın uşaqlıq illərindən tutmuş həyatının müxtəlif anlarında çəkilmiş şəkillər verilib. “General Polad Həşimov xatirələrdə”– general-mayor Polad Həşimova həsr olunmuş ilk dolğun kitabdır.

Hədəf Nəşrlərisözügedən kitabın ikinci nəşrini yalnız istehsal qiymətinə satışa çıxardığını da açıqlayıb.

Bu barədə nəşriyyatın təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Şəmil Sadiq açıqlamasında deyib:

 “General Polad Həşimov xatirələrdəkitabı mənim Hədəf Nəşrlərikomandasının mənəvi narahatlığının nəticəsində ərsəyə gəlib. Biz kitabın 1000 tirajlıq ikinci nəşrini hamıya əlçatan etmək üçün yalnız istehsal qiymətinə satışa çıxardıq. Kitabın satıldığı bütün mağazalar bu təklifimizi yekdilliklə qəbul etdilər heç bir qazanc olmadan bu kitabın satışını həyata keçirməyə razılaşdılar. Mən onların hər birinə təşəkkür edirəm”.

Oxucular hazırda sözügedən kitabı mağazalardan cəmi 3 manata əldə edə bilərlər.

Qeyd edək ki, “General Polad Həşimov xatirələrdəkitabının ilk 2000 tirajlıq nəşriniHədəf Nəşrləriictimaiyyətə tamamilə pulsuz paylayıb.

 

525-ci qəzet.- 2020.- 15 oktyabr.- S.9.