Bir ömür, iki tale

 

Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinə

 

Bir ömür, iki tale” - Həmyerlimiz, Fransa Müqavimət Hərəkatının görkəmli nümayəndəsi Əhmədiyyə Cəbrayılov (1920- 1994) haqqında yazılmış, bu gün Bakının kitab mağazalarının piştaxtalarını bəzəyən kitab belə adlanır. Bu sənədli romanın müəllifi - Parisdə yaşayan yazıçı ssenarist Şain Sinaria özü həmyerlimizdir.

Fransız dilində yazılmış roman TEAS-Press nəşriyyatında Azərbaycan dilinə tərcümə edilərək nəfis tərtibatla nəşr olunub.

Bu kitab Şain Sinaria ilə nəşriyyatın ilk işi deyil. Buna qədər müəllifin 1945-ci ildə monakolu fransız qızın Fransada alman faşistlərinə qarşı vuruşmuş azərbaycanlı bir əsgərlə ailə qurmasından onunla birlikdə SSRİ- gələrək ömrünün sonuna qədər Azərbaycanın əyalətində yaşamasından bəhs edənİvon Bottonun arzuladığı həyat” (“La vie revere d`İvonne Botto”) romanı da oxucuların rəğətini qazanmışdı.

Şain SinarianınBir ömür, iki tale” kitabının üz qabığı.

Şain Sinarianın növbəti - “Bir tale, iki ömürkitabının qəhrəmanı Əhmədiyyə Cəbrayılov İkinci Dünya müharibəsində qələbə uğrunda sovet zabiti, hərbi əsir, legioner, partizan fransız ordusunun döyüşçüsü kimi mürəkkəb məşəqqətli bir yol keçib.

Əlli ildən artıqdır, əfsanəyə çevrilmiş bu ad qəzet jurnalların səhifələrindən düşmür, radio televiziyalarda dönə-dönə səsləndirilir. Bu gün isə onun adı sosial şəbəkələrdə müzakirə olunur. Şain Sinarianın kitabında Əhmədiyyə Cəbrayılovun həyatı müəllifin Fransa Azərbaycan arxivlərində, muzeylərdə uzunmüddətli tədqiqatları, fransız tarixçiləri ilə söhbətləri, əsərin qəhrəmanının döyüş dostları yaxınları ilə görüşlər əsasında yazılıb.

Şain Sinarianın gərgin əməyi sayəsində Əhmədiyyə Cəbrayılovun tərcümeyi-halında əvvəllər aydın olmayan səhifələrə işıq salınır. Qeyd etmək lazımdır ki, Ş.Sinarianın əsəri Əhmədiyyə Cəbrayılov haqqında populyar formada yazılmış ilk həyat hekayətidir. Belletristik tərcümeyi-hal janrında yazılmış bütün əsərlər kimi, bu əsər bəzi xətalardan xali deyil. Əsərdə tarixi sənədlərlə təsdiqini tapmayan bir-iki fakt barədə müəllifə bildirdiyim iradlar var kitabın təkrar nəşrində bu qeydlərin nəzərə alınacağına ümid edirəm. İntəhası, istənilən irad əsərin qəhrəmanına olan sevgini azaltmır, bütün mətn boyu ona olan dəruni hisslər arasında itib gedir oxucuda qəhrəmana rəğbət oyadır.

