Məğlub olduqca azğınlaşan erməni faşizmi
Oktyabrın 15-də
işğalçı Ermənistanın faşist mahiyyətli
hərbi-siyası rəhbərliyi Azərbaycana, ölkəmizin
mülki əhalisinə qarşı növbəti qanlı
cinayət törədərək, öz vəhşiliyini bir
daha nümayiş etdirdi.
Azərbaycan
Respublikası Baş Prokurorluğunun yaydığı məlumata
görə, erməni silahlı birləşmələrinin Tərtər
rayonunu artilleriya atəşinə tutması nəticəsində
qəbiristanlıqda dəfn mərasimi zamanı 4 nəfər
mülki şəxs həlak oldu, 4 nəfər isə
ağır yaralandı.
Hətta ən gərgin
hərbi əməliyyatlar dövründə belə, dinc,
silahsız insanları atəşə tutmaq, xüsusilə dəfn
kimi sırf insani bir mərasimə toplaşanların üzərinə
mərmi yağdırmaq son dərəcə qəddar, antibəşəri
davranışdır.
Dəfn, yas mərasimləri
dünyanın əksər din mənsubları və millətləri
üçün toxunulmaz sayılır. Xüsusən, sakini
olduğumuz Qafqaz regionunda yüzillər boyu belə mərasimlərə
bu şəkildə amansız müdaxilə yolverilməz
hesab edilib. Sözsüz ki, erməni faşistlər zaman-zaman
qanlı əməlləri, qeyri-insani hərəkətləri
ilə özlərinin nəinki Qafqaza, ümumən
dünyamıza yad və təhlükəli ünsürlər
olduqlarını göstəriblər. Bu son cinayətləri
isə onların tamamən insanlıqdan kənar, bəşəriyyət
adına qara ləkə olduqlarını
açıq-aydın isbatladı.
Təsadüfi
deyil ki, mənfur düşmən öz hərbçilərinin
cəsədlərini döyüş meydanından
çıxarmaq adıyla və min xahiş-minnətlə
qazandığı humanitar atəşkəs rejimini də
çirkin niyyətləri, yeni hərbi cinayətləri
üçün istifadə etməyə
çalışdı. Erməni faşist rejimi 10 oktyabr
2020-ci il tarixində saat 12:00-dan etibarən elan edilmiş
humanitar atəşkəs rejiminin tələblərini, o
cümlədən, 1949-cu il tarixli Cenevrə
Konvensiyasının əsas norma və prinsiplərini kobud
şəkildə pozmaqla dinc əhaliyə qarşı
qatı cinayət əməllərini davam etdirdi.
Halbuki artıq hər
an şanlı Ordumuzun nişangahında, cəsur və sərrast
hərbçilərimizin hədəfində olan erməni
yaşayış məntəqələrinə münasibətdə
bizim hərbi komandanlığımız, əsgər və
zabitlərimiz qətiyyən analoji davranış sərgiləmirlər.
Əksinə, Azərbaycanın siyasi və hərbi rəhbərliyi,
eləcə də ön xətdəki qoşunlarımız
yüksək humanizm, insani davranış nümayiş etdirərək,
qarşı tərəfdə dinc adamların mümkün qədər
ziyan çəkməməsinin qeydinə qalırlar.
Gündən-günə
daha aydın görürük və bütün dünyaya da əyan
olur ki, Ermənistandakı və Dağlıq Qarabağdakı
murdar erməni rejimi terrorçu-faşist mahiyyətlidir. O iyrənc
rejimin əliqanlı canilər olan mənsubları bəşəri
simadan məhrum, insanlıqdan uzaqdır. Bir daha ortaya
çıxır ki, Azərbaycanın haqq savaşı
apardığı azğın düşmən bütün bəşəri
keyfiyyətlərə qənim kəsilib. Əslində, biz
bunun hələ 28 il əvvəl Xocalı
soyqırımında da şahidi olmuşduq. İndi isə təkrar
şahidi oluruq və təəssüf ki, bu, bizə yeni
qurbanlar bahasına başa gəlir. Erməni vəhşiliyi
üzündən Naftalanda bir ailənin bütün üzvləri
erməni terrorunun qurbanı oldu. Daha sonra gecə vaxtı Gəncənin
ağır raket atəşinə məruz qalması nəticəsində
neçə-neçə məsum vətəndaşımız
həyatını itirdi, körpələr yetim qaldı.
Lakin
düşmənin vəhşiliyi bizi əsla ruhdan
salmamalıdır. Dünən də, humanitar atəşkəs
əldə olunandan əvvəlki və sonrakı günlərdə
də dinc əhaliyə qarşı törədilən
bütün cinayətlər Ermənistanın acizliyinin təcəssümüdür.
Cinayətkar, işğalçı erməni-faşist
rejiminin bütün bu antibəşəri əməllərə
günbəgün, hətta hər saat məğlubiyyətlə
üzləşdiyi üçün əl atdığını
bilirik. Qüdrətli Azərbaycan dövlətinin,
şanlı Ordumuzun zərbələri altında əzilən
işğalçı düşmənin murdar ayaqlarının müqəddəs
torpaqlarımızdan, qanlı əllərinin isə
günahsız insanlarımızın baş üzərindən
birdəfəlik çəkiləcəyi günə az
qalıb.
Qələbə
bizimdir! Qarabağ Azərbaycandır!
Nadir Rzalı
525-ci qəzet.-2020.-16 oktyabr.-S.4