Azərbaycan Avropa mətbuatında
Avropa
qəzetləri hər gün Qarabağdakı müharibəni
diqqətdə saxlayır və öz siyasi
baxışlarına uyğun şərhlər verirlər.
Xüsusilə, Almaniya mətbuatında
"müsəlman Azərbaycan",
"xristian Ermənistan"a
vurğu Avropada yaşayan türklərin və Azərbaycanı sevən almanların sərt reaksiyası ilə qarşılanır.
Azərbaycanın Berlindəki səfirliyi
də alman mətbuatına bir açıqlama verdi
və Qarabağ hadisələrinin tarixini izah etdi, bəzi
media orqanlarının qəsdən
"müsəlman", "xristian" ifadələrindən
istifadə etdiklərini
bildirdi. Azərbaycan səfirliyinin açıqlamalarını
alan alman
dostlarımız da bu məsələdə türklərin yanında ön sıralarda idilər.
Nəsimi
"Divanı"nı
alman dilinə tərcümə edən dosent Michael Reinhard Hess özünün sosial
media hesabında belə
təbliğatın qəsdən
aparıldığını yazdı. Naşir Hans Jürgen Maurer da Azərbaycan səfirliyinin açıqlamasını
öz səhifəsində
yayımladı.
Müharibənin əvvəlində bitərəf
görünməyə çalışan
Avropa qəzetləri hadisələri başqa səmtə yönəltməyə
və iki gündən sonra açıq şəkildə
tərəf tutmağa
başladı. İngilis qəzeti "The Guardian" Qarabağ müharibəsində
Ermənistan təyyarələrinin
vurulmasinda Türkiyənin
rolu olduğunu iddia etdi. Fransız qəzeti "Le Monde" daha
da irəli gedərək Qarabağda Azərbaycan tərəfdən
suriyalı döyüşçülərin
vuruşduğunu yazdı.
Alman qəzetləri
bu xəbərlərə
başlanğıcda daha
diqqətli yanaşdılar. "Die
Welt" qəzeti hadisələrin
əvvəlində "Ərdoğanın
döyüşü" başlıqlı
məqaləsi ilə
tərəfini göstərdi.
Bu mövzuda eyni
qəzetdə bir şərh yazan Pavel Lokshin, "Qarabağda kimin müharibəsi var" adlı geniş məqaləsində hadisələrin
sovet dövründə
başladığını və bölgənin beynəlxalq hüquqa görə Azərbaycana
aid olduğunu bildirdi.
İki xalqın keçmişdə
birlikdə yaşadığını
və hətta evlilik yolu ilə
aralarında bağlar
qurulduğunu yazan Lokshin bu əlaqələrin
tədricən zəiflədiyini
və düşmənçiliyə
çevrildiyini yazdı.
Məqalənin davamında
Ermənistanın atəşkəs
istəməsinə baxmayaraq,
Azərbaycan Prezidentinin
qətiyyətli olduğunu
və torpaqları alana qədər
müharibəni davam etdirəcəyini bildirdi.
"Die Zeit" qəzeti
isə hadisələrin
əvvəlində "Ərdoğanın
döyüşü" başlıqlı
məqaləsi ilə
tərəfini göstərdi. Bəzən hadisələri
qərəzsiz şəkildə
oxuculara çatdırmağa
çalışmasına baxmayaraq,
"Ərdoğan" və
"müsəlman" anlayışlarını
yan-yana gətirərək
qərəz yaratmağa
meylli oldu.
Qəzetlərdə yazılara yazılan şərhlər də çox maraqlı idi. Alman şərhçilər
müharibənin dayandırılmasını
tələb edərkən,
bəzi erməni mənşəli şərhçilər
də əslində, ordakı
müharibədə Türkiyənin
olduğunu iddia edirdilər. Avropada yaşayan türk
oxucular Azərbaycanın
haqlı mövqeyini qeyd edərək şərhlərlə hadisənin
əsl mahiyyətini izah etməyə çalışdılar.
Orxan ARAS
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.11.