Ə.Cəbrayılovun taleyinə yanaşmaların maraqlı tarixçəsi var. Jurnalistlər - Nikolay Paniyev Qaraş Mədətovunİzvestiyaqəzetində dərc olunmuş (“Nedelyaəlavəsi. 27.03-02.04.1960-cı il) məqaləsində qeyd edilir ki, Əhmədiyyə Cəbrayılov Fransanın Rodez şəhərindəki alman həbs düşərgəsindən qaçaraq Fransa Müqavimət Hərəkatına qoşulub. Bax burada Ə.Cəbrayılovun tərcümeyi-halında ilk uyğunsuzluq yaranır təbii ki, bu, onun günahı deyil. Məsələ burasındadır ki, Rodez şəhərində faşist həbs düşərgəsi olmayıb, oradakıBurlupkazarmasında almanlarin nəzarəti altında Azərbaycan legionu yerləşirdi. İndi aydın olur ki, “İzvestiya”nın müəllifləri o vaxt niyə bu faktları pərdələmək fikrinə düşüblər. Məsələ ondadır ki, “Qorbaçov yenidənqurması”na qədər sovet, o cümlədən, Azərbaycan tarixşünaslığına Vermaxtın Şərq legionlarına Vlasov hərəkatına elə ciddi diqqət yetirməməklə bağlı gizli bir qadağa var idi. Əgər bu barədə yazılırdısa da, mütləq o legionların yaranma səbəbləri açıqlanmır, onlar birmənalı olaraqVətən xaini”, “satqınadlandırılırdılar. Buna görə müharibə zamanı legionlarda əsir olmuş sovet əsgərləri fransız, italyan, yuqoslav partizan dəstələrinə qoşularkən qətiyyətlə “legion” sözünü işlətməkdən qaçır bu hərbi bölmələrdə iştiraklarını danırdılar.

Bernar Anri Bonafusla (“Komandor Rişar”)

Müxtəlif mənbələrə görə, faşistlərin SSRİ- hücumunun ilk altı ayı ərzində 3 milyondan 4 miliyona qədər sovet vətəndaşı  almanlara əsir düşmüşdü. Saxlanma şəraitinin dözülməzliyindən əsirlərin 40 faizə qədəri konslagerlərdə həlak olmuşdular.

Almanlar özləri Sovet əsirlərinə qarşı bu münasibəti Sovetlər birliyinin 27 iyul 1929-cu il Cenevrə konvensiyasını imzalamaması ilə əsaslandırsalar da, onların müharibə dövründə işğal etdikləri Sovetlər birliyi ərazisində mülki əhaliyə qarşı törətdikləri vəhşiliklər bu versiyanın əsassız olduğunu göstərir.

Bununla belə, ölüm-qalım seçimi edəndə Stalinin 16 avqust 1941-ci il tarixli 270 saylı əmrini göz önünə gətirəndə Qızıl Ordu əsgərlərinin çox hissəsi düşmən tərəfə keçdi. Əmrdə deyilirdi: “Xidməti mövqeyindən asılı olmayaraq hər bir hərbi qulluqçudan, yüksək vəzifəli hərbçidən mühasirəyə düşdüyü halda özününkülərə çatmaq üçün son ana qədər savaşmaq tələb olunsun. Komandir ya Qızıl Ordu əsgəri düşmənə müqavimət göstərmək əvəzinə təslim olmağı seçərsə, onlar həm yerdən, həm havadan hər vasitə ilə məhv edilsin. Təslim olmuş Qırmızı Ordu əsgərlərinin ailələri isə dövlət müavinətlərindən yardımlarından məhrum edilsin”.

Paris, 1975-ci ilin apreli. Soldan sağa: Xamis Muradov, Ramiz Abutalıbov, Əhmədiyyə Cəbrayılov Rasim İsmayılov.

Tanınmış rus tarixçisi Mixail Talalay yazır ki, şərq cəbhəsinə göndərilmiş bəzi legionerlərin Qızıl Ordu sıralarına geri dönməsi məsələsi ortaya çıxanda, 1943-cü ildə fürer onların şərq cəbhəsindən Qərbi Avropaya, ələlxüsus Fransaya, müəyyən sayda isə İtaliya Yuqoslaviyaya göndərilməsi haqda şəxsən əmr imzalayır. Buna baxmayaraq, Qərbi Avropa legionlarında faşistlərə qarşı döyüşən partizan dəstələrinə qoşulma halları davam edir. Onların əksəriyyəti həlak olur, bir çoxu isə yüksək hərbi orden medallara layiq görülürlər.

