Yazıçılar Birliyinin
Həmkarlar İttifaqından
Silahlı Qüvvələrə
dəstək
Azərbaycan Yazıçılar Birliyinin (AYB) Həmkarlar İttifaqı Azərbaycan
Respublikası Silahlı
Qüvvələrə Yardım
Fonduna 3 min manat pul köçürüb.
Bu barədə
AYB-in Həmkarlar İttifaqının
sədri, tanınmış
şair Firuzə Məmmədli məlumat verib.
"Bu həssas məqamda hər bir azərbaycanlının
ürəyi Qarabağda
torpaqlarımızın azadlığı
uğrunda döyüşən
və böyük zəfərlər qazanan şanlı Azərbaycan Ordusu, rəşadətli Azərbaycan əsgərləri
ilə döyünməlidir.
Buna görə Silahlı
Qüvvələrə kiçicik
bir yardım etmək istəyən qələm adamlarının
xoş niyyəti təqdirəlayiqdir. Allah şəhidlərimizə
rəhmət eləsin!
Allah Azərbaycan Ordusuna
yeni qələbələr
qazandırsın! Qarabağ Azərbaycandır!",
- deyə, F.Məmmədli
bildirib.
525-ci qəzet.-2020.-16 oktyabr.- S.16.