Azərbaycan və Böyük Britaniya mədəniyyət əlaqələri müzakirə edilib

 

Azərbaycan Respublikası Mədəniyyət nazirinin birinci müavini, nazirin vəzifələrini müvəqqəti icra edən Anar Kərimov Böyük Britaniyanın ölkəmizdəki səfiri Ceyms Şarp Britaniya Şurasının (British Council) Azərbaycan üzrə direktoru Samr Şah ilə video-konfrans formatında görüş keçirib.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan Böyük Britaniya arasında mövcud mədəni əlaqələr müzakirə olunub bu əlaqələrin inkişafında hər iki tərəfin maraqlı olması qeyd edilib. Eyni zamanda, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Britaniya Şurasının Azərbaycanda həyata keçirdiyi müxtəlif mədəni layihələr bərədə fikir mübadiləsi aparılıb. Həmçinin, ölkədə mədəni siyasətinin inkişafına, yaradıcı sənayelər sahəsində araşdırma işlərinin aparılmasına Britaniya Şurası tərəfindən verilən texniki dəstək yüksək qiymətləndirilib.

Sonda A.Kərimov Azərbaycan Böyük Britaniya arasında mədəniyyət sahəsində əməkdaşlığın inkişaf etdirilməsi, ikitərəfli münasibətlərin daha da genişləndirilməsi ölkələrimizin bir-birinə qarşılıqlı dəstək verməsindən məmnunluğunu ifadə edərək, görüş iştirakçılarına gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

 

525-ci qəzet.- 2020.- 3 oktyabr.- S.13.