Memarlıq irsimizə ehtiram hissilə atılan addımlar

 

Salam olsun, çox dəyərli oxucu! Bu yazım görkəmli Azərbaycan memarı Əliş bəy Kərəmli haqqındadır.

Öncə bunu qeyd edim ki, oktyabr ayının ilk həftəsinin bazar ertəsi günü Beynəlxalq Memarlar Günü kimi qeyd olunur. Cari ildə bu gün 5 oktyabra təsadüf edir. Deməli, 5 oktyabr 2020-ci il dünyada Memarlar Günü kimi qeyd olunacaq. Biz "Yazarlar" jurnalı "Ustac.az" olaraq bu günə öz töhfəmizi verməyə çalışdıq. Belə ki, hələ 2018-ci ildən bəri (21 aprel 2022-ci ilə qədər davam edəcək) "Kərəmli-700" layihəsi çərçivəsində bir sıra tədbirlər həyata keçirmişik. Görülən işlər barədə təfsilata keçməzdən əvvəl Əliş bəy Kərəmli haqqında qısa bir məlumat vermək istəyirəm.

 

QISA ARAYIŞ:

 

Bildiklərimizə əsasən, Əliş bəy Sübhan oğlu Kərəmli (Kərimli) - Şirvani (onu Avropada Rusiyada Şamaxılı Alis kimi tanıyırlar) 21 aprel 1322-ci ildə Şamaxıda anadan olub. İlk təhsilini doğma yurdu Şamaxıda almış memarlığı özünə məslək edərək, üzünü mədəniyyətin beşiyi sayılan Şərqə tutub. Onun bu səfəri uğurlu alınır. Dəməşqdə, Şirazda, Təbrizdə gördüyü işlərlə məşhurlaşır artıq tanınmış memar kimi vətənə dönür. Az sonra Şimala üz tutur bu dəfə Krımda Bağçasarayda gördüyü işlərlə diqqət mərkəzinə düşür. Bu işi tamamladıqdan sonra doğma Şamaxıya qayıdan memar az bir müddətdən sonra yenidən Şimala getməli olur özünün son əsərini - günümüzdə dünyaca məşhur olan Moskva Kremlini tikib təhvil verir. Elə bu münasibətlə təşkil olunmuş ziyafət zamanı - 22 iyun 1371-ci ildə Moskvada xaincəsinə öldürülür.