Xaricdə 40 ildən artıq Azərbaycan tarixi ilə məşğul olan biri kimi, bu yazıya öz müşahidələrimi əlavə etmək istəyirəm. Mən Müqavimət Hərəkatının Fransada yaşayan bəzi üzvlərini şəxsən tanıyırdım. 1975-ci ildə rejisor Xamis Muradov, operator Rasim İsmayılovdan ibarət qrup Nadejda İsmayılovanın ssenarisi əsasında Əhmədiyyə Cəbrayılov haqqında film çəkmək üçün Parisə gələndə mənim orada yaşayan legionerlərlə görüşmək təklifim rədd edildi. Bu, aydın məsələ idi. Hələ 1975-ci il idi, “yenidənqurma”ya hələ on il qalırdı.

Rodez şəhərində Fransa uğrunda döyüşlərdə həlak olmuş azərbaycanlıların xatirəsinə qoyulmuş abidə.

Bu yerdə onu da qeyd edim ki, Əhmədiyyə Cəbrayılovun tərcümeyi-halındakı bəzi  uyğunsuzluqlara görə həqiqəti bəzəmək stereotipindən qurtula bilməyən, “biz planetdə hər kəsdən qabaqdayıqdüşüncəsiylə yazan jurnalistlərin günahı az olmayıb.

İndi isə özümlə bağlı bir hadisəni danışmaq istəyirəm. Tanışlığımızın ilk dövründə Əhmədiyyə Cəbrayılov məndən Fransa Kommunist Partiyasının o zamankı lideri, əfsanə-adam, İspaniyada Vətəndaş müharibəsi iştirakçısı, Müqavimət Hərəkatının rəhbərlərindən biri Jak Düklo ilə onu tanış etməyimi xahiş etdi.

“Pravda” qəzetinin Fransadakı xüsusi müxbiri Volf Nikolayeviç Sedıxın vasitəsilə bu görüş baş tutdu. Jak Düklo həmin vaxt xəstəydi və bizi evində qəbul etdi. İndi jurnalistlərin bu haqda nələr yazdığına baxın. Guya Jak Düklo səhhətini risk altına qoyaraq xəstəxananı tərk etdi ki, döyüş yoldaşı ilə görüşsün. Amma tarix bər-bəzəyi sevmir. İllah də söhbət bu müharibənin od-alovunu, faciələrini yaşamış birinin həyatından gedəndə. Təəssüf ki, xatırlatdığım bu məqam bir deyil, iki deyil. Əhmədiyyə Cəbrayılov kimi şəxsiyyətin belə bər-bəzəyə ehtiyacı yoxdur. Fransa Müqavimət Hərəkatında azərbaycanlıların göstərdikləri şücaətlər haqqında mənə fransızlar özləri - sıravi Rene Şambar, komandir Bernar Anri Bonafus (kod adı “Komandor Rişar”) və başqaları danışıblar. Rodezdə Fransa uğrunda həlak olmuş azərbaycanlıların rəşadətinə şahidlik edən memorial abidə də var. Memorial lövhənin açılışında bu sətirlərin müəllifi də iştirak edib. Kabertadakı memorial lövhə isə Əhmədiyyə Cəbrayılovun şərəfinə vurulub.

Rodezdə franzız veteranları ilə: soldan birinci Rene Şambar, sağdan sonuncu Ramiz Abutalıbov.

Şain Sinariaya bütün həyatı və taleyi faciələrdən keçmiş Əhmədiyyə Cəbrayılov haqqında böyük zəhmət hesabına ərsəyə gətirdiyi, bütün nəsillər üçün əlçatan olan bu kitaba görə təşəkkür edirəm.

Kaberta. Əhmədiyyə Cəbrayılovun memoral lövhəsi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu il avqustun 11-də Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Şübhə yoxdur ki, bu yubiley həmvətənlərimizdə onun haqqında yazılmış kitabları oxumağa, çəkilmiş filmlərə baxmağa, ev muzeyini ziyarət etməyə (inanırıq ki, bu muzey tezliklə Dövlət statusu alacaq) marağı artıracaq.

 

Ramiz ABUTALIBOV

 

525-ci qəzet.- 2020.-  3 oktyabr.- S.16.