Ədalət Muradov: "Artıq UNEC həm keyfiyyətli təhsil brendi kimi qəbul edilir"

 

"Bugünkü universitetimizin nailiyyətlərinin əsasında məhz 90 ilin zəhməti fədakar əməyi dayanır. 1930-cu ildə yaradılan universitetimizin bir neçə dəfə adı dəyişdirildi, müstəqil müxtəlif universitetlərin tərkibində fəaliyyət göstərdi. Yalnız bir şey dəyişməz qaldı: biz əzmlə çalışmağa davam etdik, vətənimizin inkişafına öz töhfəsini verən mütəxəssislər, dəyərli vətəndaşlar yetişdirdik. Artıq dünyanın hər bir guşəsində qürur duyduğumuz, elmi, zəkası, müasir, yaradıcı baxışı ilə seçilən məzunlarımızın sədası eşidilir. 90 illik yubileyinə Azərbaycan Dövlət İqtisad Universitetini brendləşdirdik. UNEC brendi Azərbaycanla yanaşı, Türkiyə, Macarıstan, Polşa, Litva, Latviya, Slovakiya Xorvatiyada da rəsmi qeydiyyata alındı. Artıq UNEC həm keyfiyyətli təhsil brendi kimi qəbul edilir".

 

Bunu "525"ə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov deyib. Rektorun sözlərinə görə, təhsildə ən müasir tendensiyalar nəzərə alınaraq, Elektron Universitet modelini reallığa çevirdik: "Elektron sənəd dövriyyəsini uğurla tətbiq etdik. Universitetimizə əcnəbilərin təkrar ali təhsilə qəbulun ancaq internet üzərindən həyata keçirilməsi sistemini yaratdıq. Ən müasir texnologiyalarla təchiz olunmuş 20 min tələbəyə distant təhsil vermək gücündə olan "UNEC Extern" distant təhsil mərkəzini istifadəyə verdik, proktoring sistemi onun tətbiqi ilə online imtahan sistemini tətbiq etdik.

 

Müəllimlər arasında rəqabəti gücləndirməklə tədqiqatların prioritetliyini təmin edən müəllimlərin əməkhaqqının formalaşmasında ciddi amilə çevrilən obyektiv şəffaf reytinq sistemini yaratdıq. Elmi potensialın reallaşdırılması üçün əlverişli mühit formalaşdırdıq. UNEC-in ciddi tədqiqatlar aparan tədqiqatların nəticələrini beynəlxalq elmi bazalarda nəşr etdirən tədqiqat universitetinə transformasiyasında uğurlar əldə etdik. 1991-2020-ci illərdə UNEC-in "Web of Scinece" bazasına daxil olan bütün elmi əsərlərinin 80 faizdən çoxunu məhz son 5 ildə təmin etdik. 30-dan çox tədqiqat mərkəzləri yaratdıq.

 

Nüfuzlu doqquz xarici universitetlə ikili diplom proqramının reallaşdırılmasına nail olduq. Bu gün universitetimizin məzunlarının UNEC-in diplomu ilə bərabər, həm Linkoln (ABŞ), Monpelye İCD (Fransa), London İqtisadiyyat Məktəbinin (Böyük Britaniya), Mikolas Romeris (Litva), UBİS (İsveçrə), Ali İqtisad Məktəbi Moskva Dövlət Humanitar İqtisad (Rusiya Federasiyası) universitetlərinin diplomunu qazana bilmələrini təmin etdik. Universitetimizi ali iqtisad təhsilini ixrac edən universitetə çevirə bildik. UNEC Rusiya Federasiyası ərazisində təhsil xidmətləri göstərmək üçün yeganə xarici universitet kimi lisenziya aldı. Avropa İttifaqına üzv olan Yunanıstanda UNEC-i akkreditasiyadan keçirdik Yunanıstanın Qərbi Makedoniya Universitetində birgə magistr proqramını reallaşdırdıq. UNEC-i tələbə mərkəzli universitetə çevirə bildik. Tələbə özünüidarəetməsində yeniliklərə imza atdıq tələbələrin seçdikləri "Tələbə rektor"un bir il ərzində fəaliyyətini, "İqtisadçı tələbələrin elmi fəaliyyətinə yardım" İB, "İqtisadçı vətənpərvərlər təşkilatı", "UNEC könüllüləri", "Rəqəmsal könüllülər" kimi 10-dan çox tələbə təşkilatının yaradılmasını təşviq etməklə onları universitet idarəetməsinə cəlb etdik. Tələbələrin asudə vaxtının səmərəli təşkilini həyata keçirən özündə müxtəlif dərnəkləri birləşdirən "UNEC Yaradıcılıq Mərkəzi"nin, İdman Klubunun, "UNEC radio"nun fəaliyyətini təşkil etdik".

 

Ə.Muradov qeyd edib ki, MBA təhsilində ixtisasların tələbələrin sayına görə liderliyə bu təhsil üzrə ölkədə bütün tələbələrin təqribən 70 faizini cəlb etməyə nail olundu. UNEC Biznes Məktəbi ABŞ-ın Biznes Məktəblərinin İnkişafı Assosiasiyasının (AACSB) tamhüquqlu üzvlüyünə qəbul ACCA tərəfindən akkreditasiya edildi. UNEC-in uğurları beynəlxalq reytinq agentliklərinin diqqətindən yayınmadı. Tarixndə ilk dəfə olaraq, 14 iyun 2016-cı ildə UNEC-in QS Reytinq Agentliyinin reytinq siyahısına daxil olmasına nail oldu. UNEC İnkişaf Etməkdə olan Avropa Mərkəzi Asiya Regionu universitetləri arasında ən yaxşı ilk 200 universiteti sırasına daxil oldu regionun ən yaxşı 4-cü iqtisad yönümlü universitet seçildi. Dünya universitetlərinin veb populyarlığını müəyyən edən UniRank reytinqində 2017-2020-ci illərdə UNEC hər il Azərbaycanın ən yaxşı ali məktəbi seçildi: "Qocaman nüfuzlu universitetimizin bir hissəsi olmaq həqiqətən qürurverici, sözlərlə ifadə edilə bilməyən nüfuzlu bir universitet dəyərini daşımaq fəxarətdir. Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) keçmişinə ehtiramla yanaşmaqla yanaşı, gələcəyinə böyük ümidlərlə baxırıq. İnanıram ki, universitetimizin zəngin təcrübəsini qoruyub artıracaq, yeni-yeni ideyaların müəllifi olacaq, daha böyük müasir layihələri həyata keçirəcək elmin yeni zirvələrini fəth edəcəyik. Bu yolda hər birimiz yorulmadan çalışmağa davam edəcəyik. Çünki bu yolun sonunda bizi hədəfləndiyimiz gələcək gözləyir. Hədəfimiz isə 2018-ci ildə qəbul etdiyimiz özündə 7 strateji məqsəd 31 strateji hədəfi ehtiva edən "UNEC-100" İnkişaf Strategiyasına əsasən UNEC-in 100 yaşının tamam olacağı 2030-cu ildə dünyanın ən yaxşı 500 universitetlərindən birinə çevrilməkdir".

 

525-ci qəzet.-2020.-16 oktyabr.- S.7