Qarşıdan gələn 2022-ci ildə böyük memarın anadan olmasının 700 illiyi tamamlanacaq. Yuxarıda qeyd etdiyim kimi, biz bu tarixi nəzərə alaraq artıq 2018-ci ilin yaya aylarından "Kərəmli-700" layihəsi başlatmışıq bu gün nəzərdə tutulmuş tədbirlər uğurla həyata keçirilir. Mütəmadi olaraq görülmüş işlər barədə mətbuat, elektron media vasitəsi ilə məlumatlar verilir sosial şəbəkələrdə müvafiq haştaqlardan istifadə etməklə qeyd olunur. Əsas işlərdən biri kimi görkəmli memarın anadan olmasından həlak olana qədər bütün həyatını qısa yığcam şəkildə özündə əks etdirən "Əliş Anna" poemasının yazılmasını ayrıca kitab şəklində bu günə qədər artıq dörd dəfə nəşr olunmasını misal göstərə bilərik. Kitabın Cənubi Azərbaycan da daxil olmaqla bütün Azərbaycan ərazisində yayılması - Təbrizdə, Bakıda, Şamaxıda ölkəmizin digər şəhər rayonlarının, ayrı-ayrı təşkilatların kitabxanalarında yerləşməsi təmin olunmuşdur. Bundan əlavə, ilk gündən poemanın elektron variantı hər iki qrafikada əsas elektron kitabxanalara yerləşdirilib, dünyanın internet olan istənilən nöqtəsindən oxumaq üçün əlçatanlığı təmin olunub. Eyni zamanda, tanınmış alim, Əməkdar müəllim Kamal Camalovun poema haqqında yazdığı geniş təhlil "Əliş Anna haqqında" adı ilə "Yazarlar" jurnalının xüsusi buraxılışı şəklində ayrıca kitab kimi nəşr olunaraq, yayımlanıb. Məncə, bu layihə tədbirləri çərçivəsində görülən ən önəmli yaddaqalan tanınmış şair, rəssam Şehran Allahverdi tərəfindən görkəmli memarın portretinin yaradılması onun lazımi ünvanlara çatdırılması olub. Portret hələlik iki orijinal nüsxədə birincisi (42,5 X 54), ikincisi isə (50 X 74) ölçülərdə olmaqla kətan üzərində yağlı boya ilə çəkilib. "Kərəmli -700" yubiley tədbirləri çərçivəsində qarşıdan gələn Beynəlxalq Memarlar Günü ilə əlaqədar görkəmli Azərbaycan memarı şamaxılı Əliş bəy Kərəmli bir daha anılmış 42,5 X 54 ölçüdə olan (passport nömrəsi K700PƏbK1N001) birinci portret Şamaxı rayon Tarix-Diyarçünaslıq Muzeyinə, 50 X 74 ölçülü (pasport nömrəsi K700PƏbK2N002)  ikinci portret isə Azərbaycan Memarlar İttifaqına hədiyyə olunub. Layihənin ilk günlərindən bu münasibətlə planlaşdırılmış dəfələrlə təxirə salınmış Şamaxı Dövlət Regional Kollecinin tələbələri ilə görüş məlum məhdudiyyətlər aradan qaldırıldıqdan sonra baş tutacaq.

Bu günə qədər ağızdan-ağıza gəzən şifahi söhbətlərin, rus Azərbaycan yazarlarının (mənə məlum olan - bəlkə başqa dillərdə, başqa xalqların da ədəbiyyatında digər yazılı mənbələrində, arxivlərdə bu barədə məlumatlar vardır) yaratmış olduqları yazılı ədəbiyyat nümunələrinin, publisistik yazıların qəhrəmanı kimi bədii portretlərdən tanıdığımız Əliş bəy Sübhan oğlu Kərəmli - Şirvaninin portretinin yaradılmasını xalqımızın görkəmli oğlunun akademik səviyyədə tanınması yolunda atılmış mühüm addım kimi qiymətləndiririk. Universitetlərimizin tarix fakültələrinin tələbələrini, aspirantları, doktorantları, onların rəhbərlərini bu böyük memarın həyat fəaliyyətini referatlara, diplom işlərinə, eləcə müxtəlif səviyyəli elmi işlərə mövzu seçərkən dərindən araşdırmağa, tədqiq etməyə çağırırıq. Onu da nəzərinizə çatdırıram ki, məzarının yeri dəqiq məlum olmasa da, əlimizdə ölkəmizin hüdudları daxilində xaricində tam şəkildə qorunmuş ya qalıqları mövcud olan tikililər, xalq arasında geniş şəkildə yayğın olan şifahi məlumatlar, kifayət qədər zəngin yazılı bədii nümunələr, publisistik yazılar, ən əsası hal-hazırda Qobustan rayonunun Ərəbşalbaş kəndində yaşayan Kərimlilər nəslindən olması kimi araşdırılaraq, dəqiqləşdirilməyə ehtiyacı olan çoxsaylı mənbələr var.

Sonda maraqlananlar üçün onu qeyd edə bilərəm ki, görkəmli memarın həyatından bəhs edən "Əliş Anna" kitabını əldə etmək istəyənlər "Mücrü" Nəşriyyatına, eyni zamanda, Bakıda Sumqayıtda əsas kitab mağazalarına müraciət edə bilərlər.

 

Zaur USTAC

"Yazarlar" jurnalının baş redaktoru,

şair-publisist

 

525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.23.