“Bu qətiyyətli
addımlarınızı alqışlayırıq!”
YUĞ
Teatrının kollektivindən İlham Əliyevə
müraciət
YUĞ
Dövlət Teatrının kollektivinin Prezident İlham
Əliyevə müraciət edib.
"Möhtərəm Prezident,
cənab Ali Baş Komandan!
Rəşadətli ordumuzun Azərbaycanın ərazi bütövlüyünün
bərpası uğrunda
apardığı mübarizə
xalqımızda yüksək
ruh yüksəkliyi yaradıb. Ölkədə kiçikdən-böyüyə
hər kəs kimi mədəniyyət və incəsənət xadimləri, o cümlədən
YUĞ Dövlət Teatrının
kollektivi də cəbhədə baş verən hadisələri diqqətlə izləyir, qələbə müjdəsi
gözləyir.
Dədə-baba torpaqlarımızın düşmən
işğalından azad
olunması istiqamətində
aparılan hərbi əmliyyatlarda yenilməz ordumuzun əldə etdiyi nailiyyətlər, işğalçı Ermənistan
silahlı birləşmələrinə
endirdiyi sarsıdıcı
zərbələr bizi
çox sevindirir. Terrorçu Ermənistanın
siyasi-hərbi rəhbərliyinin
növbəti təxribat
cəhdi güclü ordumuzun və dəqiq seçilmiş hərbi taktikanın sayəsində fiaskoya uğrayıb. Düşmənin minlərlə canlı qüvvəsi, hərbi texnikası məhv edilib, mühüm strateji yüksəkliklər
nəzarətə götürülüb,
Füzuli və Cəbrayıl rayonlarının
bir neçə kəndi işğaldan azad edilib. Şəhidlərimizin, mülki vətəndaşlarımızın
qanı yerdə qalmayıb. Xalqımız yekdilliklə Qarabağın
yağı düşmən
tapdağından azad olunacağı günün
yaxında olduğuna inanır və dövlətimizin qəbul
etdiyi bütün qərarları dəstəkləyir.
Dünya ictiamiyyəti də Azərbaycanın ərazi
bütövlüyü uğrunda
mübarizəsini dəstəkləyir. Çünki ordumuz heç bir dövlətin ərazisinə göz dikməyib, öz əzəli torpaqlarını
azad etmək uğrunda mübarizə aparır və bu mübarizədə beynəxalq hüquq normaları bizim tərəfimizdədir. Ən önəmlisi
isə odur ki, bizim mübarizəmiz
haqq mübarizəsidir.
Bu ədalətli mübarizədə Azərbaycan
inamlı qələbə
qazanacaq və öz ərazi bütövlüyünü bərpa
edəcək.
Azərbaycan Dövlət YUĞ Teatrının
kollektivi bu qəti addımlarınızı
alqışlayır. Sizin rəhbərliyinizlə şanlı
ordumuzun haqq savaşında qələbə
qazanacağına inanır
və bildiririk ki, əmrinizlə hər an silaha
sarılmağa hazırıq.
Qarabağ Azərbaycandır!
Qələbə bizimlədir!
Hörmətlə,
YUĞ Dövlət Teatrının
direktoru İslam Həsənov"
525-ci qəzet.- 2020.- 2 oktyabr.- S.9.