"Qarabağ - mədəniyyətimizin
beşiyi" layihəsi başlanıb
Ermənistanın
Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində
işğal edilmiş ərazilərdə
dağıdılan, talan edilən mədəniyyət
ocaqları, abidələr, tarixi-memarlıq nümunəsi olan
tikililər, Azərbaycan xalqının Qarabağda
saxtalaşdırmaya və mənimsənilməyə məruz
qalan zəngin mədəni irsi ilə bağlı həqiqətlərin
beynəlxalq səviyyədə ictimailəşdirilməsi məqsədilə
Mədəniyyət Nazirliyi tərəfindən
"Qarabağ - mədəniyyətimizin beşiyi"
adlı layihəyə start verilib.
Layihə çərçivəsində mədəni irsimizə qarşı vandalizm aktları, əzəli yurd yerlərimizdəki abidələr, tarixi həqiqətlərin yerli
və dünya ictimaiyyətinin diqqətinə
çatdırılması üçün hazırlanan
materialların müxtəlif
dillərdə qlobal
internet məkanında, o cümlədən
sosial şəbəkələrdə
yayılması nəzərdə
tutulur.
Təbliğat materialları ilkin
olaraq Mədəniyyət
Nazirliyinin rəsmi
"Facebook", "İnstagram"
və "Twitter" səhifələrində
yayımlanır.
ELROMAN
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.9.